Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 28-09-2016 16:18 | Bölmə: İqtisadiyyat

"Mərkəzi Bank haqqında” qanuna və digər qanunlara dəyişikliklər maliyyə bazarında ciddi problemlər yaradır".
Reyting.az xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov deyib.
Vahid Əhmədovun sözlərinə görə, Mərkəzi Bank manat kütləsini azaltmaqla inflyasiyanı cilovlamaq istəyir, Maliyyə Nazirliyi isə büdcədə kəsirin olmamasına çalışır:
"Maliyyə Bazarlarına Nəzarət Palatası banklarda problemin olmamasını istəyir. Palata banklarda sağlamlaşdırmaya nail olmaq üçün kredit verilməməsinə çalışır. Bütün bunlar çox ciddi problemlər yaradır. Aidiyyatı qurumlar ölkədə maliyyə-iqtisadi sabitliyin təmin olunmasına xidmət göstərən tədbirlər görməlidir”.
Digər millət vəkili İlham Əliyev isə bildirib ki, maliyyə bazarındakı problemlər Mərkəzi Bankın fəaliyyəti ilə bağlıdır.
Deputat bildirib ki, Mərkəzi Bank zamanında maliyyə bazarında baş verəcək prosesləri proqnozlaşdırmayıb.
"Maliyyə bazarında yaranan problem zamanı bankların lisenziyanın ləğv edilməsi nəticəsində isə ancaq insanlar əziyyət çəkir. Bir də görürsən ki, hansısa banka etimad göstərilir və əhali başlayır orada əmanət yerləşdirməyə. Amma bir müddət keçəndən sonra həmən bankın lisenziyası yenidən ləğv edilir və bu zaman əziyyət çəkən yenə vətəndaş olur”.

İlham Əliyev vurğulayıb ki, Mərkəzi Bank hələ də mütəmadi olaraq banklarda genişmiqyaslı yoxlama aparır.
"Ancaq maliyyə bazarında yaranacaq problemlə bağlı vəziyyəti əvvəlcədən proqnozlaşdırmırlar. Problem yaranan kimi də, Mərkəzi Bank vəziyyətdən çıxış yolu kimi bankların lisenziyasını ləğv edir. Bu, çıxış yolu deyil və yaranmış duruma görə Mərkəzi Bank məsuliyyət daşıyır. Çünki Mərkəzi Bank hadisələri əvvəlcədən proqnozlaşdırmalı və preventiv tədbirlər görməlidir ki, bundan nə banklar, nə də vətəndaşlar əziyyət çəksin”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər