Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 11-05-2017 12:17 | Bölmə: İqtisadiyyat

"2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi may ayında Milli Məclisdə müzakirə olunacaq”.
Reyting.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Onun sözlərinə görə, hələlik sənəd parlamentə daxil olmayıb.
Parlament üzvü bildirib ki, qanuna uyğun olaraq hər il mayda dövlət büdcəsinin icrası ilə bağlı sənəd Milli Məclisə təqdim olunaraq müzakirə edilir. Bu il də müzakirələr davam edəcək.
V.Əhmədov hazırda büdcənin icrası ilə bağlı məsələnin önəmli olduğunu vurğulayıb:
"Yalnız büdcənin təsdiq edilməsi deyil, onun icrası da böyük əhəmiyyət kəsb edir”.
Xatırladaq ki, büdcə təsdiq olunan zaman yarana biləcək risklərdən qorunmaq məqsədi ilə neftin qiyməti 3 ssenari üzrə - pessimist qiymətin 1 bareli - 35 ABŞ dolları, baza qiyməti - 40 ABŞ dolları, optimist - 45 ABŞ dollardan hesablanıb.
2017-ci ilin dövlət büdcəsində neftin qiyməti 40 dollardan götürülüb.
V.Əmədov deyib ki, büdcə müzakirələri zamanı bu və bir çox başqa məsələlərə baxılcaq.
"Büdcənin gəlirlər və xərclər hissəsinin istifadəsinin qanunauyğun olaraq həyata keçirilib-keçirilmədiyini biləcəyik. Büdcədən artıq, yoxsa əskik xərcləmələrə yol verilməsi müzakirə obyektidir”.
Bundan əlavə, büdcə ilə bağlı sənədin may ayındakı müzakirələrindən asılı olaraq, dövlət büdcəsinə müəyyən dəyişikiliklər edilməsi gözlənilir.
Bildiyiniz kimi, son illər dövlət və icmal büdcələrə yenidən baxılaraq düzəlişlərin edilməsi, əsasən, neftin dünya bazarındakı qiymətindən və manatın məzənnəsindən asılı olur”.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər