Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 19-06-2017 15:59 | Bölmə: İqtisadiyyat
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın iyun sayı təqdim olunub.
Reyting.az məlumatına görə, icmalın bu sayında 2017-ci ilin may ayında qeyri-neft sektoru üzrə 445 şirkət tərəfindən 149 milyon ABŞ dolları həcmində ixrac əməliyyatları həyata keçirilib.
"İxrac İcmalı” yazır ki, may ayı üzrə ixrac olunan əsas mallar pomidor, kartof, ağ şəkər, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen, metanol (metil spirti), alüminium ərintilərindən qalınlığı 0,2 mm-dən çox olan düzbucaqlı plitələr, vərəqlər, zolaqlar, qızıl, emal olunmamış aşqarlanmamış alüminium, qabığı təmizlənmiş meşə fındığı, pambıq lifi, üzüm çaxırı, mis filizləri və konsentratları, günəbaxan və ya saflor yağı, alma, soğan və s.
Məlumata görə, 2017-ci ilin 5 ayı ərzində isə qeyri-neft sektoru üzrə ixrac 557 milyon ABŞ dolları olub. Bu ixrac əməliyyatlarında 1021 şirkət iştirak edib. 2017-ci ilin 5 ayı ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistan var.
"Azexport.az” portalının qeyri-neft sektoru üzrə ixraca töhfə verməsinə gəlincə, "İxrac İcmalı”nda qeyd edilir ki, 2017-ci ilin may ayında daxil olan sifarişlərin ümumi dəyəri isə 19 milyon ABŞ dolları olub. May ayında ilk dəfə portala Slovakiya, Tayvan və Surinam Respublikasından sifarişlər daxil olub. May ayında sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qeyri-neft sektorunda istehsal edilən müxtəlif məhsullar - quru süd, meyvə tamlı süd, qırmızı yumurta, günəbaxan yağı, toyuq əti, armatur, yer kökü, şərab, kərə yağı, pambıq toxumu, alma, kosmetik vasitə, makaron, kərpic, nar, qaya duzu, avtomobil diaqnostika aparatı, çay, yataq dəsti, ipək xalça, mebel dəsti, mühərrik yağı, qənnadı məhsulları, boya, nar şirəsi sifariş olunanlar arasındadır.
Maraqlı nüanslardan biri isə ondan ibarətdir ki, may ayı ərzində Səudiyyə Ərəbistanı, ABŞ və Hindistandan Azexport.az portalına daxil olan ixrac sifarişlərinin sayı artıb. Səudiyyə Ərəbistanından sifarişlər çaya, qənnadı məmulatlarına, avtomobil diaqnostika aparatına və s., ABŞ-dan sifarişçilər təbii bala, fındıq ləpəsinə, nar şirəsinə, bəzəkli şüşə qablara və s., Hindistandan nar şirəsinə, konyaka və s. daxil olub.
Ümumilikdə isə Azexport.az portalına 2017-ci ilin yanvar ayında 48 milyon ABŞ dolları, fevral ayında 6.5 milyon ABŞ dolları, mart ayında 27 milyon ABŞ dolları, aprel ayında 29.9 milyon ABŞ dolları, may ayında 19 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Ümumi götürdükdə 2017-ci ilin 5 ayı ərzində Azexport.az portalına 45 ölkədən 130 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.
"İxrac İcmalı”nın müntəzəm olaraq, yayımı nəzərdə tutulub. İcmalın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.
"İxrac İcmalı”ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər