00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Növbədə anklav kəndlərdir
Tarix: 23-04-2024 09:19 | Bölmə: İsrafil KƏRİMOV

İsrafil KƏRİMOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Cənab İlham Əliyev ilk dəfə Azərbaycan prezidenti seçiləndə Azərbaycanın ərazi bütövlüyünü, süverenliyini bərpa edəcəyinə, bir qarış torpağımızı belə kimsəyə güzəştə gedilməyəcəyinə and içmişdi. Biz, bu andın hər kəlməsinin addım-adım, məharətlə, qətiyyət və yüksək siyasi iradə, zəka nümayiş etdirilərək həyata keçirildiyinin şahidi oluruq. Tarixi günlər yaşayırıq və düşünürəm ki, bu tarixi hadisələrə şahid olmaq hər bir Azərbaycan vətəndaşı üçün böyük xoşbəxtlikdir.
Son bir neçə gün ərzində Azərbaycan iki tarixi nəticə əldə edib - bölgədənkənar qüvvələrin oyunlarını pozub, Ermənistanla birbaşa təmaslar yolu ilə nəticə əldə etməyin mümkünlüyünü bir daha sübuta yetirib. Azərbaycanın uğurları üzərinə şübhə toxumu səpməyə çalışan xəyanətkarların və onları idarə edənlərin ümidlərini puça çıxarıb, xalqın mənafeyinə xidmət edən uğurlu siyasətin növbəti səlnaməsini yazıb.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə altı konseptual istiqamətdə əldə olunan nəticə, ilk növbədə, prezident İlham Əliyevin prinsipial qələbəsidir.
Azərbaycan beynəlxalq hüquqla, o cümlədən Ermənistanın tez-tez istinad etdiyi 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, özünəməxsus bir qarış da olsun torpağı güzəştə getmək niyyətində deyildi və rəsmi Bakı bu mövqeyini açıq formada dəfələrlə bəyan etmişdi. Vətən müharibəsi və antiterror tədbirlərində atılan qəti addımlar fonunda ötən dövrün təcrübəsinə əsaslanan Ermənistan və havadarları da yaxşı anlayırdı ki, bu məsələdə prezident İlham Əliyevin səbrini sınamaq heç də yaxşı nəticə verməyəcək.

Azərbaycanın Konstitusiyasının 9-cu maddəsində rəsmən bəyan edilib ki, Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Lakin biz, eyni zamanda işğalda qalan 8 kəndimizi azad etmək üçün güc tətbiqi barədə öhdəlik də götürməmişik. Bu mənada, Azərbaycanın yaratdığı hərbi-siyasi reallıqların nəticəsi olan 19 aprel tarixli ilkin razılığın əsas əhəmiyyəti ondan ibarətdir ki, hər hansı hərbi məcburetmə tədbirlərinə ehtiyac duyulmadan Ermənistanın bizim ilkin şərtimizə uyğun olaraq qeyri-anklav kəndlərimizi bir güllə atılmadan, dinc şəkildə təhvil verməsi ilə qan tökülməsinin qarşısı alındı.
Razılaşmanı uğurlu edən digər amil, delimitasiya prosesinin sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq həyata keçirilməsi ilə bağlıdır.
Azərbaycan Vətən müharibəsindən dərhal sonra prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan sülh prosesində delimitasiya prosesinin məhz bu şərtlər üzrə aparılmasını doğru hesab edirdi. Görünən odur ki, Ermənistan, nəhayət, üç il yarım sonra Bakının mövqeyinin hüquqi cəhətdən qanuni və ədalətli, praktiki cəhətdən isə səmərəli olmasını dərk etməyə başlayıb. İndi qalır yaxın 25 gün ərzində məsələnin tərəflər arasında müvafiq protokol-təsvirlə sənədləşdirilib, razılaşdırılıb imzalanması və bununla da delimitasiya, hətta demarkasiya prosesində ilk real addım atılmış olacaq.
Azərbaycan və Ermənistanın arasında adıçəkilən razılaşmasının digər diqqət çəkən önəmli məqamı delimitasiya ilə bağlı ilkin müzakirələrin məhz anklav olmayan kəndlərimizdən başlanmasıdır. Delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı komissiyaların iclasında alınan qərar isə nümayiş etdirdi ki, gündəlik məhz Azərbaycanın diktəsi ilə müəyyənləşir.
Ümumiyyətlə, delimitasiya və demarkasiya uzun sürən çox mürəkkəb prosesdir və dövlətlər arasında münasibətlərin hətta ən yüksək səviyyədə olması belə bu prosesin on illərlə uzanmasına əngəl törədə bilmir. Məsələn, Azərbaycanın dost Gürcüstanla sərhədinin cəmi 70 faizi müəyyən olunub və təsdiqlənib. Yaxud Rusiya ilə 20 il davam etmiş delimitasiya prosesi 2012-ci ildə başa çatsa da, hələ də demarkasiya tam aparılmayıb. Azərbaycanla uzun illər münaqişədə olmuş, 30 il ərazilərimizi işğalda saxlamış Ermənistanla isə delimitasiya və demarkasiya prosesinin daha çətin keçəcəyi sirr deyil. Lakin dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların sayca 8-ci iclasında işğalda olan 4 kəndimizin dinc yolla qaytarılması barədə razılığa gəlinməsi bizə daha nikbin düşünməyə əsas verir.
Qarşıda isə prosesin davamlılığının təmin olunması kimi ciddi bir vəzifə dayanır. 2024-cü il iyulun 1-dək Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başa çatdırılması və tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq sənədin təsdiqinə başlamaq barədə razılığa gəlməsi proseslərin ardıcıllığının təmin olunması üçün hüquqi bazisin formalaşdırılması baxımdan mühümdür. İki ölkə arasında birgə komissiyanın növbəti görüşlərinin keçirilməsi tarixinin və yerinin işçi qaydada razılaşdırılma təcrübəsinin oturuşması – hər hansı üçüncü tərəfin vasitəçilik təşəbbüslərinə daha ehtiyac qalmadığını göstərir. Bu isə Azərbaycanın ilk gündən nümayiş etdirdiyi prinsipial niyyətlə üst-üstə düşür.
Təbii ki, prosesləri qabaqlamaq faydalı deyil, lakin indiki məqamda dəqiqləşən növbəti addım Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızıl Hacılı kəndlərindən erməni ordu hissələrinin çıxarılaraq həmin məntəqələrin təhvil verilməsindən sonra sərhəd xəttinin razılaşdırılmış hissələrində tərəflərin öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi təşəbbüsüdür. Daha sonra isə növbə anklav kəndlərindir.
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - İsrafil KƏRİMOV
Bölməyə aid digər xəbərlər

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər