00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Növbəti məğlubiyyət - İsrafil Kərimov yazır
Tarix: 19-08-2023 18:49 | Bölmə: İsrafil KƏRİMOV

İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Ermənistanın, separatçıların və erməni lobbisinin beynəlxalq ictimaiyyəti aldatma cəhdləri növbəti dəfə puç oldu. Son günlər erməni lobbisinin maliyyə dəstəyi ilə bəzi xarici media qurumlarında guya Azərbaycanın yaratdığı “blokada” və “soyqırımı” təhlükəsi ilə bağlı yazılar tirajlanırdı. Ermənilər “məzlum xalq” obrazı yaradaraq, ictimaiyyət və beynəlxalq təşkilatlar üçün rəy formalaşdırmağa çalışdılar.
Amma məsələ budur ki, artıq 1990-cı illər deyil. İndi dünyaya informasiyanı, mövcud reallıqları müxtəlif formalarda çatdırmaq və göstərmək imkanları var. Əvvəllər erməni yalanlarını dünyaya çatdırmaq gücümüz və imkanımız olmasa da, indi həm diplomatik, həm də texniki göstəricilərimiz kifayət qədərdir. Azərbaycan regionda baş verən hadisələri izləyəcək texniki qurğulara və eyni zamanda, bu məlumatları çatdıra biləcək gücə sahibdir.
Avqustun 16-da BMT Təhlükəsizlik Şurasının iclasında ermənilər və onların havadarlarının növbəti şou yaratmaq cəhdi uğursuzluqla nəticələndi və Ermənistan bu dəfə də diplomatik masada şok yaşadı. Ermənistanın xarici işlər nazirinin ölkəmizə qarşı səsləndirdiyi həqiqətdən kənar, qərəzli fikirlər marionet ölkənin növbəti beynəlxalq fiaskosu ilə yadda qaldı.
Azərbaycana qarşı gülünc ittihamlarla dolu qarayaxma kampaniyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəmizi “humanitar fəlakət” yaratmaqda və bunun fonunda Xankəndidə guya ərzaq böhranına görə ölüm hallarının qeydə alınması kimi həqiqətə uyğun olmayan ittihamlar səsləndirdi. Mirzoyanın TŞ-nın tribunasındakı çıxışı tam böhtan və yalan üzərində qurulmuşdu.
Qeyd edim ki, “humanitar fəlakət” Xankəndidə yaşayan ermənilər üçün xarakterik deyil, əsl humanitar fəlakət Ermənistanın bütün ərazisində yaşanır. İşsizlik, əhalinin sosial durumunun acınacaqlı olması, ərzaq məhsullarının gündən-günə bahalaşması, inflyasiyanın artması fəlakət deyilmi? Statistika da vəziyyətin dəhşətli olduğunu göstərir, vətəndaşlar ölkədə hökm sürən bu ağır durumla əlaqədar Ermənistanı kütləvi şəkildə tərk edirlər və bu proses hazırda daha geniş miqyas alıb.
Ermənistanın sülh gündəliyinə sadiq olmaması və beynəlxalq tribunalarda Azərbaycanı şantaj etməyə çalışması BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələrdə daha qabarıq görünürdü. Azərbaycan tərəfinin tutarlı və dəqiq arqumentləri Ermənistanın “humanitar böhran”, “blokada” kimi növbəti siyasi manipulyasiya cəhdini iflasa uğratdı.
Azərbaycan beynəlxalq hüququn, BMT Nizamnaməsinin verdiyi imkanlardan istifadə edərək 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə işğal altında olan torpaqlarını azad etdi. Bütün bunlar da onu göstərir ki, ədalət, beynəlxalq hüquq güclə təmin olunur. Bu gün regionda Azərbaycan siyasi, iqtisadi və hərbi gücə malikdir. Azərbaycan dövləti və xalqı bütün dünyaya sübut etdi ki, ərazisində separatizmin davam etməsinə imkan verməyəcək. Dövlətimiz bütün bu imkanlara malik olmasına baxmayaraq, regionda sülhün yaranmasında, çoxillik münaqişənin bitməsində maraqlıdır. Ona görə də sülh danışıqlarını davam etdirir və ərazisində yaşayan erməni əsilli şəxslərin reinteqrasiyasına çalışır. Ermənistanın “humanitar” şousunun əksinə olaraq, Azərbaycan erməni əsilli şəxslərin ehtiyaclarını təmin etməyə hazır olduğunu bildirir. Amma təəssüflər olsun ki, qarşı tərəf yenə yalan və saxta ittihamlarla çıxış edərək ölkəmizə qarşı beynəlxalq təzyiq formalaşdırmağa çalışır. Ərazimizdə separatizmin davam etməsində maraqlı olan Fransa, Rusiya və İranın dəstəyi ilə ermənilər yenidən təşkilatlanaraq, münaqişəni alovlandırmağa nail olmaq istəyirlər. Amma anlamırlar ki, daha hay-küy salmaqla reallığı dəyişə, diplomatiyanı və hərbi gücü üstələyə bilməzlər. Sərhəddə (Laçın) buraxılış məntəqəsi qurmaq, orada keçid rejimi müəyyən etmək və tənzimləmək Azərbaycanın müstəsna hüququdur. Buna görə də dövlətimiz kimdənsə icazə almayaraq tədbirlər görməyə davam edir. Azərbaycanın Ermənistandan gələn yüklərin və nəqliyyat vasitələrinin haradan keçməsinə icazə verməsini kimləsə müzakirə etmək fikri yoxdur.
BMT Təhlükəsizlik Şurasının iclasında Laçın-Xankəndi yolunun “bağlanması”ndan sonra yaranmış “humanitar böhran”la bağlı müzakirələrdə Ermənistan növbəti dəfə məğlub oldu və müzakirələr Azərbaycanın diplomatik qələbəsi ilə başa çatdı. Beləliklə, Vətən müharibəsində olduğu kimi, diplomatik masada da qalib prezident İlham Əliyevin lideri olduğu Azərbaycandır. Prezident İlham Əliyevin beynəlxalq münasibətlər sistemində yürütdüyü mükəmməl siyasi kurs ölkəmizin diplomatik uğurunun təminatına çevrilib. Bu təminatla Azərbaycanın beynəlxalq aləmdə üstün mövqeyi ilə seçilir, ölkəmizin qlobal nüfuzu gündən-günə artır.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - İsrafil KƏRİMOV
Bölməyə aid digər xəbərlər

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər