00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Həsən Cabbar yaradıcılığına bir nəzər - Akif Abbasov yazır
Tarix: 20-05-2024 01:47 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
“Mütərcim” nəşriyyatı Həsən Cabbarın yeni şeirlər kitabına həyat verib.
Vətənimizin gözəl təbiəti, əmək adamları, dostluq və saf məhəbbət hissləri kitabda toplanmış şeirlərin əsas mövzusunu təşkil edir. Şairin şeirlərində bir kövrəklik, zəriflik hiss olunur.
Kitabın redaktoru yazıçı, tərcüməçi, pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim, yazıçı, tərcüməçi Akif Abbasovdur.
Həsən Cabbar yaradıcılığına bir nəzər
Həsən Cabbarla (Həsən Xanoğlan oğlu Cabbarovla) mən Şirvan (keçmiş Əli Bayramlı) şəhər Nəriman Nərimanov adına 2 nömrəli orta məktəbində bir sinifdə təhsil almış, 1967-ci ildə orta təhsilimizi başa vurub ali məktəblərə üz tutmuşuq. Həsən Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinin (hazırda ADPU), mən isə M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsinin məzunu olaraq əmək fəaliyyətinə başlamışıq. İlk pedaqoji fəaliyyətimiz Sabirabad rayonunun Şıxsalahlı kənd otda məktəbində olmuşdur. Həsən Cabbar burada Azərbaycan dili və ədəbiyyat müəllimi, mən isə ingilis dili müəllimi kimi işləmişik. 1975-ci ildə yollarımız ayrılmış, o, həmin məktəbdə qalaraq çalışmış, mən isə müsabiqə yolu ilə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunun tərbiyənin ümumi problemləri şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunduğumdan Bakıya gəlmişəm.
Dostluğumuz isə davam etmiş, hazırda da tez-tez görüşürük.
Həsən Cabbar kimdir?
Həsən Cabbar hazırda təqaüddədir. Yaxşı ədəbiyyat müəllimi, sədaqətli dost və yoldaş, şagirdlərinin sevimlisi olmuşdur. Hələ orta məktəbdə oxuyarkən bədii yaradıcılıqla məşğul olmuş, tələbəlik illərində, müəllim işlədiyi vaxtlarda yenə də qələmə sarılaraq, gözəl şeirlər yazmaqda davam etmişdir. Şeirləri əvvəllər Əli Bayramlı (Şirvan) şəhərində çıxan “İşıq” qəzetində, daha sonralar “Azərbaycan” jurnalında, “Azərbaycan gəncləri”, “Azərbaycan müəllimi”, “Azərbaycan pioneri” (hazırda “Savalan”) və b. qəzetlərdə dərc olunmuşdur. 1999-cu ildə onun “Sənə həsrət qalacağam” şeirlər kitabı “Mütərcim” nəşriyyatı tərəfindən çapdan çıxmışdır.

Mən ingilis və rus dillərindən bir sıra pyeslər (Q.Qrin “Canlılar yaşayan otaq”, “ Mar Bayciyev “Duel”, Georgi Xuqayev “Andro və Sandro”, Touşan Esenova “Ali təhsilli arvad”) tərcümə etmişəm, onların hər biri ayrıca kitab şəklində nəşr olunmuşdur. Həmin pyeslərdə şeirlər də öz əksini tapmışdır. Onları dilimizə Həsən Cabbar çevirmişdir.
Tərcüməçilik də bədii yaradıcılıqda bir istiqamətdir. Həsən Cabbar bu sahədə də qələmini sınamışdır.
O, gənclik illərində çox yazıb-yaradardı. İndi nə isə tənbəlləşib, çox az hallarda yazır.. Səmimi şeirləri var.
O zamanlar “Vətən”, “Xatirə”, “Aparma”, “Sənə həsrət qalacam”, “Qoyma məni qocalmağa”, “Babam”, Qaya” və başqa şeirləri dilimizin əzbəri idi. Dostlar (Fəxrəddin Rəhimov, Malik Qədimov, Rafiq Rəsulov, Vaqif Qarayev) bir yerə, bir məclisə yığılanda Həsənin şeirləri səslənərdi. Rafiq Rəsulov, mərhum Malik Qədimov onun şeirlərini avazla, yüksək sənətkarlıqla deyərdilər.
Həsən Cabbar son dərəcə sakit, təvazökar, abırlı, həm də nikbin insandır. Özünü öyməyi xoşlamır, öz şeir deməz, dostları onun şeirlərini səsləndirəndə isə sıxılır.
Abırlı, təvazökar, sadə, dostcanlı insanlara eşq olsun!!!
Həsən Cabbarın şeirləri məzmun baxımından rəngarəngdir. Vətənpərvərlik (“Vətən”, “Qız Qalası”); təbiət mənzərəsi və lövhələri (“Ləpələr”, “Son payız”, “Durna”, “Qış”, “Qaya”, “Yol ver, baba” və s.); valideyn-övlad münasibətləri, ata-anaya, baba-nənəyə hörmət, bağlılıq (“Babam” və s.); sevgi (“Xatirə”, “Gizlət baxışlarını”, “Apardın”, “Gəlin köçəndə”, “Unudacaqsan”, “Darıxmışam”, “Gələrəm”, “Görüş yerimiz” və s.) səpgili şeirləri sevə-sevə oxunur.
Həsən Cabbar sözdən ötrü gəzmir, mənalandırmağı, yeni fikir söyləməyi bacarır. Doğmalarını sevib-əzizləməklə yanaşı, xahiş edir ki, ona qayğını bir az da artırsınlar, onu qocalmağa qoymasınlar. Şairlər kövrək olurlar axı. Oxuyuruq:
Aylar, günlər ildən getdi,
Durna köçü göldən getdi.
Cavanlığım əldən getdi,
Qoyma məni qocalmağa.
Əslində onu qocalmağa qoyan yoxdur. Şair xəyalıdır. İstəyir təkcə fiziki baxımdan deyil, eyni zamanda mənəvi cəhətdən də, ruhən də cavanlığını uzun müddət saxlasın. Ailəyə lazım olmaq üçün, bədii yaradıcılıqda uzun müddət qalmaq üçün, dostlarla, yoldaşlarla birgə gəzib-dolanmaq üçün:
Bir bulaqdım, dedim coşam,
Qoymadılar aşıb-daşam.
Bəlkə bir də cavanlaşam,
Qoyma məni qocalmağa.
“Babam” şeirində çox gözəl bənzətmə ilə rastlaşırıq. Artıq müəyyən yaş həddinə çatmış babada yaşamaq, fəaliyyət göstərmək, sevib-sevilmək arzusu qüvvətlidir. Cavanlaşmaq istəyir, yenə də arzusundadır ki, qəşəng, alyanaq qızlar oğrun-oğrun onun ardınca boylansınlar. İstəkdir də, nə deyəsən? Bu arzuların qanadında elə bilir ki, doğrudan da cavanlaşıb. Üzünü ağbirçək həyat yoldaşına tutaraq:
Sən demə gözəllər çoxmuş hər yerdə,
Tələsdim, ay qarı, səni sevəndə, - deyir.
Bu misralar nikbin əhval-ruhiyyə aşılayır. Təbii ki, baba demək istəmir ki, o zaman evlənməsəydim, ay qarı, indi bu cavan, yarlı-yaraşıqlı, nazlı-qəmzəli qızlardan birini alardım. Yox, bunu nəzərdə tutmur. Bir zarafatdır da. Şair xəyal dünyasındadır.
“Xatirə” şeiri maraq doğurur. Sanki kiminsə, bəlkə də şairin cavanlıq sevgisini yada salır. Bu kim isə sevgisinə qovuşmayıb. Arada ötüb-keçən günləri yada salır, qəhərlənir, o illərdən təsəlli alır:
Biz oynardıq, uşaq qəlbin nə dərdi?!
Qonum-qonşu açıq-aydın görərdi.
Qızlar səni mənə “gəlin” verərdi.
Yada düşür nələr, nələr, Xatirə,
Nə şirinmiş xatirələr, Xatirə?
“Sənə həsrət qalacağam” şeiri də uğurludur. Həsrət insanlara əzab verir, sevgililər bir-birindən aralı düşür. Həmişə olduğu kimi, hərə öz iş-gücündədir. Həyat davam edir. İşə gedən - işə, dərsə gedən - dərsə gedir. Yenə günəş doğur, həm də batır, yenə göy üzünü ulduzlar bəzəyir, yenə ulduz axır, sevənlər çoxalır, dünya daha da gözəlləşir. Fəqət birisinin işləri, necə deyərlər, düz gətirmir, sevgisi cavabsız qalıb. Şeirdəki kimi:
Yenə günəş doğacaq,
Yenə ulduz axacaq.
Bu dünyada mən ancaq
Sənə həsrət qalacam.
Sevənlər çoxalacaq,
Sevəcək, ucalacaq.
Dünya gözəl olacaq.
Sənə həsrət qalacam.
Həsən Cabbarın uğurlu şeirlərindən biri də “Vətən” adlanır. Şair Vətəni özünəməxsus tərzə səciyyələndirir.
Dağlarında bulaq olsam,
Ağacında yarpaq olsam,
Bir nəğməli dodaq olsam,
Mən - Vətənəm!
Biz Həsən Cabbarın “Qaya” adlanan şeirlər kitabını yüksək dəyərləndirir, ona uğurlar diləyirik. Arzumuz budur ki, bədii yaradıcılıqdan qalmasın. Tez-tez oxucuları ilə görüşsün.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər