Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 04-03-2017 17:44 | Bölmə: Xəqani CƏFƏRLİ

ABŞ prezidenti Donald Trampın sağlam məntiq və ağıl sahibi olmadığı qənaətindəyəm. Bu şəxs prezidentliyə namizəd olduğu dövrdən bu günə kimi onun haqqında yazdığım məqalə və köşələrdə bir qayda olaraq onun adının əvvəlində "Kəmağıl” ifadəsindən istifadə etsəm də, oxucular bundan xəbər tutmayıblar. Çünki redaktorumuz Afiq Mirzəbəylinin redaktəsindən sonra həmin ifadə yoxa çıxıb. Heç şübhəsiz, redaktorun kiminsə şəxsiyyətinə kölgə salan ifadələrə imkan verməyən mövqeyini bildiyim üçün onun redaktələrinə etiraz etməmişəm.
Ancaq məsələ ondan ibarətdir ki, ABŞ prezidenti Donald Trampı sağlam məntiq və ağıl sahibi hesab etməyən yalnız mən deyiləm. Konnektikut ştatında yerləşən Qoinnipiac Universitetinin keçirdiyi rəy sorğusunda iştirak edənlərin 63 faizi də prezident Donald Trampı sağlam məntiq sahibi deyil, dəlisov adam hesab etdiklərini bildiriblər. Əlbəttə, bununla özümün haqlı olduğumu sübut etmək niyyətində deyiləm. Ancaq məsələ ondan ibarətdir ki, siyasətçilərin, politoloqların və şərhçilərin əksəriyyəti hesab edir ki, prezident Tramp sağlam məntiq və yetkinləşmiş fikir sahibi deyil.
Şərhçilər hesab edir ki, son iki əsrdə ABŞ prezidentləri arasında Tramp kimi dəlisov şəxs olmayıb. Trampın Twitter hesabından yazdığı fikirlərin monitorinqi aparılsa bu şəxsin hansı düşüncəvə məntiq sahibi olduğu tam aydınlaşar.
Trampın müsəlmanlara qarşı mövqeyi də onun sağlam fikir və məntiq sahibi olmadığını göstərir. İslamı din deyil, ideologiya hesab edən Maykl Flinni kimi şəxsi özünün Milli təhlükəsizlik məsələləri üzrə müşavir təyin etməsi də, 7 islam ölkəsindən mühacirlərin ABŞ-a girişini qadağan etməsi də Trampın düşüncə tərzini çox aydın göstərir.
İndi siyasətçiləri və politoloqları narahat edən dəlisov prezidentin çılğın siyasətinin böyük müharibələrə səbəb olub-olmayacağıdır. Onun komandasının əsasən generallardan və biznesmenlərdən ibarət olması da siyasətçilərin narahatlığını artırır. Çünki ömrü boyu siyasi qərarların məsuliyyətini hiss etməmiş şəxslər indi dünyanın ən qüdrətli dövlətinin siyasətini müəyyənləşdirirlər.
Trampın Çin və Şimali Koreyaya yönəlik siyasəti də çox narahatedicidir. Məsələn, onun komandası hal-hazırda Vaşinqtonun Şimali Koreyaya yönəlik siyasətini hazırlayır. Bu zaman isə Şimali Koreyanın nüvə dövləti kimi tanınmasından tutmuş bu ölkəyə qarşı hərbi müdaxiləyə kimi məqamlar yer alır. Belə görünür ki, Tramp və komandası biznesin ən sərt qanunları ilə hərəkət etmək istəyirlər. Bu siyasət əvvəlcə anlaşma əldə etməyi, bu mümkün olmadıqda isə rəqibi sıradan çıxarmağı nəzərdə tutur. Dövlətlərarası münasibətlərin tam fərqli prinsiplər üzərində qurulduğunu Trampın komandası nəzərə almaq istəmir. Üstəlik, bu komandanın başında dəlisov bir şəxs dayanır.
Əlbəttə, ABŞ-ın mükəmməl dövlət sistemi dəlisov prezidentin siyasətini cilovlamaq gücündədir. Ancaq bununla belə, Trampın fikirləri real siyasətə çevrilmədən də dünyada gərginliyi və təcavüzkarlığı artırır. Sağlam məntiq və ağıl sahibi olmayan bir şəxsin dövlət başına gətirilməsi heç zaman təsirsiz qalmır. Bu gün də dəlisov Trampın fikir və qərarları bəşəriyyətin həyatına öz təsirini göstərir. Bəşəriyyət isə buna ən azı bir neçə ay dözməli olacaq.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər