00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Aqrar Sığorta Fondunun Nizamnaməsi təsdiqlənib
Tarix: 13-12-2019 21:27 | Bölmə: İqtisadiyyat

Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiq edib.
Reyting.az-ın məlumatına görə, Fondun Nizamnamə kapitalı 1 milyon manatdır.
Fondun əmlakı nizamnamə kapitalından, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş vəsaitlərdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər mənbələrdən formalaşır. Fondun fəaliyyəti nəticəsində formalaşan müştərək sığorta fondunun qalığı ilkin olaraq Fondun müəyyən etdiyi həddə gözlənilən irihəcmli zərərlərin tənzimlənməsi üçün ehtiyatların formalaşdırılmasına və növbəti müddətə ödənilən sığorta haqlarında sığorta qaydalarına uyğun olaraq nəzərə alınmasına yönəldilir. İrihəcmli zərərlərin tənzimlənməsi üçün ehtiyatların formalaşdırılması qaydası Fond tərəfindən müəyyən olunur. Fondun aktivləri və təkrarsığorta təminatı onun öhdəliklərinin yerinə yetirilməsi üçün kifayət etmədikdə, öhdəliklərin təmin edilməsi üzrə əlavə maliyyə vəsaitinin cəlb edilməsi üçün Fond Maliyyə Nazirliyinə müraciət edir.
Fondun Nizamnaməsində dəyişikliklər edilməsi Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Fondun yenidən təşkili və ya ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Fondun idarəetmə orqanları Himayəçilik Şurası İdarə Heyətidir. Şura Fonda ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Bankın (1 nəfər), fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrindən olmaqla, 5 üzvdən ibarətdir. Şuranın üzvləri 3 il müddətinə təyin edilir və ictimai əsaslarla fəaliyyət göstərir. Onlar növbəti müddətlərə yenidən təyin edilə bilərlər. Şuranın 3 üzvünü (Kənd Təsərrüfatı Nazirliyinin və fermerlər assosiasiyasının nümayəndələrini) Kənd Təsərrüfatı Nazirliyi təyin edir. Şuranın 2 üzvünü aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər:
- Maliyyə Nazirliyi;
- Bank.
Şuranın sədri Kənd Təsərrüfatı Nazirliyinin Şurada təmsil edilən üzvləri arasından Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təyin edilir. Şuranın sədri Şuraya rəhbərlik edir. Şuranın üzvü aşağıdakı tələblərə cavab verməlidir:
- ali təhsilli olmaq;
- ən azı 5 il iş təcrübəsinə malik olmaq.
Mülki Məcəlləsi ilə hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlər Şura tərəfindən həll edilir və Şura bu səlahiyyətlərə dair qərar qəbul etməkdə müstəqildir.
Şura idarəedici qurum tərəfindən hazırlanan aşağıdakı sənədlərin təsdiqinə razılıq verir:
- idarəedici qurumun aidiyyəti şəxslərlə bağlanılan əqdlərin müəyyənləşdirilməsi və araşdırılması üzrə təlimat;
- müştərilərlə ədalətli rəftar olunması üzrə təlimat;
- müştərilərə müvafiq məlumatların verilməsi, şəxsi məlumatlarının məxfiliyinin qanunvericiliyə uyğun olaraq qorunması üzrə təlimat;
- sığorta hadisəsi ilə bağlı zərərlərin vaxtında və ədalətli qiymətləndirilməsi, sığortalıların, sığorta olunanların və faydalanan şəxslərin sığorta tələbləri üzrə sığorta ödənişlərinin mümkün olan ən tez müddətdə ödənilməsi üzrə təlimat;
- sığortalıların və digər müştərilərin şikayətlərinə vaxtında baxılıb həll edilməsi üzrə təlimat;
- əhəmiyyətli risklərin mütəmadi olaraq müəyyənləşdirilməsi, qiymətləndirilməsi və nəzarətdə saxlanılması məqsədilə risklərin idarə edilməsinin daxili qaydaları;
- aqrar sığorta sahəsində sığorta saxtakarlıqları ilə bağlı mübarizə üzrə qaydalar;
- sığorta əməliyyatları üzrə aşağıdakı məsələləri əhatə edən daxili siyasətlər:
a) dəqiq və düzgün aktuar hesablamaların aparılması;
b) sığorta müqavilələrinin portfelinin müxtəlifliyi;
c) anderraytinqin peşəkar səviyyədə həyata keçirilməsi;
d) sığorta məhsullarının işlənilib hazırlanması;
- subroqasiya tələbləri üzrə əməliyyatlar da daxil olmaqla, sığorta ödənişlərinin həyata keçirilməsi üzrə daxili siyasət;
- maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinin idarə olunması üzrə daxili siyasət;
- Fondun aktivlərinin və öhdəliklərinin idarə olunmasına, o cümlədən likvidlik və müxtəlifliyə dair səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş normativlər, digər zəruri norma və hədlərə riayət edilməsinə, aktiv və öhdəliklərin idarə olunmasına cəlb edilmiş şəxsin öhdəliklərinə və səlahiyyətlərinə əməl etməsi məsələlərini əhatə edən strategiya və prosedur;
- birləşdirilmiş (konsolidə edilmiş) hesabatlar da daxil olmaqla, mühasibat uçotu, maliyyə hesabatları və vergi uçotu üzrə siyasət;
- sənədlərinin saxlanmasının təşkili, məlumatların qorunması və saxlanması qaydası, sığorta sirlərinin, kommersiya və xidməti sirlərin saxlanmasına əməl olunması üçün zəruri şərtlər, kommersiya və xidməti sirləri təşkil edən sənədlərin, xəbərlərin və məlumatların siyahısı, həmçinin onun dəyişdirilməsi qaydası;
- sığorta ehtiyatlarının formalaşdırılması, bölüşdürülməsi və uçotu üzrə daxili siyasət;
Şura aşağıdakı vəzifələri də yerinə yetirir:
- idarəedici qurum tərəfindən müəyyən edilmiş və razılaşdırılmış siyasətə, strategiyalara və təlimatlara ciddi riayət edilməsinə, şəraitin dəyişməsi nəzərə alınmaqla, bu sənədlərə mütəmadi qaydada yenidən baxılmasına daimi nəzarəti həyata keçirir;
- Fondun kənar (müstəqil) auditor rəyi ilə birlikdə illik maliyyə hesabatlarını təsdiq edir;
- aidiyyəti şəxslə əqdin bağlanılması haqqında qərar qəbul edir;
- Fondun strukturunu təsdiq edir;
- İdarə Heyəti üzvlərinin mükafatlandırılması məsələsinə baxır;
- Fondun təsərrüfat cəmiyyətlərinin yaradılmasına, onun yenidən təşkili və ləğvinə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılması və ya ləğvinə razılıq verir;
- idarəedici qurumun törəmə cəmiyyətlərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə, həmçinin idarə, filial və nümayəndəliklərinin yaradılmasına və ya ləğvinə razılıq verir;
- digər müəssisələrin səhmlərinin (paylarının) əldə olunması, istiqrazların emissiyası şərtləri barədə qərar qəbul edir;
- Fondun strateji məqsəd və planlarını, habelə inkişaf istiqamətlərini, büdcəsini və investisiya siyasətini təsdiq edir;
- Fondun fəaliyyətinin auditinin, habelə növbədənkənar auditinin keçirilməsi ilə bağlı qərar qəbul edir və kənar (müstəqil) auditorunu təyin edir;
- öz funksiyalarını yerinə yetirməsi üçün zəruri olan şifahi və yazılı hesabatların, eləcə də hər hansı digər sənədin təqdim edilməsini İdarə Heyətindən və idarəedici qurumdan tələb edir;
- daxili və kənar (müstəqil) auditor yoxlamalarının nəticələrinə baxır və bu yoxlamaların yekunları ilə əlaqədar tədbirlər görür;
- idarəedici qurum ləğv olunduqda və ya məhkəmə qərarı ilə müflis elan edildikdə, yeni idarəedici qurumun yaradılması ilə bağlı tədbirləri həyata keçirir;
- sığorta haqlarının dövlət büdcəsi hesabına ödənilməli olan hissəsinin ödənilməsi üçün qanunvericiliyə müvafiq qaydada Maliyyə Nazirliyinə müraciət edir.
Şuranın iclaslarını 3 ayda bir dəfədən az olmayaraq Şuranın sədri çağırır. Şuranın növbədənkənar iclaslarını onun üzvünün, İdarə Heyətinin və idarəedici qurumun təşəbbüsü ilə Şuranın sədri çağırır. Şuranın iclasları Şuranın ən azı 4 üzvü iştirak etdikdə səlahiyyətlidir.
Fondun fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir. İdarə Heyəti 3 üzvdən – Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədrdən, müavindən və bir üzvdən ibarətdir. İdarə Heyətinin üzvləri 5 il müddətinə təyin edilir. Onlar növbəti müddətə yenidən təyin edilə bilərlər. Şuranın üzvləri İdarə Heyətinə təyin edilə bilməzlər. İdarə Heyətinin iclası İdarə Heyəti üzvlərinin ən azı ikisi iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasında qərarlar sadə səsçoxluğu ilə qəbul olunur. Səslərin sayı bərabər bölünərsə, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən sədr müavininin) səsi həlledici sayılır.
İdarə Heyətinin üzvləri aşağıdakı tələblərə cavab verməlidirlər:
- ali təhsilli olmalıdır;
- İdarə Heyətinin sədri – sığorta sektorunda, həmçinin sığorta tənzimlənməsi və nəzarəti sahəsində ən azı 3 il və ya digər maliyyə sahəsində ən azı 4 il, digər üzvləri - sığorta sektorunda, həmçinin sığorta tənzimlənməsi və nəzarəti sahəsində ən azı 2 il və ya digər maliyyə sahəsində ən azı 3 il iş təcrübəsinə malik olmalıdır;
- qəsdən törədilmiş cinayətə görə məhkumluğu olmamalıdır;
- mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə heç bir məhkumluğu olmamalıdır;
- İdarə Heyətinin üzvü vəzifəsini tutmasına dair məhkəmə qərarı ilə qadağa qoyulmamalıdır.
Bu Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
Dünən, 09:49
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
1-02-2026, 16:52
Biləcəridən Ermənistana Rusiya taxılı daşıyan qatar yola düşüb
30-01-2026, 17:40
İqtisadi Şuranın iclası keçirilib
30-01-2026, 16:30
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
30-01-2026, 14:15
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
30-01-2026, 13:47
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
30-01-2026, 10:23
Agentlik sədrinin müavini vəzifədən azad edilib
30-01-2026, 07:18
Ağıllı eynəklərin və süni intellektli cihazların istehsalı artacaq
29-01-2026, 18:04
Nazirlikdə nöqsanlar aşkarlanıb
29-01-2026, 17:41
Vakansiyalar arasında maaş uçurumu: 300-10 min manat arasında dəyişir
29-01-2026, 17:11
Mərkəzi Bankda yeni təyinatlar olub
29-01-2026, 16:04
İranla bağlı gərginlik dünya bazarında nefti bahalaşdırıb
29-01-2026, 14:21
Kəmaləddin Qafarovun şirkəti hospitalla sövdələşib
29-01-2026, 11:25
İşçi Qrupun iclası keçirilib - Foto
29-01-2026, 07:02
Dollar üçün təhlükəli dövr başlayır
28-01-2026, 15:00
Nə qədər dövlət borcumuz var? - Rəqəm açıqlanıb
28-01-2026, 14:45
Hibrd modellər Avropa avtomobil bazarında üstünlük qazanıb
28-01-2026, 12:56
Trampın şərhləri dolları dəyərdən salır
28-01-2026, 12:07
İrandan Azərbaycana gətirilən qənnadı məhsulunda kif aşkarlanıb
28-01-2026, 09:26
Avropa İttifaqı Polşaya 44 milyard avro ayırıb
27-01-2026, 23:00
"Bloomberg": Hindistan Rusiya neftindən imtina edib
27-01-2026, 19:35
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub
27-01-2026, 16:11
Almaniya şirkətləri Çinə investisiyaları artırıb
27-01-2026, 11:27
Neft Fondu qızıl aktivlərini 200 tona çatdırıb
27-01-2026, 10:53
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
27-01-2026, 10:45
Mərkəzi Bank vəzifəli şəxsləri cərimələyib
27-01-2026, 10:37
ARDNF-in aktivləri artıb
27-01-2026, 10:30
Sinqapur valyutası ABŞ dollarını üstələyir
27-01-2026, 08:42
Seul Trampın yeni tariflərini rədd edir
26-01-2026, 21:03
SOCAR Dünya Bankı ilə yaşıl enerji dəhlizlərini müzakirə edib - Fotolar
26-01-2026, 16:30
"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiq olunub
26-01-2026, 16:05
Maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulub
26-01-2026, 11:26
Qida təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır
26-01-2026, 10:50
Pensiya nə qədər artırılacaq? - Açıqlama
26-01-2026, 10:30
Məşhur şirkəti fantastik maliyyə itkiləri gözləyir
26-01-2026, 09:57
Dollar arxa plana keçir, qızıl və gümüşə üstünlük verirlər
23-01-2026, 22:36
Qızıl və gümüşün qiyməti artır
23-01-2026, 17:53
Baş İdarə rəisi vəzifədən azad olunub
23-01-2026, 17:22
Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma ləğv olunub
23-01-2026, 15:10
"VTB Azərbaycan”dan 17 milyon manatdan çox depoziti geri götürülüb
23-01-2026, 12:36
Tələbələrin kredit üçün müraciət tarixləri açıqlanıb
23-01-2026, 12:08
Sahibkarlıq sahəsində yoxlamalar daha bir il dayandırılır
23-01-2026, 10:57
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
22-01-2026, 15:20
Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad edib - Yeni təyinat
22-01-2026, 09:10
Rusiya qızıl ehtiyatını artırıb

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər