Məşhur aktyor süni intellektdən qorunmağa çalışır
Tarix: 16-01-2026 09:58 | Bölmə: Mədəniyyət

Məşhur aktyor süni intellektdən qorunmağa çalışır

Amerikalı aktyor Metyu Makkonahi süni intellektdən mümkün sui-istifadələrin qarşısını almaq məqsədilə məşhur mem obrazları və “Alright, alright, alright” ifadəsi üçün ticarət nişanları qeydiyyatdan keçirib.

Reyting.az “The Wall Street Journal”a istinadla xəbər verir ki, ABŞ Patent və Əmtəə Nişanları İdarəsi (USPTO) Hollivudun tanınmış kinoaktyorunun sosial şəbəkələrdə populyar olan bir neçə vizual obrazını da artıq təsdiqləyib.

Aktyor bildirib ki, onun səsindən və xarici görünüşündən yalnız öz razılığı ilə istifadə olunmalıdır. Kino ulduzunun nümayəndələri isə bu addımı gələcəkdə baş verə biləcək qanunsuz və aktyordan xəbərsiz mümkün sui-istifadələrin qarşısını almaq üçün atılmış “ehtiyat tədbiri” kimi dəyərləndiriblər.

Makkonahi səmimi olduğunu və süni intellektdən çəkindiyini gizlətməyib. Bununla yanaşı, o, generativ süni intellektin əleyhinə olmadığını da vurğulayıb. Məlumata görə, Hollivud ulduzu investoru olduğu “ElevenLabs” adlı şirkətə öz səsindən istifadə üçün icazə verib.

Bununla belə, ekspertlərin fikrincə, ABŞ məhkəmələri bu sahədə hələ formalaşma mərhələsindədir. Məhz buna görə də tərəflər gələcək üçün hüquqi presedentlər yaratmağa çalışırlar.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər