Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 22-09-2016 10:50 | Bölmə: İqtisadiyyat
Prezident İlham Əliyev Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın davamlılığını təmin etmək, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmaq, beynəlxalq bazara inteqrasiya prosesini sürətləndirmək vəbu sahədə əlverişli şəraiti daha da genişləndirmək məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi:
- Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin malların istehsalçıları barədə məlumatlarıəks etdirən, ən azı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən İnternet portalının üç ay müddətində yaradılmasını təmin etsin;
- həmin portalda istehsal fəaliyyəti üzrə(hər bir mal növü, onun istehsalçısı, hüquqi ünvanı, əlaqə vasitələri, habelə istehsalçı qrupları, istehsal imkanları, tərəfdaşlar və s.) istifadəsi sadəolan axtarış sistemi yaratsın;
- informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə istehsalçılarla informasiya mübadiləsinin elektron şəkildə və daha operativ qaydada təşkil olunması, habelə istehsalçılar tərəfindən məlumatların portala daxil edilməsi və yenilənməsi məqsədi iləportalda "elektron kabinet” bölməsi yaratsın;
- malların istehsalçıları tərəfindən məlumatların portalda yerləşdirilməsi üçün mütəmadi olaraq təbliğat-təşviqat tədbirləri həyata keçirsin;
- yaradılmış portal barədə məlumatın kütləvi informasiya vasitələri ilə yayılmasını təmin etsin;
- bu sərəncamın 3-cü hissəsinə əsasən ayrılan vəsaitin qanunvericiliyə uyğun və təyinatı üzrə xərclənməsini təmin etsin;
- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək;
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək;
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək;
bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Bu sərəncamda nəzərdə tutulan portalın yaradılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə 400 min manat ayrılır.
Maliyyə Nazirliyi bu sərəncamın 3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının vənormativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Yerli icra hakimiyyəti orqanları onlara aid inzibati ərazi vahidlərində fəaliyyət göstərən malların istehsalçıları və onların istehsal etdikləri mallar barədə məlumatların bu sərəncamın 1.1-ci bəndində nəzərdə tutulan portal istifadəyə verildikdən sonra həmin malların istehsalçıları tərəfindən dörd ay müddətində portalda yerləşdirilməsinin təmin edilməsi istiqamətində təşviqedici tədbirlər həyata keçirəcək və məlumatların mütəmadi olaraq yenilənərək aktual saxlanmasına nəzarət edəcəklər.
Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına tapşırılır ki, bu sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə zəruri kömək göstərilməsini və onun müraciəti əsasında zəruri məlumatların təqdim olunmasını təmin etsinlər.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər