00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Viran olmuş Ruandanın iqtisadi inkişaf möcüzəsi
Tarix: 03-01-2020 01:51 | Bölmə: İqtisadiyyat

1994-cü ildə bəşəriyyətin ən dərin utanclarından biri baş verdi: Ruandada yüz gündə bir milyondan çox insanın öldüyü qanlı soyqırımı baş verdi və dünya qüvvələri soyqırımın qarşısını almaq üçün heç bir tədbir görmədilər.
ABŞ, Ruandanın neft və qaz yataqlarının olmaması səbəbindən İraq, Suriya və Əfqanıstana etdiyi kimi "demokratiyanı qorumaq" üçün Ruandaya əsgərlərini göndərmədi. Birləşmiş Millətlər Təşkilatı bu hadisəyə yalnız şahidlik etdi və bir milyon insan ölənə qədər hadisələri soyqırımı olaraq tanımadı. Soyqırım zamanı Fransa bir milyon insanın qırğın etdiyi hökuməti dəstəklədi. Ancaq Ruanda Vətənpərvər Cəbhəsi (RVC) adlandırılan və Ruandada demokratiya uğrunda mübarizə aparan üsyançılar soyqırımdan sonra qələbə qazandı və dövlətdə sabit bir hökumət qura bildi.
RVC qüvvələrinin rəhbərlərindən biri Ruandanın hazırkı prezidenti Paul Kagame idi. 2000-ci ildə prezident təyin olunduqdan sonra Paul Kagame, Ruandanı yoxsulluq və sağlamlıq problemlərini azaltmaq və milləti yenidən birləşdirməklə elmə əsaslanan orta gəlirli bir ölkə halına gətirmək üçün “Vision 2020” adlı bir hökumət inkişaf proqramı başlatdı. Təəccüblü fakt budur ki, Ruanda qısa müddətdə gözləniləndən daha çox uğur əldə etdi.
2001-2004-cü illər arasında Ümumi Daxili Məhsul (ÜDM) ildə təxminən 8% artdı. Yoxsulluq həddində yaşayanların nisbəti 2005-ci ildəki 57%-dən 2010-cu ildə 45%-ə düşdü. Ruandada orta ömür uzunluğu 1994-cü ildəki 28-dən 2019-cu ildə 67-yə yüksəldi. Ruanda Korrupsiya İndeksində 48-ci yeri tutdu. Bu rəqəm möhtəşəm bir göstərici olmasa da, soyqırımdan bir neçə il sonra bu sıralamaya daxil olmaq böyük bir nailiyyətdir.
Qeyd edək ki, Azərbaycan bu sıralamada Ruanda 180 ölkə arasında 152-ci yeri tutub.
Dünya Bankının məlumatına görə, Ruanda 2019-cu ildə İş Qurma Asanlığı İndeksinə görə 29-cu oldu.
Beynəlxalq Valyuta Fondunun məlumatında bildirilir ki, Ruandada adambaşına düşən ÜDM 1994-cü ildəki 146 dollardan 2018-ci ildə 819.652 dollara yüksəlib.
Ruanda İnkişaf Şurasından alınan məlumatlar göstərir ki, qeydə alınmış investisiyaların dəyəri 2 milyard dollardan çoxdur. Bundan əlavə, hökumətdə aparılan islahatlardan sonra savadlılıq, səhiyyə xərcləri və ibtidai məktəbə daxil olmaq səviyyəsi də xeyli yaxşılaşıb. Ancaq qısa müddətdə yuxarıda göstərilən və digər nailiyyətlərin necə əldə edildiyi çox maraqlıdır.
Bir milyondan çox vətəndaşını itirən və yoxsulluqdan əziyyət çəkən Ruanda necə iqtisadi inkişaf möcüzəsinə çevrildi və Prezident Paul Kagame Afrikanın Sinqapuruna çevrilmək məqsədini necə böyük bir inamla izləyir?

Təsvir 1. Çubuq qrafiki ÜDM dəyərlərini və xətt qrafiki proqnozlaşdırılan ÜDM dəyərlərini göstərir. Qlobal makro modellər və Ticarət İqtisadiyyatları təhlilçilərinin gözləntilərinə görə, Ruandada ÜDM-in bu rübün sonuna qədər 9,80 milyard dollara çatacağı gözlənilir. Ekonometrik modellərə görə uzunmüddətli perspektivdə Ruanda ÜDM-nin 2020-ci ildə 10.60 milyard dollar ətrafında olduğu təxmin edilir.
Əvvəla, iqtisadi və sosial inkişaf üçün siyasi sabitlik ən önəmli şərtlərdən biridir. Şübhəsiz ki, Paul Kagame, Ruandada siyasi sabitliyi təmin etmək üçün ən vacib və harizmatik şəxsiyyət idi. Ruandanın vitse-prezidenti kimi dövlətdə çox nüfuzlu siyasətçi idi. Prezident vəzifəsinə gəldikdən sonra Paul Kagame dərhal heç bir müxalifətin olmadığı və söz azadlığının məhdudlaşdırıldığı bir siyasi məkan yaratdı. 2003, 2010 və 2017-ci illərdə üç prezidentin seçilməsi buna əyani sübut ola bilər.
Əlbəttə ki, bir çoxları Paul Kagamenin ifadə azadlığı kimi təməl insan hüquqlarını pozan fəaliyyətlərinə qarşı çıxacaq. Lakin Ruanda əhalisinin onun haqqındakı düşüncəsini nəzərə almaq lazımdır. Rəsmi olmasa da, Ruanda xalqının çoxu Paul Kagameni yenidən birləşən bir millətin atası hesab edir. Soyqırımdan sonra Kagame bir milyondan çox ruandalı öldürmək məsuliyyətini öz üzərinə götürən hökuməti məğlub etdi. Vətəndaş müharibəsindəki mövqeyi, vitse-prezident və prezident kimi iqtisadiyyatın inkişafına verdiyi töhfə sürətlə onun nüfuzunu artırdı. Bu səbəblərə görə Kagameni amansız diktator kimi qəbul etmək tamamilə səhvdir.
Bu həqiqətlərə əlavə olaraq, insanlar Ruandadakı təməl insan haqlarından narahatdırlarsa, Ruandanın yeni parlamentinin yeni üzvlərinin 67 faizinin qadın olduğunu və Ruanda parlamentinin dünya üzrə ən çox qadın üzvü olan parlamenti olduğunu bilmək lazımdır. Bundan əlavə, bütün şirkətlər həmişə siyasi sabitliyi olan ölkələrə investisiya qoymaq istəyirlər. Siyasi sahədə və qanunlarda tez-tez dəyişikliklər xarici investorlar üçün sərfəli olmadığından, onlar həmişə böyük siyasi sabitliyə malik ölkələrə sərmayə qoyurlar. Nəhayət, siyasətçi Frederik Golooba-Mutebinin dediyi kimi, ölkədə siyasi sabitlik yoxdursa, istehsalın baş verəcəyini, düzgün islahatların aparılacağını və buna görə sürətli iqtisadi böyüməni qətiyyən gözləyə bilməzsiniz.

(Prezident Paul Kagamenin şəkli. O, Prezident Pasteur Bizimungunun istefasından sonra 2000-ci ildən bəri ölkəni idarə edir)
İkincisi, sabit iqtisadi artımın əsas amillərindən biri də Coğrafi Mərkəzçilik ilə əlaqədardır. Afrikanın Sinqapuru olmaq üçün Ruanda Skytrax tərəfindən dörd dəfə dünyanın ən yaxşı hava yolu şirkəti olaraq göstərilən və eyni zamanda aviaşirkətlərin keyfiyyətinə görə ən yüksək səviyyədə yer alan Sinqapur Hava Yolları kimi böyük bir aviaşirkət yaratmalıdır. Keyfiyyətli bir hava yolları sisteminin olmasının əhəmiyyəti şübhə altında olsa da, bu fikrin əsas səbəbi, bir dövlətin dünyanın bir çox bölgəsinə xidmət edən rəqabətçi bir hava yoluna sahib olması, ən böyük şəhərin yeni ticarət və coğrafi mərkəz olaraq çevrilməsində böyük rol oynamasıdır. Sinqapur məşhur bir hava yolu şirkəti yaratmasaydı, dünyanın ən vacib iş mərkəzlərindən biri olmazdı. Eynilə BƏƏ-nin Dubay şəhəri və Qətərin Doha şəhəri hava yolları şirkətlərini yaratmasaydılar, onlar bu dərəcə təsirli ola bilməzdilər. Buna görə Ruanda Afrika, Avropa və bir çox Asiya şəhərlərinə saysız-hesabsız uçuşlar edən öz “RwandAir” aviaşirkətini yaratdı. Bundan əlavə, yaxın gələcək üçün Çin və Şimali Amerika şəhərlərinə uçuşlar nəzərdə tutulur.
RwandAir
Afrikanın ən böyük aviaşirkətlərindən biri olduğu üçün paytaxt Kiqalinin ticarət və coğrafi mərkəzə çevrilməsində böyük rol oynadı. Buna görə də “RwandAir”-in böyüməsi Ruanda iqtisadiyyatının sabit böyüməsi deməkdir.
Nəhayət, iş qurma asanlığı Ruanda iqtisadiyyatının inkişafında mühüm rol oynadı. Girişdə qeyd olunduğu kimi, Ruanda 2019-cu ildə İş Qurma Asanlığı İndeksi üzrə 29-cu yeri tutdu. Bu, Ruandanın inkişaf edən iqtisadiyyatı üçün olduqca əlverişlidir. Siyasi sabitliyin və işin asanlığının birləşməsi dərhal Ruandaya bir çox sərmayəçini cəlb etdi. Məsələn, Ruanda daxili və xarici sərmayələrə 2 milyard dollar cəlb edərək keçən ilki hədəfini 6 milyon dollar səviyyəsindən aşdı. Bu, 2017-ci ildə qeydə alınan 1,675 milyard dollardan 20 faiz artımı əks etdirir.
Digər bir misal, Ruandada 20 milyon dollar sərmayəsi ilə yeni bir böyük bir fabrik açan məşhur Alman şirkəti “Volkswagen”dir. Bu fabrik eyni zamanda dövlətdə yeni iş yerləri açdı və işsizliyin azalmasına öz töhfəsini verdi.
Bununla birlikdə, digər dövlətlər Ruandanın eyni iqtisadi böyümə strategiyasını həyata keçirmək istədikdə, əksər hallarda bunda uğurlu ola bilməz. Bu, Ruanda iqtisadi inkişaf modelinin dövlətin bir çox xüsusi cəhətlərinə yönəldilməsi əsasında yaradılmasına görə belədir. Məsələn, Ruandanın siyasətinə bütün hakimiyyətin birbaşa liderdən ayrıldığı bir idarəetmə forması olan "patrimonializm" böyük təsir göstərir. Bu səbəbdən hər bir dövlətə millətin bütün cəhətlərinin dərin araşdırıldığı bir iqtisadi böyümə modelinin yaradılması tövsiyə olunur.
Nəticədə, Ruanda xalqının başqa bir dövlət tərəfindən dəstəklənmədiyi Ruandadakı soyqırımından sonra yeni Ruanda milləti öz dövlətlərini yenidən qurmağa və iqtisadiyyatlarını məntiqli şəkildə inkişaf etdirməyə müvəffəq oldu. Ruanda indi müvafiq olaraq 2035 və 2050-ci ilə Orta Gəlir və Yüksək Gəlir əldə etməyi hədəfləyir. Son olaraq, gələcəkdə iqtisadi artım sabit olacaqsa, Ruanda Afrikanın Sinqapuru olacaq və bir çox uğurlara imza atacaqdır.
Hüseyn ƏLİLİ
Mənbələr:
https://www.trtworld.com/magazine/what-makes-rwanda-one-of-africa-s-fastest-growing-economies-23410 •
https://www.weforum.org/agenda/2016/04/5-things-to-know-about-rwanda-s-economy/ •
https://www.theguardian.com/global-development/2014/apr/03/rwanda-20-years-on-how-a-country-is-rebuilding-itself • https://theconversation.com/why-rwandas-development-model-wouldnt-work-elsewhere-in-africa-89699 •
https://www.worldbank.org/en/country/rwanda/overview •
https://data.worldbank.org/country/rwanda •
https://www.youtube.com/watch?v=xX0ozxrZlEQ&t=314s •
https://tradingeconomics.com/rwanda/gdp •
https://www.newtimes.co.rw/news/top-investments-rwanda-2018
https://www.youtube.com/watch?v=xQ64MKoQEdQ
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
Dünən, 09:49
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
1-02-2026, 16:52
Biləcəridən Ermənistana Rusiya taxılı daşıyan qatar yola düşüb
30-01-2026, 17:40
İqtisadi Şuranın iclası keçirilib
30-01-2026, 16:30
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
30-01-2026, 14:15
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
30-01-2026, 13:47
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
30-01-2026, 10:23
Agentlik sədrinin müavini vəzifədən azad edilib
30-01-2026, 07:18
Ağıllı eynəklərin və süni intellektli cihazların istehsalı artacaq
29-01-2026, 18:04
Nazirlikdə nöqsanlar aşkarlanıb
29-01-2026, 17:41
Vakansiyalar arasında maaş uçurumu: 300-10 min manat arasında dəyişir
29-01-2026, 17:11
Mərkəzi Bankda yeni təyinatlar olub
29-01-2026, 16:04
İranla bağlı gərginlik dünya bazarında nefti bahalaşdırıb
29-01-2026, 14:21
Kəmaləddin Qafarovun şirkəti hospitalla sövdələşib
29-01-2026, 11:25
İşçi Qrupun iclası keçirilib - Foto
29-01-2026, 07:02
Dollar üçün təhlükəli dövr başlayır
28-01-2026, 15:00
Nə qədər dövlət borcumuz var? - Rəqəm açıqlanıb
28-01-2026, 14:45
Hibrd modellər Avropa avtomobil bazarında üstünlük qazanıb
28-01-2026, 12:56
Trampın şərhləri dolları dəyərdən salır
28-01-2026, 12:07
İrandan Azərbaycana gətirilən qənnadı məhsulunda kif aşkarlanıb
28-01-2026, 09:26
Avropa İttifaqı Polşaya 44 milyard avro ayırıb
27-01-2026, 23:00
"Bloomberg": Hindistan Rusiya neftindən imtina edib
27-01-2026, 19:35
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub
27-01-2026, 16:11
Almaniya şirkətləri Çinə investisiyaları artırıb
27-01-2026, 11:27
Neft Fondu qızıl aktivlərini 200 tona çatdırıb
27-01-2026, 10:53
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
27-01-2026, 10:45
Mərkəzi Bank vəzifəli şəxsləri cərimələyib
27-01-2026, 10:37
ARDNF-in aktivləri artıb
27-01-2026, 10:30
Sinqapur valyutası ABŞ dollarını üstələyir
27-01-2026, 08:42
Seul Trampın yeni tariflərini rədd edir
26-01-2026, 21:03
SOCAR Dünya Bankı ilə yaşıl enerji dəhlizlərini müzakirə edib - Fotolar
26-01-2026, 16:30
"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiq olunub
26-01-2026, 16:05
Maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulub
26-01-2026, 11:26
Qida təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır
26-01-2026, 10:50
Pensiya nə qədər artırılacaq? - Açıqlama
26-01-2026, 10:30
Məşhur şirkəti fantastik maliyyə itkiləri gözləyir
26-01-2026, 09:57
Dollar arxa plana keçir, qızıl və gümüşə üstünlük verirlər
23-01-2026, 22:36
Qızıl və gümüşün qiyməti artır
23-01-2026, 17:53
Baş İdarə rəisi vəzifədən azad olunub
23-01-2026, 17:22
Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma ləğv olunub
23-01-2026, 15:10
"VTB Azərbaycan”dan 17 milyon manatdan çox depoziti geri götürülüb
23-01-2026, 12:36
Tələbələrin kredit üçün müraciət tarixləri açıqlanıb
23-01-2026, 12:08
Sahibkarlıq sahəsində yoxlamalar daha bir il dayandırılır
23-01-2026, 10:57
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
22-01-2026, 15:20
Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad edib - Yeni təyinat
22-01-2026, 09:10
Rusiya qızıl ehtiyatını artırıb

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər