Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 14-01-2026 15:37 | Bölmə: Mədəniyyət

"Azərbaycan Yazıçılar Birliyinə (AYB) illik üzvlük haqqı cəmi 15 manatdır. Başa düşürəm, kiminsə imkanı olmaya bilər. Bizdə şəhid ailələri, qazilər və müharibə iştirakçıları ümumiyyətlə pul vermirlər. Digər tərəfdən isə biz bu cəmiyyəti dolandırmalı, onlara kömək etməliyik. Kağız almalıyıq, xeyli xərclərimiz var”.
Reyting.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında Xalq yazıçısı Çingiz Abdullayev bildirib.
O deyib ki, bu məbləğ ayda cəmi 1 manat edir: “Bu, həmişə belə olub, son 20 ildə də eyni qayda tətbiq edilib. İndi də elan etmişik ki, üzvlük haqqı verilməlidir. Burada nə baş verdiyini başa düşmürəm. Kimin imkanı yoxdursa, gəlib desin, biz də köməklik edək. Amma bu məsələ mediada problemə çevrilib, şişirdilib. Yalandan yazılır ki, narazılıq var. Kim narazıdır? Gəlsinlər, desinlər, nəyə görə narazıdırlar. Bu cür yanaşma düzgün deyil, məsələ sensasiyaya çevrilib. Onda gərək belə edim ki, kim mənə zəng edirsə, deyim sabahdan 50 qəpikdir. Mən utanıram. Mən utanıram ki, mənə zəng vurub soruşurlar ki, niyə pul yığılır. Biz pul yığmırıq, sadəcə vəsait toplayırıq ki, kitablar hazırlayaq, kağız alaq, tədbirlər keçirək”.
Xatırladaq ki, AYB qurumda təmsil olunan, lakin üzlük haqqını ödəməyən şair və yazıçıların adlı siyahısını tərtib edib. Həmin şəxslərə fevralın 1-dək vaxt verilib. Əgər onlar üzvlük haqqı borclarını ödəməsələr AYB-dən xaric ediləcəklər.
Quruma üzvlük haqqı illik 15 manatdır.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər