00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Hindu qəsəbəsi - Akif Abbasovun tərcüməsi
Tarix: 15-10-2023 10:00 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
Hindu qəsəbəsi

Ernest Heminquey
(Hekayəni ingilis dilindən Akif Abbasov tərcümə edib)
Gölün sahilində başqa bir qayıq da bağlanmışdı. İki hindu dayanıb gözləyirdi. Niklə atası arxa tərəfindən atılıb qayığa mindilər. Hindular qayığı itələdilər. Onlardan biri avar çəkməyə başladı. Corc dayı da o biri qayığın arxa hissəsində oturdu. Cavan hindu qayığı itələdi. Özü də atılıb mindi və avarları götürdü.
Hindular eyni ahənglə cəld avar çəkirdilər. İki qayıq qaranlığı yarıb yola düşdü. Nik o biri qayığın onlardan xeyli uzaqlaşdığını gördü. Duman qoynunda suyun şappıltısı eşidilirdi. O, arxaya söykənmişdi, atasının qolları ona sarılmışdı. Avarçəkən hindu səy göstərsə də, o biri qayıq qaranlıqlara daha tez soxulur, hər dəfə onu izləyən qayığı xeyli arxada buraxırdı. Nik:
- Hara gedirik, atacan?
- Hindu qəsəbəsinə. Qadınlardan biri ağır xəstədir.
- Belə de, - Nik təəccübünü gizlətmədi.
Kiçik körfəzi keçəndən sonra o biri qayıq sahilə yan aldı. Corc dayı qaranlıqda siqar çəkir, cavan hindu qayığı sahilə dartırdı. Corc dayı hindulara siqar verdi. Onlar əllərində fənər tutmuş hindunu izləyərək sahildən uzaqlaşdılar. Şehdən tamam islanmış çəmənliklə yeriyirdilər. Sonra meşənin içərisi ilə uzanıb gedən cığıra düşdülər. Cığır onları hindu daxmalarının yerləşdiyi təpəliklərə doğru aparırdı. Hər iki tərəfdən ağaclar kəsildiyindən yol kifayət qədər işıqlı idi. Cavan hindu ayaq saxlayıb fənəri söndürdü. Yollarına davam etdilər. Döngəyə çataçatda bir it hürə-hürə onlara yaxınlaşdı. Qarşıda hindu ağacyonanlarının yaşadıqları daxmalardan işıq gəldi.
İtlər gələnlərin üstünə tökülmüşdü. İki hindu onları geriyə qaytardı. Yola yaxın daxmanın pəncərəsindən işıq gəlirdi. Qoca qadın əlində lampa astanada dayanmışdı. İçəridə - taxtın üstündə gənc hindu qadın uzanmışdı. İki gün idi ki, o, ağrı çəkirdi. Qəsəbədəki qadınların hamısı onun qulluğunda durmuşdu. Kişilər yol qırağına çəkilib qaranlıqda oturmuş, qadının qışqırtısı eşidilən yerdən xeyli kənarda siqaret çəkirdilər.
Qadın başını yana çevirmiş halda aşağı taxtda uzanmışdı. Büründüyü adyalın altından iri qarnı bilinirdi. Həkimlə Corc dayını izləyən Nik və iki hindu komaya girəndə qadın ağrının təsirindən ucadan bağırdı.
Onun əri yuxarı taxtda uzanıb çubuq çəkirdi. O, üç gün əvvəl ayağını balta ilə kəsmişdi. Otaq dözülməz dərəcədə pis iylənirdi. Nikin atası ocağın üstünə su qoymağı tapşırdı. Su qızına qədər Niklə söhbət etdi:
- Bu xanımın uşağı olacaq.
- Bilirəm.
Atası:
- Bilmirsən, - dedi, - mənə qulaq as. Onu sancı tutub. Uşaq istəyir doğulsun, qadın da bunu istəyir. Ananın bütün əzələləri onun azad olmasına çalışır. Ona görə belə bərkdən çığırır.
- Görürəm.
Qadın təzədən qışqırdı.
- Atacan, ağrını kəsmək üçün ona dərman verə bilməzsən?
- Yox, ağrıkəsən dərman yoxumdur. Onun çığırtısına fikir vermə. Mən heç onu eşitmirəm, belə ağrıların qorxusu yoxdur.
Yuxarı taxtdakı kişi üzünü divara sarı çevirdi. Mətbəxdəki qadın xəbər verdi ki, su qızıb. Nikin atası oraya getdi və böyük qəhvədandakı suyun yarısını ləyənə töküb, bükülü cib dəsmalını açdı, bəzi tibb alətlərini qəhvədanda qalan suya boşaltdı.
- Qoy qaynasın, - dedi və qəsəbədən gətirdiyi bir parça sabunla əllərini ləyənin içərisində - isti suda yumağa başladı. Nik atasının sabun tutan əllərini bir-birinə sürtüşdürməsinə tamaşa edirdi. Həkim çox diqqətlə və səliqə ilə yuyunur, eyni zamanda söhbətindən qalmırdı:
- Bilirsən, Nik, qadın doğanda, adətən birinci uşağın başı gəlir, bəzən isə bunun əksi olur. Belə olan halda hamı təlaşa düşür. Qadın isə o dünyaya gedib qayıdır. Deyəsən, “operasiya” etməli olacağam. Başqa əlac yoxdur…
Əllərini yuyub razılıq etdi və içəri keçib, işə başladı.
- Corc, adyalı aşağı çək, - dedi. - Mən toxunmaq istəmirəm.
Bir azdan o, əməliyyata başlayanda Corc dayı və üç hindu kişi qadının əl-ayağını tutdu. Qadın Corc dayının qolunu dişlədi. Dayı "Lənətə gəlmiş hindu qancıq",- deyə söydü.
Corc dayını qayıqla gətirən cavan hindu bunu eşidib gülməkdən uğundu.
Nik də atasına kömək edirdi. O, ləyəni tutmuşdu. Cərrahiyyə əməliyyatı uzun çəkdi. Həkim körpəni qucağına götürüb yanına şappıldatdı ki, nəfəs alsın. Sonra onu qoca qadına uzatdı:
- Bax, Nik, oğlandır… Mənim assistentim olmaq istərsən?
Nik çiyinlərini çəkdi:
- Nə bilim…
O, atasının hərəkətlərini görməməkçin yana baxırdı. Ata:
- Allahın köməkliyi ilə qurtararıq, - deyə nəyisə ləyənə tulladı. Nik baxmadı.
- İndi isə… yarığı tikmək lazımdır. Nik, öz işindir, baxa da bilərsən, baxmaya da. Bayaq kəsdiyim yeri indi tikəcəyəm.
Nik baxmadı. Onun marağı çoxdan sönmüşdü. Atası işini qurtarıb başını qaldırdı. Corc dayı və üç hindu kişi bellərini dikəltdilər. Nik ləyəni mətbəxə apardı. Corc dayı qoluna baxdı. Cavan hindu xatırlayaraq güldü. Həkim:
- Darıxma, Corc, yaranın üstünə peroksid tökərəm, - dedi. - Sonra o, hindu qadına sarı əyildi. O artıq sakitləşmişdi. Gözləri qapanmış, sifətinin qanı qaçmışdı. Körpədən, ümumiyyətlə, ətraf aləmdən xəbərsizdi. Həkim ayağa qalxaraq:
- Mən sabah səhər qayıdacağam, - dedi. - Günorta Seyni-İqnasdan şəfqət bacısı gələcək, özü ilə lazım olan bütün dərmanları gətirəcək.
O, oyundan sonra geyinmə otağına toplaşmış futbolçular sayağı həyəcanlı və çoxdanışan olmuşdu.
- Bunu tibb jurnalına yazmağa dəyər, Corc. İri qatlama bıçaqla qeysər əməliyyatı aparmaq, sonra yarığı nazik bağırsaqdan düzəldilmiş doqquz futluq sapla tikmək.
Corc dayı divara söykənib qoluna baxırdı:
- Siz əvəzedilməz adamsınız. Doğru sözümdür.
- Xoşbəxt ataya baxmaq lazımdır. Adətən belə xırda-xuruş hadisələrdə atalar çox əzabçəkən olurlar. Öz aramızdır, o bunları çox sakit qarşıladı. Soyuqqanlı adama oxşayır.
O, hindu kişinin öz başına bürüdüyü adyalı çəkdi. Əli islandı. Tez aşağı taxtın qırağına çıxıb bir əlində lampa tutaraq onun sifətinə baxdı. Hindu yönü divara uzanmış, boğazı bir qulağından digər qulağına kimi kəsilmişdi. Bədəninin ağırlığı altında əyilmiş taxtın çökək yerinə qan yığılmışdı. Başı qolunun üstünə düşmüşdü. İti tərəfi yuxarıya çevrilmiş ağzı açıq ülgüc adyalın altında qalmışdı. Bunu görən həkim çığırdı:
- Niki komadan çıxart, Corc!
Buna ehtiyac yox idi. Mətbəxin qapısı ağzında dayanmış Nik atasının bir əlində lampa yuxarı taxta çıxdığını, ehmalca hindunun başını yana çevirdiyini açıq-aydın görmüşdü.
…Onlar daxmalardan uzaqlaşan yolla gölə tərəf enəndə dan yerinə qan sızırdı. Nikin atası:
- Səni nahaq gətirdim, - deyə dilləndi. Onda əvvəlki şən əhval-ruhiyyədən əsər-əlamət qalmamışdı. - Sənin orda iştirakın ağılsızlıq idi. Mən buna nahaqdan yol verdim.
Nik soruşdu:
- Doğanda qadınlar həmişə belə əzab çəkir?
- Yox, bu, bir təsadüfdür.
- Atacan, o kişi özünü niyə öldürdü?
- Bilmirəm, Nik, bilmirəm. Yəqin dözmədi.
- Atacan, kişilərin çoxu özünü öldürür?
- Yox, Nik.
- Bəs qadınlar necə?
- Nadir hallarda.
- Yəni heç öldürmürlər?
- Hərdənbir.
- Atacan?
- Hə…
- Corc dayı hara getdi?
- Harda olsa bu saat qayıdar.
- Atacan, ölmək çətindir?
- Yox, lap asan. Şəraitdən asılıdır.
Onlar qayığa mindilər. Nik arxaya keçdi. Atası avarları götürdü. Günəş dağların dalından boylanırdı. Cökə ağacından hazırlanmış avarlar suya baş vurub çıxır, dairə cızırdı. Nik əlini suya saldı. Su səhərin sazağında ilıq idi.
Səhər erkən göldə atasının avar çəkdiyi qayığın arxasında oturan Nikə birdən-birə elə gəldi ki, o heç vaxt ölməyəcək.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər