00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Qazaxın 4 kəndi... - İsrafil Kərimov yazır
Tarix: 27-05-2024 11:20 | Bölmə: İsrafil KƏRİMOV

İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Mayın 24-də Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri 32 illik işğaldan sonra Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb. Rəsmi Bakı və İrəvan arasında aparılan delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla da 6,5 kvadratkilometr ərazinin Azərbaycana qaytarılması təmin olunub.
Kəndlərimizə nəzarətin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə DSX-nın general-mayoru, Vətən Müharibəsi Qəhrəmanı Vüsal Sultanov məruzə edib.
Qazaxın 4 kəndində dövlət suverenliyinin bərpası dövlət başçısının müdrik siyasətinin və Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Şanlı Zəfərin nəticəsidir. İkinci Qarabağ müharibəsi, 2022-ci ilin sentyabr döyüşləri, Qisas əməliyyatları və 2023-cü ilin sentyabr ayında Xankəndi və ətraf ərazilərin azad edilməsi Azərbaycana qalib ölkə imici qazandırdı. Məhz bu amil danışıqlar prosesində rəsmi Bakının diktə edən tərəfə çevrilməsində başlıca rol oynayıb.
Xatırladaq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin işğaldan azad olunmasını təmin etmək məqsədilə aprelin 19-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası məsələləri və Sərhəd Təhlükəsizliyi üzrə Komissiyanın səkkizinci görüşünün protokolu imzalanıb. Protokolun həyata keçirilməsi üçün sərhəd xəttinin koordinatları üzrə dəqiqləşdirmə aparılıb və birgə çöl işlərinin nəticələri haqqında texniki protokol tərtib edilib. Mayın 15-də isə Azərbaycan və Ermənistan arasında sərhəddə komissiyaların növbəti doqquzuncu görüşü keçirilib. Sözügedən texniki protokol razılaşdırılıb və bu barədə komissiyalar müvafiq protokol imzalayıblar.

Kəndlərin nəzarətə keçməsindən sonra burada yaxın gələcəkdə sərhəd infrastrukturunun yaradılması nəzərdə tutulur. Bunun üçün Azərbaycanın mövcud olan əvvəlki sərhəd xətti yeni mövqelərə daşınacaq. Həmin ərazilərdə zəruri olan sərhəd qüllələri və sərhəd maneə xətti yerləşdiriləcək. Bu ərazilərdə mövcud olan hakim yüksəkliklər Dövlət Sərhəd Xidmətinin tamamilə nəzarətində olacaq ki, bu da gələcəkdə Ermənistan ordusunun fəaliyyətini müşahidə etməyə və onlara qarşı adekvat tədbirlər görməyə imkan verəcək. İstənilən halda Ermənistanın bir güllə atılmadan Azərbaycan ərazilərini geri qaytarması ondan xəbər verir ki, İrəvanın ali siyasi rəhbərliyi Ali Baş Komandanımızın yanvarın 10-da səsləndirdiyi və bu dörd kəndin Azərbaycana qeyd-şərtsiz qaytarılması barədə bəyanatını kifayət qədər ciddi qəbul edir və bu addım gələcəkdə Azərbaycan və Ermənistan arasındakı etimadın möhkəmlənməsi və sülh sazişinin imzalanması üçün münbit şərait yarada bilər.
Bir zamanlar 7902 soydaşımızın ata-baba yurdu olan, Qazaxın yeddi kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilib. Maraqlısı olan odur ki, vaxtilə 2005 ailənin yaşadığı bu kəndlər keçmiş münaqişə zonasından yüzlərlə kilometr uzaqlıqda yerləşir.
İşğal tarixinə nəzər salsaq görərik ki, Qazaxın Bağanis Ayrım kəndi 1990-cı il mart ayının 24-də Ermənistan ordusunun nəzarətinə keçib. İşğal zamanı, yəni 1990-cı ilin martında ən dəhşətli hadisələr Bağanis Ayrım kəndində baş verib. Ermənilər kənddəki bir ailənin körpəsindən qocasına qədər beş üzvünü diri-diri yandırıb. Kəndin altı yüzdən çox sakini yaşayış məntəqəsindən didərgin düşüb. 1992-ci ilin müxtəlif aylarında Xeyrimli, Barxudarlı, Sofulu, Yuxarı Əskipara, Qızılhacılı və Aşağı Əskipara kəndləri işğal edilib. Barxudarlı və Sofuludakı 230 evin hamısı talan edilərək yandırılıb.
Azərbaycan nəzarətinə keçən Qızılhaclı Qazaxın ən böyük kəndidir və bu, vaxtilə Azərbaycanın meşə fondunun incilərindən hesab edilib. İşğal müddətində ermənilər buradakı ağacları qıraraq təbiəti də məhv ediblər. 90-cı illərdə işğal zamanı Ermənistan tərəfi strateji yüksəkliklərdə mövqe tutub. Həmin mövqelərdən Qazaxın yaşayış olan digər kəndləri atəşə tutulub.
Amma həmin günlər geridə qalıb. Bundan sonra bu ərazidə Azərbaycanın Silahlı Qüvvələri xidmət edəcək. 30 ildən artıqdır ki, bu kəndlərdə heç bir iş görülməyib. Qazaxın dağıdılmış, viran qalmış kəndləri yenidən dirçəlmək üçün öz doğma sakinlərini gözləyir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - İsrafil KƏRİMOV
Bölməyə aid digər xəbərlər

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər