00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Kristi Tökerin ölümü - Akif Abbasovun tərcüməsi
Tarix: 07-10-2023 12:00 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Erskin Preston Kolduell - ədəbiyyatda realist yönümün nümayəndəsidir. Amerika yazıçısıdır. 1903-cü ildə Corciya ştatının Uayt-Ouk şəhərində ruhani ailəsində anadan olmuş, 1987-ci ildə dünyasını dəyişmişdir. Yazıçılığa 1931-ci ildə “Amerika torpağı” (İngiliscə: American Earth) novellalar toplusu ilə başlamışdır. Sonralar “Tütün yolu” (“Tobacco Road”, 1932), “Allahın payı” (“God’s Little Acre”, 1933) romanlarını yazmışdır. 1941-ci ildən Moskvada müxbir olmuş, təəssüratları əsasında “Moskva od içində” (“Moscow Under Fire”) kitabını, “Bütün gecə boyu” (“All Night Long”, 1942) romanını qələmə almışdır.

Erskin Kolduell
Kristi Tökerin ölümü
(Hekayəni ingilis dilindən Akif Abbasov çevirib)
Kristi Töker axşamtərəfi qatırın tərkində plantasiya şəhərciyinə gedirdi. O, bütün günü yaşadığı evin ətrafını səliqəyə salmış, təzə payalar yonub çəpərin uçuq-sökük yerlərini düzəltmişdi. Öz işindən yerdən-göyə qədər razı qaldığından indi kefi ala buludlarda idi. Yol boyu fit çalırdı.
O, plantasiya şəhərciyinə az-az gedirdi. Amma bir iş üçün çağırılanda vaxt itirmir, tez yola düşürdü.
Kristi qatırı dükanın arxasındakı mıxçaya bağladı. Zəncilər bu gün nədənsə onunla görüşməyə tələsmirdilər.
Kristi üç ay olardı ki, arvadını da götürüb bu yerlərə köçmüşdü. O vaxtdan rəngi rənglərinə, taleyi talelərinə bənzəyən qara dərililərlə mehriban münasibətdə idi. İndi isə zəncilər nədənsə özlərini görməməzliyə vurub ona yaxın düşmürdülər.
Kristi heyrət içərisində və tələsmədən plantasiya idarəsinə sarı yollandı. Froqqi Miller onun qarşısına çıxdı. Froqqi dönməyə macal tapmamış Kristi onun əlindən yapışdı.
- Başa düşmürəm, siz camaata nə olub?
Froqqi Miller onun evindən bir mil aralıda - üzbəüz evdə yaşayırdı. Onların evlərini uzanıb gedən pambıq plantasiyaları ayırırdı. Qonşuluqda yaşadığından hamıdan çox onu tanıyırdı.
- Nə olub, Froqqi?
Froqqi hündürboylu, saçlarını qısa vurdurmuş zənci idi. O, bir ayağını qaçaraq qoymuşdu. Kristi yenidən onu tutub saxladı. Həyəcanlı halda:
- Qulaq as,- dedi. - Özünüzü niyə belə qəribə aparırsınız?
Froqqi:
- Cənab Li Krossmən sənin dalınca adam göndərib? - deyə soruşdu.
- Hə, göndərib, nə olsun ki? Yəqin təsərrüfatla əlaqədar nə isə demək istəyir. Başa düşmürəm siz…
O, sözünü qurtarmamış Froqqi aralandı və yola düzəldi. Kristi onu narahat edən suallara cavab almaq üçün tələsik plantasiya idarəsinə girdi. Plantasiyanın mühasibi Hendriks və Li Krossmənin kiçik qardaşı Morqan birinci otaqda əyləşib ayaqlarını pəncərənin artırmasına qoymuşdular. Hendriks Kristini görən kimi qalxıb o biri otağa keçdi. Mühasib gələnədək Morqan Krossmən sakit və davamlı nəzərlərlə zəncini süzdü. Qonşu otaqdan mühasibin səsi eşidildi:
- Bura gəl!
Kristi çevriləndə plantasiyanın sahibi və bossu Li Krossməni astanada dayanmış gördü. Kristi:
- Eşidirəm, ser, - dedi.
Li Krossmən əyninə kip tikilmiş bozumtul minici şalvar - brici, mixəyi rəngli köynək və dizlərinə qədər gəlib çatan uzunboğaz çəkmə geyinmişdi. O, kənara çəkilib otağa keçmək üçün Kristiyə yol verdi, sonra arxa tərəfdən qapını bağladı. Kristi otağın ortasında dayanıb Li Krossməni gözləməyə başladı.
Kristi plantasiyaya ilin birinci yarısında - üç ay əvvəl gəlmişdi. O ilk dəfə idi ki, Corciyada olurdu. Həmin yerlər onun xoşuna bu vaxta qədər yaşadığı Alabamadan daha çox gəlirdi. Arvadı ilə onu Corciyaya köçməyə vadar edən torpağın məhsuldar, maldarlıq işinin əlverişli olması idi. Kristinin dediyinə görə, onlar bir qarın tox, bir qarın ac dolanırdılar. Buraya isə xoş gün həsrəti ilə gəlib çıxmışdılar.
Li Krossmən qayıtmaq bilmirdi. Kristi stulların birində əyləşdi. Yenicə yanını yerə qoymuşdu ki, qapı açıldı. O, ayağa sıçradı. Gülümsünərək:
- Hər vaxtınız xeyir, cənab Li, - dedi. - Torpağı yoxladım. Əgər bir dənə də qatırım və çox gavahınlı kotanım olsaydı, çalardım. Belə kotanla iki qat artıq pambıq yetişdirərdim. Torpağa söz ola bilməz. Ovcumun içi kimi təmizdir. Nə kötük var, nə də bir qamış. Kol-kos sarıdan da nigarançılıq yoxdur. Heç yerdə çala-çuxura rast gəlmədim. Əgər mənə bir dənə də qatır və kotan verilsə, iki yardardan çox pambıq becərərdim.
Kristi danışıb qurtaranadək Li Krossmən gözlədi. Sonra qapını möhkəmcə örtüb otaqda var-gəl etdi:
- Zəncini mən sənin dalınca göndərmişəm, yoxsa sən mənim?
- Elədir, cənab, Li, siz göndərmisiniz…
- Elə isə sənə icazə verilməmiş heyvərə ağzını az açıb-yum!
- Günahkaram, ser, cənab Li, - deyə Kristi arxası divara söykənənədək dalı-dalı çəkildi. Li Krossmən stulda əyləşib nəzərləri ilə onu «yedi».
- Günahkaram, ser, cənab Li,- deyə Kristi tutuquşu kimi təkrar etdi.
- Sən də o heyvərə zəncilərin tayısan, haradan peyda oldun, bilmirəm. Sən ki, Corciya zəncilərindən deyilsən.
Kristi başını yırğalayaraq:
- Xeyr, ser, cənab Li, - dedi,- mən Alabamada doğulub boya-başa çatmışam.
- Orada özünü yaxşı aparmağı sənə öyrətməyiblər?
- Öyrədiblər, ser, cənab Li.
- Bəs niyə Corciyada qudurğanlıq edirsən?
- Bilmirəm, cənab Li.
Kristi ovcunun içərisilə üzünü sildi. Başa düşmədi ki, nə üçün Li Krossmənin ona acığı tutub. Bayaq zəncilərin yaxın gəlib onunla kəlmə kəsməmələrinin səbəbi yalnız indi ona aydın oldu. Onlar bilirdilər ki, Kristi Li Krossmənin qəzəbinə düçar olub və ser öz adamını onun dalınca göndərib. Plantasiya sahibinin və bossun gözündən düşmüş adamla söhbət etmək isə özünü diri-diri oda atmaq demək idi.
- Özünə radio almısan? - deyə Li soruşdu.
- Bəli, ser.
- Haradan almısan?
- Möhlətlə almışam.
- Sənin pulun haradan idi?
- Bir az varım idi. Arvadım da cücə saxlayır.
- Nə üçün radionu plantasiyadakı mağazadan götürməmisən?
- Başqa yerdən almaq daha münasib idi. Orada bir qədər ucuzdur.
- Plantasiyada yaşayan zəncilər lazımi şeyləri buradakı mağazadan alırlar.
- Sizə borclu qalmaq istəmədim, cənab Li. İstəyirəm ilin axırında plantasiyadan mənə çatacaq məbləği tam alım.
Li Krossmən arxasını kresloya söykəyib ayağını ayağının üstünə aşırdı. Cib bıçağını çıxarıb dırnağını təmizləməyə başladı. Otaqda bir müddət sakitlik oldu. Kristi divara söykənmişdi. Bunu görən Li:
- Düz dayan, zənci! - deyə bağırdı.
- Baş üstə, ser,- deyə Kristi qəddini düz saxlamağa çalışdı.
- Çəpərini nə ilə təmir etmisən? Mənim meşəmə girmişdin?
- Bəli, ser, cənab Li.
- Bəs nə üçün icazə almamısan?
- Axı mən o yerdə yaşayıram. Gördüm çəpər amana-məəttəldir, uça bilər. Fikirləşdim ki, köhnə payaları yeniləri ilə əvəz etsəm, yaxşı olar.
- Özünü pis aparırsan! Çox pis! Demək, məni saymırsan? İstədiyini edirsən. Özünü mənim torpağımın və evimin sahibi kimi aparırsan? Öz kefinə iş görür, özünü ağ adam kimi ləyaqətli hesab edirsən?
- Xeyr, ser, cənab Li, - Kristi etirazını bildirdi. - Belə şeylər yatar-yuxuma da girməz. Sadəcə, bekar oturmaqla aram yoxdur. Əyilmiş çəpəri düzəltməyincə, odunu doğramayınca, pambığı yığıb qurtarmayınca rahatlıq tapmıram. Bu günün işini sabaha qoymuram, ser.
- Xəbərin var ki, sənin kimi qudurğan zəncilərin başına nə oyun açırlar?
- Xeyr, ser.
- Biz onlara öz burunlarını hər yerə soxmamağı, öz yerlərini bilməyi öyrədirik.
Li Krossmən ayağa qalxıb şkafa sarı getdi. Şkafın qapısını açıb əlini içəri saldı. O, geri dönəndə əlində uzun dəri qamçı tutmuşdu. Qamçıya ağır mis toqqa bənd edilmişdi. Li otaqda gəzişərək qamçını uzunboğaz çəkməsinin yanına çırpmağa başladı.
- Mənim plantasiyamda cücə saxlamağa sənin arvadına kim icazə verib?
- Heç kim, cənab Li, - Kristi dedi, - sizin etiraz edəcəyinizi bilmirdik. Həyətdə bunun üçün şərait var. Mən balaca hin də düzəltmişəm.
- Mənimlə mübahisəyə girişmə, zənci!
- Göz üstə, ser.
- Elə bilirdin məhsulun cücələr tərəfindən tərg edilməsi mənim xoşuma gələcək?
- Xeyr, ser.
- Radionun pulunu necə ödəmisən?
- Qurduğum tələyə bir-iki dovşan düşmüşdü. Onların dərisini satıb bir az pul əldə etdim.
- Mən istəmirəm ki, mənim plantasiyamdakı dovşanlara toxunsunlar.
O, ağır qamçını qaldırıb çəkməsinə vurdu:
- Nə üçün bizim mağazanın kitabında sənin adına heç nə yazılmayıb?
- Mən borca düşmək istəmirəm. İlin axırında plantasiyadan mənə çatacaq məbləği tam almaq fikrindəyəm.
Krossmən:
- Sənin bəri başdan, yaxud o başdan borclu qalacağın artıq mənim öz işimdir, - deyib döşəmədəki sökük yeri Kristiyə göstərdi:
- Köynəyini çıxart, şalvarını aşağı sal. - Ağ adam sözünə davam edib, - Dizi üstə orada dayan!
- Fikriniz nədir, cənab Li?
- Darıxma, görəcəksən. Köynəyini, şalvarını çıxart, dediyim şəkildə dayan.
- Cənab Li, razı olmaram ki, məni döyəsiniz. Xeyr, ser, cənab Li. Mənimlə belə rəftar etməyinizə icazə vermərəm. Yox, nə danışırsınız?!
Li Krossmən acığından gömgöy göyərdi. Onun bağırtısı otağı başına götürdü:
- Qaraağızlı, qarakürəkli köpək!!! – deyib ağır mis toqqalı qamçını qaldırdı və Kristini döyməyə başladı.
Kristi yaxasını qurtarmağa çalışdı. Li ikinci dəfə qamçını endirəndə zənci havada tutub buraxmadı. Li əvvəlcə çaşqın nəzərlərlə ona baxdı, sonra qamçını dartdı, almaq istədi.
- Cənab Li, mənim sizə heç bir yamanlığım keçməyib. Yalnız bir-iki dovşan tutmuşam, bir-iki cücə saxlayıram. Sizə qarşı pis fikrə düşməmişəm. Elə bilmişəm bir-iki paya ilə çəpəri təmir etməyimdən narazı qalmazsınız.
- Mumla, dediyimə əməl elə. Köynəyini, şalvarını çıxart! - deyə Li əsib-coşdu. - Dartıb əlindən almamış qamçını burax!
Kristi tərpənmədi. Qamçını ovcunda daha möhkəm sıxdı. Li o qədər qəzəblənmişdi ki, dili söz tutmurdu. O, şkafa sarı qaçıb tapançanı götürdü . Kristiyə sarı dönüb üç dəfə atəş açdı. Kristinin qamçı tutan əli boşaldı və o, yerə sərildi.
Linin qardaşı Morqan və mühasib Hendriks qaçaraq arxa otağa gəldilər. Linin qardaşı Kristi Tökeri döşəmədə sərəli görüb:
- Nə olub? - deyə xəbər aldı.
Li boğula-boğula:
- Sən bir buna bax! Məni hədələyirdi!- deyib şkafa sarı getdi, tapançanı oraya qoydu. - O heyvərə məni öldürməklə hədələyirdi. Hendrikslə sən bunun canlı şahidisiniz. Öz həyatımı xilas etmək üçün zəncini o dünyaya göndərdim!
Onlar arxa otağı tərk edib idarəyə keçdilər. Plantasiya mağazasından qaçaraq bir neçə klerk gəldi. Nə hadisə baş verməsi ilə maraqlandılar. Li əlini krantın altında yuya-yuya:
- Qudurmuş zənci idi. - dedi. - İki-üç ay əvvəl Alabamadan gəlmişdi. Bu gün onun dalınca adam göndərmişdim. Dedim gəlib izah etsin, görüm, məndən icazəsiz evinin ətrafındakı çəpərə niyə təzə payalar basdırıb. Sorğu-suala tutanda başladı mənə qara-qorxu gəlməyə. Yaman yaramaz zənci idi!
Klerklər qayıdıb plantasiya mağazasına getdilər. Hendriks kitablarını açıb plantasiyanın haqq-hesab işləri ilə məşğul olmağa başladı. Li qardaşına:
- Arxa qapını aç, - dedi. Qoy hamı görsün ki, Alabamadan gələn zənci kimi qudurğanların aqibəti necə olur!
Morqan arxa qapını açıb yola sarı boylandı. Zəncilər gözə dəymirdilər. Yalnız Kristi Tökerin bayaq minib plantasiya şəhərciyinə gəldiyi qatır dayanıb öz sahibini gözləyirdi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər