Məşhur aktyorun adı “Ən pis aktyor"lar siyahısına salınıb
Tarix: 14-01-2026 00:08 | Bölmə: Mədəniyyət

Məşhur aktyorun adı “Ən pis aktyor"lar siyahısına salınıb

ABŞ kino sahəsində əsas antibaxışa malik olan "Qızıl Moruq" mükafatının namizədləri açıqlanıb. Siyahıda ən çox adı çəkilən ekran əsəri Hollivud istehsalı olan "Ağbəniz" filmi olub. 

Reyting.az "World Of Reel" nəşrinə istinadla bildirir ki, yeni lentə alınmış və 2025-ci ildən nümayiş olunan bu filmdə şər kraliçanı canlandıran kinoaktrisa Qal Qadot "İkinci planın ən pis aktrisası" nominasiyasında ön sıralarda yer alıb. Hollivudun ulduz aktyoru, prodüser və rejissor, kinossenarist Silvester Stallone isə rol aldığı "Alarum" filmindəki obrazına görə, yerli kinoşünasların tərəfindən tənqidlərə tuş gəlib. Məşhur aktyor əksər tənqidlərlə razılaşmadığını, əsassız qınandığını söyləsə də, uğursuz siyahıdan çıxa bilməyib.

Məlumata görə, məşhur Silvester Stallonenin "İkinci planın ən pis aktyoru" kateqoriyasına adının əsas namizəd kimi düşməsi ilə bağlı məlumat da artıq təsdiqlənib.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər