Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 09-01-2017 11:57 | Bölmə: Xəqani CƏFƏRLİ

ABŞ-ın xüsusi xidmət orqanları prezident Barak Obamanın göstərişi ilə, kəşfiyyat məlumatları əsasında Rusiyanın Birləşmiş Ştatlara qarşı kiber hücumu ilə bağlı hesabat hazırlayıblar. Bu hesabat rəsmi Vaşinqtonun Moskvaya münasibətini daha da sərtləşdirib.
Hətta seçki kampaniyası boyunca Rusiyanın və onun diktator lideri Vladimir Putinin ünvanına təriflər deməkdən çəkinməyən Donald Trampın prezident seçilməsi də Vaşinqtonla Moskvanın münasibətlərini yumşaltmayacaq.
Rusiyanın ABŞ-a kiber hücumu ilə bağlı hesabatın məxfiləşdirilmiş variantı Vaşinqtonun siaysi dairələrinin Moskvaya qarşı hiddətini daha da artırıb. Hesabat tamamilə məxfi məlumatlar, o cümlədən Rusiya rəsmilərinin telefon danışıqlarının dinlənməsi əsasında hazırlandığından bu sənəddə əksini tapan məlumatları təkzib etmək mümkün deyil.
Rusiyaya münasibətdə rəğbəti seçilən Tramp da xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşdən və hesabatın məxfiləşdirilmiş variantı ilə tanış olduqdan sonra kiber hücumların seçki prosesinə təsir etməsinə birbaşa cavab verməsə də, Rusiyanın ABŞ-a qarşı belə əməliyyatlar apardığını etiraf edib. Doğrudur, Tramp Rusiyanın adını Çinlə bir sırada çəkib, ancaq o, bundan əvvəl belə fikirləri ümumiyyətlə işlətmirdi.
ABŞ-ın yeni vitse-prezidenti seçilən Mayk Pens isə bildirib ki, Tarmp səlahiyyətlərinin icrasının ilk günlərində kiber hücumlarla bağlı sərt addımlar atacaq.
Pensin bu fikrinin arxasında nələrin dayandığını iki-üç həftədən sonra biləcəyik. Hələlik isə bir məsələni tam aydınlığı ilə söyləmək olar ki, ABŞ-Rusiya münasibətlərində yumşalma mümkün olmayacaq.
ABŞ-ın dövlət siyasətini müəyyən edən Konqress üzvülərinin əksəriyyəti Rusiyaya qarşı kəskin münasibət bəsləyirlər. Məsələn, Respublikaçılar Partiyasının Konqresdəki qeyri-rəsmi lideri hesab olunan senator Con Makkeyn Rusiyanın ABŞ-a qarşı kiber hücumunu müharibə aktı adlandırıb. Konqress üzvülərinin əksəriyyəti senator Makkeyinin bu mövqeyini bölüşürlər. Artıq konqresmenlərin Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsi hazırlamağa başlamaları haqqında məlumatlar var. Konqressin yeni sanksiyaları isə Rusiyanın bank sektorunu tamamilə əhatə edər ki, bu da Şimal qonşumuzun iqtisadiyyatını iflic edəbilər.
Görünür, Moskvada da Vaşinqtondakı ab-havanın fərqindədirlər. Putinin ABŞ prezidenti Obamanın dekabrın sonlarında tətbiq etdiyi sanksiyalara cavab verməməsi də Rusiya rəsmilərinin Vaşinqton siyasətçilərini daha da qızışdırmaqdan çəkinməsi kimi yozulmalıdır. Əgər belə olmasaydı Putin 35 Rusiya diplomatının rusvayçı şəkildə ABŞ-dan qovulmasını rahat həzm edə bilməz, hansısa cavab tədbirləri görərdi. Hətta Obamanın Rusiya diplomatlarını qovmaq qərarı açıqlandıqdan sonra Rusiya mətbuatı Putinin də oxşar addım atacağı haqqında qəti fikirlər bildirirdilər. Ancaq Putin Rusiya ictimaiyyətindəki gözləntinin əleyhinə gedərək belə bir addımı atmadı.
Şərhçilər Putinin bu addımını Moskvanın Vaşinqtonu daha da qıcıqlandırmaqdan çəkinməsi ilə izah edirlər. Əlbəttə ki, onlar bu fikirdə tamamilə haqlıdırlar. Moskvanın hakim dairələri anlayır ki, ABŞ-ın Rusiyaya qarşı siyasəti yumşalmasa ölkəni iqtisdi böhrandan xilas etmək mümkün olmayacaq. Ona görədə, Putin Obamanın təhqirini cavabsız buraxmaq məcburiyyətində qaldı.
ABŞ-ın siyasi dairələrində hakim olan əhval-ruhiyyə isə belə deməyə əsas verir ki, Moskvanı Vaşinqtonun yeni sanksiyalarından Donald Tramp da xilas edə bilməyəcək. Tramp yalnız çox qısa müddət ərzində Rusiya ilə münasibətləri yumşaltmağa cəhd edə bilər. Amma bu cəhdlərin müsbət nəticə verəcəyi inandırıcı deyil.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər