Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 19-10-2016 13:40 | Bölmə: İqtisadiyyat

"Gömrük sənədləşməsinin sadələşdirilməsi Azərbaycan məhsullarının xarici bazara çıxarılmasına yardım edəcək".
Reyting.az-ın məlumatına görə, bunu bu gün Bakıda "Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Şahin Bağırov deyib.
Şahin Bağırov bildirib ki, Azərbaycanın gömrük sistemində islahatlar davam etdirilir. Gömrük prosedurlarının sadələşdirilməsi təkcə gömrük sənədlərinin azaldılması deyil, eyni zamanda gömrük bəyənnamələrinin elektron qaydada təqdim edilməsi ilə bağlıdır.
Komitə sədrinin müavini qeyd edib ki, gömrük orqanları İqtisadiyyat Nazirliyi ilə bu sahədə birgə tədbirlər həyata keçirir: "Bu gün Komitə əsas diqqətini kənd təsərrüfatı məhsullarının ixracına yönəldib”.
Ş.Bağırov vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında kənd təsərrüfatı məhsullarının ixracına dair qarşılıqlı sənəd imzalanıb: "Bu sənədə əsasən, Rusiyadan Azərbaycana idxal olunan kənd təsərrüfatı məhsulları sadələşdirilmiş qaydada Azərbaycan ərazisinə daxil olur. Bu sənəd, həmçinin ixracın təşviqinə də çox böyük imkan verir. Gömrük sahəsində əsas məsələ sərhəd keçid prosedurlarının sadələşdirilməsidir. Bu sahədə əsas məsələ idxal məhsullarına yönəlsə də, "yaşıl dəhliz” prinsipi ilə ixrac yolları da asanlaşdırılır. Gömrük orqanı ixracın stimullaşdırılmasında öz üzərinə düşən işləri tam olaraq həyata keçirəcək".
Azərbaycanın Rusiyaya meyvə idxalında 2,7 faiz, tərəvəz idxalında 1,3 faiz paya malik olduğunu bildirən sədr müavini qeyd edib ki, ölkəmiz Rusiya idxalçıları arasında 11-ci yeri tutur.
"Bu il Azərbaycanda baramaçalığın inkişafında çox ciddi işlər aparılıb. 1,6 mln. ədəd tut tinglərinin alınması üçün Çinlə müqavilə imzalanıb. Həmçinin, ölkədə tut bağlarının salınması üçün işlər görülür. Növbəti ildə isə 4 min qutu baramanın alınması nəzərdə tutulub", - deyə sədr müavini bildirib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər