00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Münasibətlərin yeni mərhələsi - İsrafil Kərimov yazır
Tarix: 12-04-2023 10:50 | Bölmə: İsrafil KƏRİMOV

İsrafil KƏRİMOV
Jurnalistlər Birliyinin üzvü
Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq, ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb.
Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Qazaxıstan Respublikasında rəsmi səfərdə olub. Səfər çərçivəsində ölkə başçısı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud və geniş tərkibdə görüşü keçirilib, Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilib və prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.
Həmin gün həm də Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astana Beynəlxalq Maliyyə Mərkəzində olublar.
Dövlət başçılarının sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Azərbaycan və qazax xalqlarını, əsrlərlə davam edən əməkdaşlıq, qarşılıqlı əlaqələr, iqtisadi-siyasi münasibətlərlə bərabər, bu dövlətlərin rəhbərlərinin bir-birlərinə olan dostluq, qardaşlıq duyğuları, istəkləri də birləşdirib və bu münasibətlər günümüzdə özünün ən yüksək mərhələsindədir.

Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. İkitərəfli əlaqələrə gəldikdə qeyd edilməlidir ki, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikilməkdədir. Bu addım Azərbaycan prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir.
Dünyanın bir çox ölkəsində olduğu kimi, Heydər Əliyevin adı, fəaliyyəti, ölməz ideyaları qazax xalqı üçün də əzizdir və başda dövlət rəhbərləri olmaqla qardaş ölkənin vətəndaşları bu müdrik, uzaqgörən siyasətçini, dahi şəxsiyyəti daim böyük məhəbbət və ehtiramla yad edirlər. Ulu öndərimiz Heydər Əliyevin yubiley ili – “Heydər Əliyev İli” ərəfəsində Astanada Heydər Əliyevin adına küçənin açılışı və açılışda Azərbaycan prezidenti İlham Əliyevin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin iştirakı qürurverici hadisədir və hər iki dövlətin sarsılmaz dostluğunun, qardaşlığının ifadəsidir.
Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkəmizdə Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib.
Bütün bunlarla yanaşı, iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması, Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Qazaxıstan mənşəli xam neftin dünya bazarına təchizatı və sair daxildir. “SOCAR Midstream Operations” MMC 2023-cü ilin martından etibarən Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neftin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəqlinə başlayıb. Qazaxıstan neftinin Aktau limanından “Prezident Heydər Əliyev” tankerinə ilk yüklənməsi bu il martın 21-də, “Şuşa” tankerinə ikinci yüklənməsi isə martın 28-də həyata keçirilib.
Azərbaycan və Qazaxıstan, o cümlədən media sahəsində də əməkdaşlıq edirlər. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Qazaxıstanın “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi informasiya mübadiləsinə dair müqavilə imzalayıblar.
AZƏRTAC və “Kazinform”, eyni zamanda, Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA), Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) və digər transmilli media platformalarında da əməkdaşlıq edirlər.
İki ölkə arasında əməkdaşlıq ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə də, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində uğurla davam etdirilir. Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişafında maraqlıdır. Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soy-kök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - İsrafil KƏRİMOV
Bölməyə aid digər xəbərlər

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər