Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 30-01-2017 16:06 | Bölmə: Xəqani CƏFƏRLİ

Donald Tramp ABŞ-dakı prezident seçkisinin qalibi olar-olmaz etirazlarla üzləşdi. Vəzifəsinin icrasına rəsmən başladıqdan bir həftə ötməmiş yenə eyni aqibətlə üz-üzə qaldı.
Dünyada ən qüdrətli vəzifə sahibi hesab olunan ABŞ prezidentinə qarşı ilk qiyamı isə Amerikanın böyük şəhərlərinin merləri qaldırıblar.
Qeyd edək ki, Nyu-York, Çikaqo, Boston, San-Fransisko, Sietl və ABŞ-ın digər şəhərlərinin rəhbərləri qanunsuz immiqrantların ölkədən çıxarılması haqqında prezidentin sərəncamının icrasından imtina ediblər.
Trampın imzaladığı sərəncama görə, qanunsuz immiqrantların müəyyən olunub, ölkədən deportasiya edilməsində Vaşinqtonla əməkdaşlıq etməyən şəhərlərə federal yardımlar və köçürmələr kəsiləcək.
Nyu-York meri Bill De Blazo bəyan edib ki, prezidentin sərəncamı şəhərin qanunvericlik təcrübəsinə təsir etməyəcək.
Boston şəhərinin meri Mart Uolş isə prezidentin sərəncamını rəhbərlik etdiyi şəhərin adamlarına və dəyərlərinə qarşı hücum adlandırıb. O, qeyd edib ki, istənilən şəxsə meriyanın binasında sığınacaq verəcəklər.
ABŞ-ın üçüncü böyük şəhəri olan Çikaqonun meri Ramm Emmanuel isə bildirib ki, haradan gəlməsindən asılı olmayaraq, insanlar deportasiya edilməyəcək.
ABŞ prezidentin sərəncamına qarşı çıxış edən şəhər rəhbərlərinin ümumi fikrinə görə, bu sərəncam hüquqi cəhətdən qüsurludur və ona əməl etməyənlərə qarşı hansısa tədbir görməyə imkan vermir.
Donald Trampın sərəncamının məhkəmə vasitəsilə qüvvədən salınmasına da yaxın günlərdə cəhdlər ediləcək. Ancaq bu addım atılmasa belə, şəhər rəhbərlərinin dövlət başçısına qarşı qiyamı çox diqqətçəkicidir.
Birincisi, prezidentə qarşı etirazlar küçə və meydanlardan, media və sosial şəbəkələrdən rəsmi müstəviyə keçib.
İkincisi, bu qiyam Tarmpın səlahiyyətlərinin icrasına başlamasının bir həftəsi tamam olmamış - yanvarın 25-də baş verib. Belə görünür ki, Trampın hakimiyyəti mərkəzi və yerli hakimiyyət orqanları və vəzifəli şəxsləri ilə münaqişə şəraitində keçəcək. Bu isə Tarmpın vədlərinin yerinə yetirməsinə ciddi maneə törədə bilər.
Trampın seçki yolu ilə şəhər rəhbərliyinə gəlmiş şəxsləri bir sərəncamla vəzifədən kənarlaşdırmaq hüququ yoxdur. Eyni zamanda, onlar çox, prezident isə təkdir. Əgər prezident şəhər rəhbərləri ilə qarşıdırmaya getsə, bu, onun üçün siyasi iflasla yekunlaşa bilər.
Əgər buraya onu da əlavə etsək ki, qanunverici orqan olan Konqressin hər iki palatasında prezidentin güclü əleyhdarları var, o zaman yerli hakimiyyət orqanları ilə münaqişənin impiçmentlə qurtaracağını proqnozlaşdırmaq olar. Ümumiyyətlə, Trampın səlahiyyət müddətinin sonuna kimi Ağ Evin sahibi olacağı çox da inandırıcı deyil. Xüsusiylə də merlərin prezident sərəncamını icra etməkdən boyun qaçırmaları Tarmpın impiçmentlə üzləşmə ehtimalını artırır.
Onu da qeyd edim ki, Trampa qarşı impiçment çağrışları ilə bağlı petisiya artıq Konqressin rəsmi saytında yerləşdirilib. Deyəsən, kəmağıl prezident hələlik bunun fərqində deyil. Bu da onun siyasətdən nə qədər uzaq adam olduğunu göstərir.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər