00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Bəhrəmtəpə əhvalatı - Hekayə
Tarix: 13-12-2023 15:26 | Bölmə: Akif ABBASOV

Akif ABBASOV
(hekayə)
Nicat müəllim elmi idarələrin birində çalışırdı. Yaşı yetmişi haqlasa da, özünü son dərəcə gümrah hiss edirdi. Bunun da bir çox səbəbləri vardı: yeməyinə-içməyinə fikir verirdi, hər şeyi ürəyinə salmırdı, xeyirxah idi, başqasına paxıllıq etmirdi.
İş yerində onunçun otaq ayırmışdılar. Burada soyuducu qoyulmuşdu. Yağdan, pendirdən, kəsmikdən tutmuş, baldan, doşabdan yumurtaya, limona, mürəbbəyə qədər almış, evdən gətirib qoymuşdu soyuducuya. Elektrik peçi də var idi. Yeməyini ötürməzdi: ya evdən özü üçün nahar, şam gətirər, ya da iki daşın arasında yemək hazırlayardı.
Kartofa, soğana, qurudulmuş nanə-reyhana kimi bu otaqda tapılardı. Çay dəmləməyinə də söz ola bilməzdi. Yeməyi də elə şirin-şirin, elə iştahla yeyirdi ki, tox adamı da həvəsə gətirirdi.
Nicat müəllim kin-küdurət nədir - bilməzdi. Əlindən gələn yaxşılığı iş yoldaşlarından əsirgəməzdi. Qayçıya, kəlbətinə, çəkicə də onun üstünə gələrdilər. Bacarmadığı iş tapılmazdı.
Qapıya qıfıl salmaq lazımdır - Nicatı gör. Radio, telefon, lap elə televizor xarab olubsa, əlac qalıb Nicata. Soyuducu işləmir - Nicat kömək edər. Ara-sıra xeyir işdən qalsa da, şərdə, yasda olmağı, qəm-qüssəyə batmış adamın kədərinə şərik olmağı özünə borc bilər, vaxt tapıb yas yerinə getməyincə rahatlıq tapmazdı.
Bütün bunlarla bahəm, yaman da söhbətcil idi. İşləyib yorulanlar, dünyanın dərd-səri ilə maraqlananlar Nicat müəllimin qapısını açır, söhbətlərinə qulaq asırdılar. Onun söhbətini eşitməyə gələnlər arasında gənc elmlər doktoru Arif müəllim də vardı. O, Nicat müəllimin xətrini istər, ona hörmət və ehtiramla yanaşardı. Olub-keçənlər barədə danışdıqlarını eşidib feyziyab olardı. Nicat müəllim arada söhbətini kəsib Arifdən soruşardı:
- Arif müəllim, sən neçənci ildə anadan olmusan?
Arif cavab verərdi:
- Əllinci ildə.
Bunu eşidən Nicat müəllimə sanki yeni can, qüvvə gəlirdi. Daha şövqlə danışmağa başlardı:
- Hə, o vaxtlar Bəhramtəpədə böyük tikinti işləri gedirdi. Mən də avtobaza rəisi işləyirdim. Cavan, laçın bir oğlan idim. Saçlarım da şəvə kimi qapqara. Qızlar dərdimdən ölürdü. Bir sözümə bənd idilər. Hə, harada qaldım?!. Avtobaza rəisi idim. O gəlirdi: Nicat, qadan alım, maşın… Bu gəlirdi, Nicat, maşın… Xidməti maşınım da vardı: sıfır-sıfır, altımış altı…
Aradan on beş-iyirmi gün keçirdi. Arif müəllim “Çoxdandır kişidən xəbər-ətər tuta bilmirəm, dəhlizdə, yaxud iclasdan-iclasa ayaqüstü görüşürük. Birdən inciyər. Ağsaqqal adamdır. Fikirləşər yada salmıram”, - deyə yolunu Nicat müəllimin otağından saldı. Xoş-beşdən sonra kişi olub-keçənləri xatırlayıb, limonlu çaydan içə-içə söhbətə başladı. Arada üzünü Arif müəllimə tutaraq:
- Professor, neçənci ildə anadan olmusan? - deyə xəbər aldı.
Arif müəllim “1950-ci ildə” deyən kimi Nicat müəllimin yadına yenə də Bəhrəmtəpə düşdü:
- Hə. Arif müəllim, o vaxtlar mən Bəhrəmtəpədə işləyirdim. Avtobaza mənə baxırdı. Cavan, laçın bir oğlan idim… O gəlirdi: Nicat, qadan alım, maşın… Bu gəlirdi, Nicat, maşın… Xidməti maşınım da vardı: sıfır-sıfır, altımış altı…
Və həmin illərdən, Bəhrəmtəpədə gedən inşaat işlərindən, cavanlığından basıb-bağlayardı.
Baharın xoş günləri idi. Arif müəllim dəhlizdə dayanıb siqaret çəkirdi. Bu zaman Nicat müəllim otaqdan çıxdı və Arifi gördü. Salam-kəlamdan sonra:
- Arif müəllim, orada niyə durmusan? Yaxşı çayım var. Özü də qarağat mürəbbəsi ilə. Keç otağa, indi gəlirəm. Söhbətləşək. Ürəyimizi boşaldaq.
Arif siqaretini çəkib otağa keçdi. Nicat müəllim gəlincə bir-iki yerə zəng etdi, dost-tanışdan hal-əhval tutdu. Nəhayət, Nicat müəllim gəldi və dərhal:
- Nə var, nə yox, professor? Çoxdandır gəlib-getmirsən?
- İş-güc çox olur, Nicat müəllim. Şöbənin dərd-səri, mühazirələr, konfranslar…
Nicat müəllim elektrik samovarının üstündəki dəm çaynikinin ağzını açıb baxdı:
- Bu dəqiqə məxməri çayımız da olacaq. Hə, danış, görək bu dünyanın işləri ki, belə gedir, bəs axırı necə olacaq?
Nicat müəllim belə-belə sualları yanına gələnlərə çox verərdi. Diqqətlə onlara qulaq asar, sonra özü başa düşdüyü şəkildə söhbəti istiqamətləndirər, öz fikrini bildirərdi. Həm də müsahibini dişinə vurardı. Öz-özlüyündə hamısının çəkisini, öz şəxsi fikri olub-olmadığını yoxlayırdı.
- Bilirsən, bu Amerika çox baş aparır, həftə səkkiz, mən doqquz İraqa hədə-qorxu gəlir. İstəmir ki, müsəlman dövlətləri qüvvətlənsin. Yenə qoşunları çəkib gəliblər Səddam Hüseynin üstünə. Bu dövlətlərin hərəsinin öz mənafeyi var. İri dövlətlər xırda dövlətlərin güclənməsini istəmirlər. Onları həmişə başıqapazlı görmək zorundadırlar. Mən bu yaşımda çox şeylər görmüşəm… Sən neçənci ildə anadan olmusan, Arif müəllim?
Arif başa düşdü ki, Nicat müəllim onun cavabını eşidəndə yadına Bəhrəmtəpə, oradakı iş-gücü düşəcək. Yenə də söhbətini yarımçıq kəsib, Bəhrəmtəpə xatirələrini söyləyəcək. Odur ki, onu qabaqladı. Gülə-gülə:
- Mən, siz Bəhrəmtəpədə avtobaza rəisi işləyəndə anadan olmuşam.
Nicat müəllim bir anlığa duruxdu. Bu cavabı eşitməyə hazır olmadığından hətta çaşdı da. Olub-keçənləri, əvvəlki söhbətlərini, bu sualı dəfələrlə Arif müəllimə verdiyini yadına salaraq uğunub getdi:
- Amma nə dedin, Arif müəllim! Mən Bəhrəmtəpədə avtobaza rəisi işləyəndə anadan olmusan?
Cavab Nicat müəllimin özünə də ləzzət vermişdi. Həmin gündən sonra o, bir daha bu sualla Arif müəllimə müraciət etmədi. İndi artıq yadında möhkəm qalmışdı ki, professor o, Bəhrəmtəpədə avtobaza rəisi işləyən vaxtlarda - əllinci ildə anadan olub.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Akif ABBASOV
Bölməyə aid digər xəbərlər
19-03-2025, 11:04
Akif ABBASOV - Ədəbiyyatımıza yeni ruh gətirmiş Zəlimxan Yaqub - Akif Abbasov yazır

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər