00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Vüsal Qasımlı: "Qeyri-neft ixracının yeni erası başlayır”
Tarix: 04-02-2020 15:56 | Bölmə: İqtisadiyyat

“Möhtərəm cənab Prezidentin təşəbbüsü və liderliyi ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına həsr olunan 4 dövlət proqramı nəticəsində son 16 ildə xarici ticarət dövriyyəsi 6,4 dəfə, ixrac 7,6 dəfə, o cümlədən qeyri-neft ixracı 5,2 dəfə artıb. 2017-ci ildə qeyri-neft ixracımız 24 faiz, 2018-ci ildə 10 faiz, 2019-cu ildə isə 14 faiz artıb. Son üç ildə qeyri-neft ixracının kumulyativ artımı 55 faizi ötüb. Dövlət adından ixraca dəstək üçün Azexport.az portalı, Bir Pəncərə İxraca Dəstək Mərkəzi, ticarət evləri, ticarət nümayəndələri, ixrac subsidiyaları, ixrac missiyaları, beynəlxalq sərgilərdə iştirak və s. kimi dəstəkləyici tədbirlərdən uğurla istifadə edilib. Əldə olunmuş uğurlardan sonra 4-cü sənaye inqilabının tələblərinə uyğun şəkildə Prezident İlham Əliyevin rəhbərliyi ilə qeyri-neft ixracının yeni erası başlayır”.
Reyting.az-ın əlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda həm də qeyri-neft ixracatının artırılması istiqamətində tapşırıqlar verməsi ilə bağlı deyib.
V. Qasımlı bildirib ki, strateji yol xəritələrinə əsasən qeyri-neft sektoru üzrə ixracın hazırda adambaşına 200 ABŞ dollarından 2025-ci ildə ən azı 450 ABŞ dollarına qaldırılması hədəflənib: “Başqa sözlə, bu il də daxil olmaqla biz qeyri-neft ixracını illik 15 faiz artırmalıyıq ki, hədəfimizə çataq. Azərbaycan iqtisadiyyatının idxal tələbi adambaşına ortalama 1000 ABŞ dollarıdır. İdxalı tarazlaşdırmaq üçün Azərbaycandan hazırda adambaşına 2 min ABŞ dolları həcmində məhsul ixrac olunur ki, bunun da 90 faizini getdikcə əlavə dəyəri azalan və qiymətləri dəyişkən olan neft-qaz təşkil edir. Deməli, qeyri-neft ixracının artımı iqtisadi təhlükəsizlik və makro sabitlik üçün strateji əhəmiyyətlidir. Amma qeyri-neft ixracının artımı kəmiyyət deyil, keyfiyyət baxımından, başqa sözlə, yaradılan mənfəət baxımından daha əhəmiyyətlidir. Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda nəzərdə tutulur ki, 2020-ci ilin iyul ayınadək yeni qeyri-neft ixracı strategiyası hazırlansın.
Cənab Prezidentin həyata keçirdiyi ixracın dəstəklənməsi siyasətində dünya təcrübəsində mümkün olan hər üç istiqamət uğurla əhatə olunub: standart ticarət, qlobal dəyər zəncirləri və klasterial yanaşma.
Birincisi ondan başlayaq ki, müasir dünyada standart ticarətə nisbətən qlobal dəyər zəncirləri önəmini daha da artırır. Dünya Bankının hesablamalarına görə, dəyər zəncirində iştirakın 1 faiz artması hər nəfərə gəliri 1 faizdən də çox artırır, hansı ki standart ticarətdə bu göstərici 0,2 faizdi. İxracda e-ticarət və e-kommersiya önə çıxır. Azərbaycan UNESCAP-ın hesablamalarına görə, kağızsız ticarət və ticarətin asanlaşdırılması kriteriyalarına görə Cənubi Avropadan başlamış Çinə qədər geniş bir coğrafiyada lider ölkədir. Azərbaycan eyni zamanda standart ticarət imkanlarından geniş yararlanır. Məsələn, keçən il biz əlavə 800 meqavat elektrik enerjisi almaq hesabına elektrik enerjisi ixracını 17 faiz artırmışıq”.
İcraçı direktor qeyd edib ki, Azərbaycan qlobal dəyər zəncirlərinə qoşulanda məhsulun istehsalının bütün mərhələlərini (upstream, midstream və downstream) deyil, rəqabət üstünlüyü olan mərhələsində fokuslanmalıdır: “Məsələn, Banqladeş, Kamboca və Vyetnam geyim sənayesini inkişaf etdirməklə xammal ixracatından hazır məhsul ixracına keçidin yaxşı nümunəsini sərgilədilər. Amma hər üç ölkə hazır paltar ixracını tekstili idxal etməklə həyata keçirdilər. Təsəvvür edin ki, hər bir kiloqram pambıq mahlıcının ixracına nisbətən pambıq paltarın ixracı üç dəfədən də çox gəlir gətirir. Azərbaycan ötən il 122 milyon dollar pambıq mahlıcı ixrac etmişdir ki, bunun da son məhsula çevrilməsi təxminən 400 milyon dollar gətirə bilərdi. Biz hazırda pambıq lifinin hər tonunu orta hesabla 1500 dollara satırıq, bir addım emal dərinliyini artıranda, yəni pambıq ipliyi ixrac edəndə hər tonda orta hesabla 2500 dollar qazanırıq. Beləliklə, cənab Prezidentin bildirdiyi kimi, emal dərinliyinin artırılması üçün sahibkarlar daha çox sərmayə yatırmalıdırlar. Bu sahibkarların gəlirlərini daha çox artıracaq və “Adam Smitin görünməz əli” ilə yeni iş yerləri, əlavə dəyər, ixrac və vergi bazası baxımından faydalı olacaq. Cənab Prezidentin qarşıya qoyduğu yeni vəzifələrə uyğun olaraq meyvə-tərəvəz, tütün, kartof, üzüm və digər aqrar məhsulların son məhsula çevrilməsi çox vacibdir. Bu yolla Azərbaycan həm ixracını genişləndirə, həm də idxalı əvəzləşdirə bilər”.
V. Qasımlının sözlərinə görə, qlobal dəyər zəncirlərində ölkə, sektor və ya şirkət səviyyəsində iştirak etmək olar: “Burada iki formanı fərqləndimək mümkündür: hörümçək formalı və ilan formalı.
Məsələn, Azərbaycanda avtomobil istehsalı daha çox hörümçək formalı dəyər zəncirinə oxşayır. Müxtəlif ölkələrdən gətirilən avtomobil hissələri bizdə yığılır və son məhsula çevrilir, dəyərin bir hissəsi də bizdə qalır. Hörümçək formalı dəyər zəncirlərində üç məsələyə daha çox fikir verməliyik: məhsuldarlıq, bazarlara çıxış və dəyər zəncirində daha dərinə gedib istehsalı genişləndirmək.
İlan formalı dəyər zəncirlərini biz nəqliyyat dəhlizlərinin üzərində qura bilərik. Məsələn, Çindən Avropaya gedən fiberoptik kabel imkan verəcək ki, biz Azərbaycanda Data Mərkəzi yaradıb əldə olunmuş dataları emal edərək sataq. Hazırda dünyada da belə bir tendensiya var ki, qlobal dəyər zəncirləri həm də data axınlarının üzərində qurulur. Eyni prinsipi tətbiq etməklə Ələt Limanında Azad İqtisadi Zonanın ərazisində Orta Asiyadan gələn məhsulları emal edərək Avropaya satmaq mümkündür”.
V. Qasımlı qeyd edib ki, ölkələrin dəyər zəncirlərində iştirakı da müxtəlif səviyyələrdədir: “Avropa və Şərqi Asiyada qlobal dəyər zəncirləri daha çox regionun daxilində ticarətin hesabına inkişaf edir, Şimali Amerikanın yaratdığı dəyər zəncirləri isə daha çox qlobal xarakter daşıyır. Avropa və Şərqi Asiyanın geoiqtisadi tarazlıq mərkəzində yerləşən Azərbaycan bu iki nəhəng dəyər zəncirləri kompleksinin inteqrasiyasında əlverişli mövqelərə çıxa bilər.
Qlobal dəyər zəncirləri dərin ixtisaslaşmaya aparır ki, hazırda Azərbaycanın buna ehtiyacı var. Biz post-neft dövrünün əsas drayverlərini – sektorlarını əsasən müəyyənləşdirmişik: turizm, aqrobiznes, nəqliyyat-logistika, neft-qaz kimyası, İKT və metallurgiya. İndi lazımdır ki, daha dərinə gedərək subsektorları seçək və ixtisaslaşaq”.
İcraçı direktorun fikrincə, inkişaf səviyyəsinə görə ölkələrin dəyər zəncirlərində iştirakı dörd səviyyədə ola bilər: xammal, məhdud istehsal, qabaqcıl istehsal və xidmətlər, innovativ fəaliyyətlər.
“Dəyər zəncirlərinə qoşulan şirkətlər daha məhsuldar və kapital-tutumlu olmağa çalışırlar, beləliklə, istehsalı genişləndirirlər və məşğulluğu təmin edirlər. Belədə dəyər zəncirlərinə qoşulan şirkətlər inkişaf edən ölkələrdə məşğul əhalinin az məhsuldar sahələrdən daha məhsuldar istehsal və xidmət sahələrinə keçidini təmin edirlər. bir müşahidəni deyim ki, dünya üzrə göstəricilər sübut edir ki, dəyər zəncirlərinə qoşulmaqla qadın məşğulluğu daha sürətlə artır”, - deyə o vurğulayıb.
V. Qasımlı Prezidentin müşavirədə klasterial inkişafla bağlı çox vacib məqama toxunduğunu da diqqətə çatdırıb: “Cənab Prezident bildirdi ki, SOCAR Polymer zavodunun istehsal etdiyi polimerlərin əsasında klaster yaratmalıyıq. Azərbaycan SOCAR Polimeri istifadəyə verməklə qabaqcıl istehsalı yaradıb. Belə ki, burada illik 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Göründüyü kimi biz xammaldan məhsul istehsalına keçməklə daha çox dəyəri ölkədə saxlayırıq. Digər bir tərəfdən SOCAR Polimer multiplikasiya effekti yaradaraq ölkədə bir sıra sənaye sahələrinin inkişafını təmin edə bilər. Ötən il Azərbaycanın ixracının artmasında SOCAR Polimer və SOCAR Karbamid kimi zavodların əhəmiyyətli rolu olub. SOCAR Polimer layihəsinin müddətində 6, 6 milyard dollar gəlir gətirməsi proqnozlaşdırılır. Bu gəlirin də təxminən 30 faizi xalis mənfəətdir. Buradan bizim büdcəyə 400 milyon dollar mənfəət vergisi gələcək və 450 milyon dollar da əlavə dəyər vergisi gəliri təmin olunacaq. SOCAR Polymerin istehsal etdiyi polietilen və polipropilen imkan verəcək ki, biz həmin məhsulları Azərbaycanda son məhsula çevirək.
Cənab Prezident müşavirədə həm də xidmət ixracının da əhəmiyyətini qeyd etdi və bildirdi ki, keçən il xarici turistlər Azərbaycanda 4,3 milyard manat pul xərcləyiblər. Yəni, turizm neftdən sonra ikinci ən gəlirli sahədir. 2020-2023-cü illərdə turizmdə artım tempi 30 faizdən çox olacaq ki, bu da xidmət ixracının daha da artmasına zəmin hazırlayacaq. Bu gün Azərbaycan rezidentləri turizmlə yanaşı informasiya-kommunikasiya, nəqliyyat-logistika, təhsil, səhiyyə, maliyyə-bank, tikinti, kosmik xidmətlər sahəsində ixrac imkanlarını daha da genişləndirə bilərlər.
Azərbaycandan “kreativ ixrac” da genişlənir. Yaradıcı və sənaye sahələri (film, foto, heykəltaraşlıq, musiqi, ədəbiyyat, media və s.) üzrə ixrac imkanlarımız da yeni qeyri-neft ixrac strategiyasında nəzərə alınası məqamdır.
Cənab Prezidentin qeyri-neft ixracı ilə bağlı qarşıya qoyduğu əsas məqsəd ixracın daha çox mənfəət gətirməsi, regionlarımızın ixraca qoşulması, ixracın coğrafiyasının şaxələndililməsi və ixraca daha çox KOB subyektələrinin cəlb olunmasıdır”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:14
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
Dünən, 09:49
OPEC+ martın əvvəlinədək neft hasilatını dondurub
1-02-2026, 16:52
Biləcəridən Ermənistana Rusiya taxılı daşıyan qatar yola düşüb
30-01-2026, 17:40
İqtisadi Şuranın iclası keçirilib
30-01-2026, 16:30
Sabiq nazir DSMF ilə pensiya davasına başlayıb
30-01-2026, 14:15
ABŞ “Lukoil”in Moldovadakı aktivlərini alıb - Foto
30-01-2026, 13:47
Avropanın ən varlı ölkəsi təhlükəsizliyə görə vergiləri artıracaq
30-01-2026, 10:23
Agentlik sədrinin müavini vəzifədən azad edilib
30-01-2026, 07:18
Ağıllı eynəklərin və süni intellektli cihazların istehsalı artacaq
29-01-2026, 18:04
Nazirlikdə nöqsanlar aşkarlanıb
29-01-2026, 17:41
Vakansiyalar arasında maaş uçurumu: 300-10 min manat arasında dəyişir
29-01-2026, 17:11
Mərkəzi Bankda yeni təyinatlar olub
29-01-2026, 16:04
İranla bağlı gərginlik dünya bazarında nefti bahalaşdırıb
29-01-2026, 14:21
Kəmaləddin Qafarovun şirkəti hospitalla sövdələşib
29-01-2026, 11:25
İşçi Qrupun iclası keçirilib - Foto
29-01-2026, 07:02
Dollar üçün təhlükəli dövr başlayır
28-01-2026, 15:00
Nə qədər dövlət borcumuz var? - Rəqəm açıqlanıb
28-01-2026, 14:45
Hibrd modellər Avropa avtomobil bazarında üstünlük qazanıb
28-01-2026, 12:56
Trampın şərhləri dolları dəyərdən salır
28-01-2026, 12:07
İrandan Azərbaycana gətirilən qənnadı məhsulunda kif aşkarlanıb
28-01-2026, 09:26
Avropa İttifaqı Polşaya 44 milyard avro ayırıb
27-01-2026, 23:00
"Bloomberg": Hindistan Rusiya neftindən imtina edib
27-01-2026, 19:35
Azərbaycanla Errmənistan arasında yeni razılaşma olub
27-01-2026, 16:11
Almaniya şirkətləri Çinə investisiyaları artırıb
27-01-2026, 11:27
Neft Fondu qızıl aktivlərini 200 tona çatdırıb
27-01-2026, 10:53
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
27-01-2026, 10:45
Mərkəzi Bank vəzifəli şəxsləri cərimələyib
27-01-2026, 10:37
ARDNF-in aktivləri artıb
27-01-2026, 10:30
Sinqapur valyutası ABŞ dollarını üstələyir
27-01-2026, 08:42
Seul Trampın yeni tariflərini rədd edir
26-01-2026, 21:03
SOCAR Dünya Bankı ilə yaşıl enerji dəhlizlərini müzakirə edib - Fotolar
26-01-2026, 16:30
"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiq olunub
26-01-2026, 16:05
Maliyyə xidmətlərinin istehlakçılarına yeni tələb qoyulub
26-01-2026, 11:26
Qida təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır
26-01-2026, 10:50
Pensiya nə qədər artırılacaq? - Açıqlama
26-01-2026, 10:30
Məşhur şirkəti fantastik maliyyə itkiləri gözləyir
26-01-2026, 09:57
Dollar arxa plana keçir, qızıl və gümüşə üstünlük verirlər
23-01-2026, 22:36
Qızıl və gümüşün qiyməti artır
23-01-2026, 17:53
Baş İdarə rəisi vəzifədən azad olunub
23-01-2026, 17:22
Azərbaycan və Qırğızıstan arasında ikiqat vergitutma ləğv olunub
23-01-2026, 15:10
"VTB Azərbaycan”dan 17 milyon manatdan çox depoziti geri götürülüb
23-01-2026, 12:36
Tələbələrin kredit üçün müraciət tarixləri açıqlanıb
23-01-2026, 12:08
Sahibkarlıq sahəsində yoxlamalar daha bir il dayandırılır
23-01-2026, 10:57
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
22-01-2026, 15:20
Sahil Babayev mərkəz rəhbərini vəzifədən azad edib - Yeni təyinat
22-01-2026, 09:10
Rusiya qızıl ehtiyatını artırıb

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər