00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Unudulmaz gün - İsrafil Kərimov yazır
Tarix: 10-11-2023 11:51 | Bölmə: İsrafil KƏRİMOV

İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Noyabrın 8-də Azərbaycan təntənəli şəkildə əzəli düşmən üzərində Qələbənin üçüncü ilini qeyd etdi. Həmin gün Bakının müxtəlif küçə və prospektlərində, Gəncə, Bərdə, Füzuli, Laçın və Zəngilan rayonlarında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri oldu. Xalqımız böyük qürur və fərəh hissi ilə şanlı Qələbənin üçüncü ildönümünü bayram etdi. Qələbə gününün ən yaddaqalan hadisəsi isə çoxdan səbirsizliklə gözlədiyimiz bir hadisənin - azad edilən Xankəndi şəhərində əzəmətli paradın keçirilməsi oldu.
Ermənistan rəhbərliyinin davamlı təxribatları nəticəsində 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibə zamanı 5 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa), 300-ə yaxın kənd, qəsəbə və mühüm yüksəkliklər işğaldan azad olunaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi, Azərbaycan-İran sərhədinə nəzarət bərpa edildi.
Ordumuz Şuşanı azad edəndən bir gün sonra Ermənistan kapitulasiya aktına imza atdı. Ağdam, Kəlbərcər, Laçın 1 güllə atılmadan azad edildi. Müdrik Prezident, Müzəffər Ali Baş Komandan İlahm Əliyevin dediyi kimi:
"44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarılsın. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdür. Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi".
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyinə və təcrübəsinə heyran olmaq olar.

Xankəndidəki paradda Azərbaycan Silahlı Qüvvələri tərəfindən qənimət kimi götürülmüş erməni hərbi texnikasının bir hissəsi nümayiş etdirildi. Bu, bizə “mülki əhali”nin deyil, yaxşı silahlanmış erməni qeyri-qanuni birləşmələrinin müqavimət göstərdiyini bir daha nümayiş etdirmək üçün vacib idi. Onlar hətta 44 günlük müharibə başa çatdıqdan sonra da həm Ermənistan rəhbərliyi, həm də dünya erməniləri tərəfindən maliyyələşdirilməyə və silahlanmağa davam etdilər. Qarabağ xuntası özünü dağıtdı, onun keçmiş rəhbərləri Bakıdadırlar və ədalətli məhkəməni gözləyirlər. Xankəndidə isə Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyev Qələbə Gününə həsr olunmuş hərbi paradı qəbul etdi.
Noyabrın 8-də işğaldan azad edilmiş Xankəndidə keçirilən hərbi paradda Azərbaycan prezidenti İlham Əliyev dedi:
"Uzun illər işğal zamanı Azərbaycan xalqı bir məqamı hədəfləyib ki, torpaqlarımız tezliklə işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz zəhmətimizlə, əməyimizlə yaxınlaşdırdıq".
Daha sonra ölkə başçısı bildirdi ki, “Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik”.
Bu gün alnı açıq, başı dik və fəxrlə “Mən bütöv və suveren Azərbaycan vətəndaşıyam”, - deyirik. Bütün bunlara nail olmağımızda Azərbaycan prezidenti İlham Əliyev şəxsiyyətinin rolu qeyd-şərtsizdir. Onun qlobal lider kimi bacarıqları, strateji yanaşması, yüksək intellektual səviyyəsi, xalqına və vətəninə sevgisi və misilsiz diplomatik bacarığı sayəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu. O, bir tərəfdən öz siyasi iradəsini nümayiş etdirir, bir tərəfdən hərbi strateji vəzifənin icrasında yüksək peşəkarlıq göstərir, digər tərəfdən isə öz gündəmini beynəlxalq səviyyədə təbliğ etmək, dövlətçiliyi və xalqı müdafiə etmək üçün bütün diplomatik bacarığını sərgiləyir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - İsrafil KƏRİMOV
Bölməyə aid digər xəbərlər

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər