Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 23-01-2017 15:46 | Bölmə: Xəqani CƏFƏRLİ

ABŞ-dakı sonuncu prezident seçkilərinin qalibi Donald Tramp yanvarın 20-də and içərək rəsmən səlahiyyətlərinin icrasına başlayıb.
Andiçmə mərasimindəki 15 dəqiqəlik çıxışı da Trampın seçki kampaniyası zamanı səsləndirdiyi fikirlərin davamı oldu. Bu isə o deməkdir ki, yaxın dörd ildə dünyada qlobol problemlər daha da artacaq, Rusiya və Çin kimi dövlətlər hərbi güclərindən istifadə edərək qonşularını təhdid etməyi gücləndirəcəklər. Çünki bu günə kimi ABŞ Rusiyanın yeni imperiya yaratmaq meyillərinə dözməyəcəyini nümayiş etdirməklə rəsmi Moskvanın iddialarının qarşısını alırdı. Ancaq indi Moskva postsovet məkanında tam sərbəstlik qazana bilər ki, bu da keçmiş sovet respublikalarının müstəqilliyi üçün təhlükədir.
Trampın Rusiya, onun diktator lideri Putinlə anlaşma ehtimalının reallaşması isə bəşəriyyəti yaxın dörd ildə ciddi problemlərlə üzləşdirə bilər. Məhz Trampın razılığı ilə Rusiyanın Hələb qətliamını dünyanın başqa yerlərində də təkrarlaması mümkündür.
Trampın dövründə ABŞ-ın dünyadakı rolunun azalma ehtimalı nə qədər yüksəkdirsə, bu prosesdən Azərbaycanın zərər görmə ehtimalı da o qədər çoxdur. Əgər kəmağıl Tramp postsovet məkanını Rusiyanın təsir zonası kimi tanısa, Azərbaycan, ermənirus ittifaqının daha ağır təzyiqi ilə üzləşə bilər. Yəni postsovet məkanında sərbəst hərəkət etmək hüququ qazanan Rusiya bu regionda sərhədləri yenidən çəkməyə meyillənər. Bu prosesin Azərbaycanın xeyrinə olmayacağının anonsunu isə Rusiya rəsmiləri artıq veriblər.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov rəsmi Bakının Azərbaycan torpaqları üzərindəki suveren hüququnu şübhə altına alan sərt açıqlama verib. Bu açıqlamaya Azərbaycanda hakimiyyət və cəmiyyət tərəfindən sərt etiraz edilməməsi təəssüf doğurur. Çünki Lavrova sərt etirazların edilməməsi Moskvanı daha da şirnikdirər və mümkündür ki, Rusiya xarici işlər nazirinin fikirləri hansısa rəsmi sənədlər halına salınsın.
Sergey Lavrovun Azərbaycanın dünya birliyi tərəfindən tanınmış rəsmi sərhədləri çərçivəsində anti-terror kampaniyası aparmaq hüququnu tanımır və bunun mümkün olmayacağını çox açıq mətinlə bəyan edir. Belə görünür ki, Moskva Tarmpın səlahiyyətlərinin rəsmən icrasına başlamasını gözləmədən də postsovet məkanında, o cümlədən də Cənubi Qafqazda özünün yeni imperiya qaydalarını tətbiq etməyə başlayıb.
Yanvarın 20-də Tramp rəsmən vəzifəsinin icrasına başladığı üçün Moskvanın da sözdən işə keçəcəyini gözləmək olar. Postsovet respublikaları arasında isə Mosvanın təzyiqlərinə ən çox məruz qala biləcək ölkələrin siyahısının başında Azərbaycanın adı gəlir.
Belə ki, Gürcüstan və Ukrayna kimi respublikaları Vaşinqtonda çox nüfuzlu senator və konqresmenlər müdafiə edir. Onların bəziləri hətta bir neçə gün öncə bu respublikalara səfər edərək Vaşinqtonun himayəsini vəd ediblər. Azərbaycanın isə Vaşinqtonda belə dostları yoxdur. Üstəlik, Azərbaycan Rusiyanın ən yaxın müttəfiqi Ermənistanla müharibə vəziyyətindədir.
ABŞ Rusiyanın postsovet məkanında söz sahibliyini tanıyarsa, regionda yaranacaq yeni siyasi vəziyyət ilk növbədə Azərbaycanın zərərinə ola bilər. Buna görə də, Vaşinqtonda baş verənləri daha diqqətlə izləmək və baş verə biləcək siyasi dəyşikliklərə hazır olmalıyıq.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər