Kino şirkəti aktyorlar qarşısında sərt tələblər qoyur - Foto
Tarix: 19-01-2026 11:17 | Bölmə: Mədəniyyət

Kino şirkəti aktyorlar qarşısında sərt tələblər qoyur

Hollivudun iki kino ulduzunun baş rollarda çəkildiyi “Şirəli parça” filminin qəhrəmanları Mett Deymon və Ben Afflek “Netflix” platforması üçün istehsal olunan kriminal trillerin tələblərindən danışıblar.

Reyting.az xəbər verir ki, aktyorların sözlərinə görə, “Netflix” hər iki kino ulduzundan yeni ekran əsərinin süjetinin 3-4 dəfə təkrarlanmasını və filmin ilk 5 dəqiqəsi ərzində böyük, diqqətçəkən səhnənin göstərilməsini tələb edib. Şirkət bu tələbləri aktyorlara belə izah edib ki, izləyicilər tez-tez telefonla məşğul olur və uzun, sakit səhnələrdən tez bezirlər.

Ben Afflek eyni zamanda “Netflix” platformasında yayımlanan “Keçid yaş dövrü” filmini nümunə göstərərək bildirib ki, həmin ekran əsərində bu qaydalara əməl olunmayıb.

Qeyd edək ki, hər iki film artıq “Netflix” platformasında nümayiş olunur.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər