Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 27-06-2016 17:24 | Bölmə: İqtisadiyyat

"Böyük Britaniyanın Avropa Birliyindən çıxması maliyyə bazarlarına öz təsirini göstərəcək".
Reyting.az-ın məlumatına görə, bu sözləri Axar.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Deputat bildirib ki, bundan sonra hər şey AB-nin gələcək işini necə quracağından asılıdır:
"Əksər dövlətlər dollarla yanaşı, funt sterlinqlə də işləyirlər. Hazırda ingilis funtu 20 faiz ucuzlaşıb. Yəni bir çox ölkələrdə dönərli valyuta olduğundan son proseslər bu dövlətlərə ciddi mənfi təsir göstərəcək. Bu proses Böyük Britaniya ilə iqtisadi, ticari əlaqələri olan dövlətlərdən də yan keçməyəcək. Ümumiyyətə, AB-nin dövlət siyasəti primitiv olaraq qalacaq”.
Millət vəkili Böyük Britaniyanın AB-də çıxmasının Azərbaycana təsirlərindən də danışıb:
"Dövlət ehtiyatlarının 5 faizə yaxını funt sterlinqdə saxlanılır. Bu o anlama gəlir ki, Dövlət Neft Fondu ziyana düşə bilər.
İkincisi, belə bir siyasi vəziyyətin yaranması manata təzyiqləri artıracaq.
O ki qaldı Böyük Britaniya ilə Azərbaycanın ortaq iqtisadi, ticari əlaqələrinə, BP uzun müddətdir ölkədə fəaliyyət göstərir və bu istiqamətdə hər hansı dəyişikliklər gözlənilmir, yəni ciddi problemlər olmamalıdır. Ancaq ümumilikdə son proseslər iqtisadi vəziyyətə təsirsiz ötüşməyəcək”.
Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda britaniyalılar krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər