00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Yüz manatdan aşağı - Akif Abbasov yazır
Tarix: 21-03-2024 17:16 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Şahbala Allahın bəlası idi. Yetənə yetir, yetməyənə bir daş atırdı. Həm də qır-saqqız idi, yapışdı səndən əl çəkməzdi, ta ki istəyinə nail olsun. Harada aş, orada baş idi Şahbala. Qonaqlıqlardan tez xəbər tutar, tez də özünü məclisə çatdırardı. Amma insafən pis adam deyildi Şahbala. Tikansız balıq idi, kimsənin xətrinə dəyməzdi.
Qonaqlıqları xoşlardı. Qonaqlıq verməklə isə arası yox idi.
Bir dəfə Ağahəsənlə Əkbər, bir də Gülhəsən Şahbalanın boynuna bir təhər qonaqlıq qoydular. O da dostları ilə şərt kəsdi:
- Sizə qonaqlıq verməyə etirazım yoxdur. Həmişə sizə qabırğa olmuşam. Siz isə birinci dəfə mənim qonağım olacaqsınız. Gərək sizi öz adıma layiq qonaq edim, yəni bu məclisin dadı damağınızdan getməsin. Amma utanıb-çəkinmədən xətriniz nə istəyirsə, onu da sifariş verəsiniz. Bildiniz?!
- Ay Əkbər, bu Şahbalanı yaxşı tanımamışıq. Sən demə, əmiri oğlanmış!
Şahbala davam etdi:
- Vallah doğru sözümdür, məni xəcil etməyin. Gərək doyunca yeyib-içəsiniz. Ən yaxşı araq, pivə sifariş verəsiniz: ağ balıq, hinduşka kababı, basdırma, saciçi...
Qonaqlar öz razılıqlarını bildirdilər:
- Oğul imişsən, Şahbala!
Şahbala maşının qapısını aça-aça dedi:
- Deməli, danışdıq. Məclisimin yüksək səviyyədə keçəcəyinə əmin olmaq istəyirəm. Ona görə belə şərt kəsirəm: qonaqlığın hesabı yüz manatdan yuxarı olsa, mən ödəyəcəyəm, aşağı olsa - siz. Yəni deməyim odur ki, könül xoşluğu ilə yeyib-içəsiniz.
- Razılaşdıq.
Onlar dördlükdə - Ağahəsən, Əkbər, Gülhəsən, bir də Şahbala “Bərəkallah” restoranına gəldilər. Yaşıllıqlarla dövrələnmiş stolun arxasına keçdilər. Oturan kimi adama bir parç “Efes” pivəsi içdilər. Süfrəyə soyuq yeməklər – motal pendiri, qara və yaşıl zeytun, mineral sular, şirələr, salatlar gəldi.
Xörəkpaylayan soruşdu:
- İsti yeməklərdən nə sifariş veriləcək?
- Nəyiniz var?
- Qazan yeməkləri, kabablar, balıq, lülə, tikə, hinduşka kababı, döymə, saciçi, iççalat, basdırma...
Şahbala:
- Sözümüz sözdür ha, heç nədən çəkinmədən yeyib-için ki, mənə də nuş olsun. Özünüzə də ziyan vurmayın, yoxsa hesabı siz ödəməli olarsınız.
- İçməyə nəyiniz var?
Xörəkpaylayan dedi:
- Nə istəsəniz. Sayım? Yaxşı Rusiyət araqları, konyak və çaxırlar, pivə, viski, mineral sular, şirələr, kompotlar...
Sifariş verildi.
Ağahəsən, Əkbər, bir də Gülhəsən könül xoşluğu ilə yeyib-içir, söhbət edirdilər. Arada aşıq da çağırdılar. O da bildiyindən dedi, oxudu, dostların kefini açdı.
Onlar bir yeyəndə Şahbala iki yeyirdi, Şahbala bir yeyəndə onlar iki yeyirdi. Elə bil Şahbalanın əlinə havayı pul düşmüşdü, bu gün həvəslə göyə sovuracaqdı.
Yeməyə-içməyə yer qalmayanda keçdilər mürəbbəli, kəklikotulu çaya. Çaydan da doyanda xörəkpaylayanı çağırdılar ki, gəlib hesabı alsın. O da gəlib dedi:
- 96 manat 30 qəpik.
Ağahəsən Əkbərin, Əkbər Gülhəsənin, Gülhəsən Ağahəsənin üzünə baxdı. Sonra dönüb hər üçü Şahbalaya baxdı.
- Şahbala, sən nə qiyamət oğlansan! Bizi nə gözəl yerə gətirmisən?! Belə qulluğun qabağında 96 manat? Heç inanılası deyil.
Bunları Əkbər dedi.
Ağahəsən əlavə etdi:
- Şərtimiz – şərtdir. Hesab bizim boynumuza düşür.
Ağahəsən 30 manat çıxarıb xörəkpaylayana uzatdı, Əkbər 30 manat, Gülhəsən isə 37 manat verdi, qalığını almayıb ayağa qalxdılar.
- Bərəkallah, Şahbala!
Həmin hadisədən bir müddət keçmişdi. Ağahəsənlə Əkbər hara çatırdılarsa, “Bərəkallah” restoranını tərifləyirdilər:
- Yaxşı xidmət edirlər. Yeməklər həm keyfiyyətli, dadlı, həm də çox ucuz!
Əkbərin ad günü idi. Ağahəsən, Gülhəsən, bir də Xanhəsən Əkbərin boynuna qonaqlıq qoydular. Özləri isə, bir köynək və bir qalstukla onu təbrik etdilər. Əkbər dostlarını götürüb “Bərəkallah” restoranına gəldi. Başqa yerlərdə bahaçılıq idi. Bir anın içində adamın dərisini soyurdular.
Dörd dost, dörd yoldaş süfrə başına keçib sifariş verməyə başladı. Kabablar növbə ilə stolun üzərinə düzüldü. Dörd nəfərə bir litrlik arağı boşaltdılar. Əlavə yarımlitrlik gətirmək istəmədilər.
Dörd nəfər olsalar da, ötən qonaqlıqdakı kimi yeyib-içməmişdilər. Gülhəsən vur-tut bir qədəh içdi. Bu da olardı 50-60 qram. Onlar Gülhəsənin də əziyyətini çəkməli oldular. Xörəkpaylayan gəldi. Hesabı deyəndə Əkbərin də, Ağahəsənin də gözləri kəllələrinə çıxdı. Onlar qulaqlarına inanmadılar. Odur ki, bir ağızdan soruşdular:
- Oğul, neçə manat dedin?
- Yüz qırx yeddi manat.
Əkbərin boğazı qurumuşdu. Hesabı o verəcəkdi. Cibində vur-tut yüz manat, bir də xırda pul vardı. Odur ki, bir də xəbər aldı:
- Oğul, 47 manat dedin?
- Əmican, 47 manat yox, 147 manat.
Əkbər aydınlaşdırmaq istədi:
- Biz nə yedik, nə içdik ki, hesab bu qədər tutdu?
Xörəkpaylayan başa düşmədi ki, onlar nə üçün çək-çevir edirlər:
- Nə yeyib-içdiyinizi özünüz yaxşı bilirsiniz. Bayaqdan daşıyıb gətirirəm...
Bu dəfə Gülhəsən dilləndi:
- Oğul, adın nədir?
- Kazım.
- Kazım, yadına gəlir: ötən şənbə günü bu stolun arxasında oturmuşduq. Dörd yoldaş idik. Bundan da çox yeyib-içmışdik. Gəlib 96 manat 30 qəpik hesab aldın. Biz də 97 manat verib qalığını da almadıq. İndi bir həftənin içində bu qiymət dəyişikliyi nədir? Yəni bir həftənin içində sizin də zayınız çıxdı? Ucuzluq olduğundan yenə buraya gəldik. Yəni bir həftədə nə oldu, nə dəyişdi, kabablar bahalaşdı, biz varlandıq, yoxsa siz kasıb düşdünüz?!
Kazım onu anladı:
- Keçən dəfə sizin hesab 153 manat idi.
- Necə yəni 153 manat. Sən gəlib 96 manat 30 qəpik dedin, biz də cəmi 97 manat pul verdik.
- Ona görə ki, arada yanınızdakı o sarışın kişi, adına Şahbala dediyiniz gəlib mənə 60 manat vermişdi. Demişdi ki, qalanını sizdən alım.
Dostlar bir-birinə baxdılar. Bu, Şahbalanın növbəti fırıldağı idi. O bu dəfə də onlara tor qurmuşdu.
Əkbər cibindəki yüz manatı çıxartdı, yerdə qalan 47 manatı Ağahəsənlə Gülhəsən verdi.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər