Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 17-04-2017 16:42 | Bölmə: İqtisadiyyat

"Sahibkarların üzləşdiyi əsas problemlərdən biri dəmir yolları vasitəsilə daşınma ilə əlaqədardır. "Azərbaycan Dəmir Yolları” QSC-nin parkı çox köhnəlib. Buna görə, xammalın ixracı zamanı şirkətlər problemlərlə üzləşir”.
Reyting.az "APA-Economics"ə istinadla xəbər verir ki, bunu "Qeyri-neft ixracatçılarının respublika müşavirəsi"ndə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov deyib.
O bildirib ki, Assosiasiyanın üzvü olan şirkətlər tərəfindən istehsal olunan məhsulların daşınması üçün "Azərbaycan Dəmir Yolları” QSC-nin parkında olan sisternalar olduqca azdır: "İxracatçılar da təsdiqləyər ki, onlar əllərində olan ixrac müqavilələrinin tələblərini yerinə yetirə bilmir. Ən böyük problem odur ki, sisternalar olmadığı üçün ümumiyyətlə müqavilə imzalanmayıb. Dəmir yolunda daşıma tarifləri məntiqə uyğun deyil. Çox maraqlıdır ki, dəmir yolunda daşınma avtomobil yolu ilə daşınmadan baha başa gəlir. Bizim xammal idxala bağlıdır. Məsələn, şüşə idxalımız Rusiyadan həyata keçirilir. Lakin hazırda Dağıstanda sürücülər tətil elan edib. Bunu nəzərə alaraq, biz "Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət etdik. 50 tonluq yükün Yalama-Biləcəri marşrutu üzrə 200 kilometrlik daşınması üçün 1300 manat, Yalama-Ləki-Ağdaş üzrə isə 1900 manat tələb olundu”.
E.Mədətov qeyd edib ki, 50 tonluq yükü iki ədəd TIR-la daşımaq mümkündür: "1 TIR-la daşınma 300-400 manata başa gəlir. Amma biz 1300 manat xərcə düşürük. Bilirik ki, dəmir yolu nəqliyyatında daşımanın tarifi İsveçrə frankının məzənnəsinə uyğun hesablanır. Başa düşürük ki, manat devalvasiyaya uğrayıb. Lakin daxili daşımalarda bu amil nəzərə alınmalıdır”.
Sahibkara cavab olaraq prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov isə bildirib ki, "Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili daşımalarda inhisarçı mövqeyə malikdir: "Bunu nəzərə alaraq, ölkədaxili daşımalarda tarif tənzimlənməsinə ehtiyac var. Daxili daşımalarda bu cür problemlər varsa, tariflərin dövlət tərəfindən tənzimlənməsinin tam hüquqi əsasları var.
O ki qaldı dəmir yolu parkının yenilənməsinə, ölkə başçısının bununla bağlı müvafiq göstərişi var. Bütövlükdə nəqliyyat sektorunda daşımaların ən yüksək səviyyəyə qaldırılması üçün zəruri tədbirlər görülür. "Azərbaycan Dəmir Yolları” QSC parkın yenilənməsi istiqamətində müvafiq işlər görür, müxtəlif təyinatlı vaqonlar alır”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər