00:14 / 03-02-2026
Aviadaşıyıcı gəmilərə malik ölkələrin reytinqi açıqlanıb
23:39 / 02-02-2026
Tramp: "Hindistan Rusiya neftindən imtina etdi"
23:02 / 02-02-2026
İcra başçısını söyən şəxs həbs olunub
21:04 / 02-02-2026
"Velizarofficial" adlı səhifənin idarəçisi saxlanılıb
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
19:41 / 02-02-2026
Xalq artistinin oğlu döyülüb
19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Koalisiya növbədənkənar seçkilərə rəy verib
Tarix: 08-02-2024 20:57 | Bölmə: Siyasət

Üç ictimai birlik - “Vətəndaş Cəmiyyəti Uğrunda Məsləhət və Yardım Mərkəzi”, “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı”, “Multimedia” İnformasiya sistemləri və Texnologiyaları Mərkəzinin 20 dekabr 2023-cü il tarixdə yaratdıqları “Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyası 7 fevral 2024-cü il tarixində keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticələri ilə bağlı rəyini açıqlayıb.
Reyting.az xəbər verir ki, “Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyası seçkilər zamanı 542 müşahidəçi ilə 63 seçki dairəsi üzrə 792 seçki məntəqəsində seçkiləri müşahidə edib. Koalisiyanın rəyi seçki kampaniyası dövründə və seçki günü aparılmış təhlillərə, müşahidələrə əsaslanan ilkin qiymətləndirməni əks etdirir:
Seçki günü həyata keçirdiyimiz müşahidə və təhlillərimiz 25 yanvar 2024-cü il tarixində təqdim etdiyimiz “Aralıq Hesabatı”nda qeyd edilmiş əsas nəticə və faktları təsdiqləməyə imkan verir;
Seçki günü səsvermə prosesi demək olar ki, qanunvericiliyin tələblərinə uyğun təşkil edilib, seçki məntəqələrində seçicilərə təzyiq və ya hədə-qorxu halları müşahidə edilməyib;
Dairə Seçki Komissiyaları və Məntəqə Seçki Komissiyaları qarşısında ictimai etiraz halları müşahidə edilməyib.
İlkin nəticələr
Seçki günü “Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyasının ümumrespublika müşahidəçiləri əsasən hər hansı məhdudiyyət olmadan seçki məntəqələrinə daxil ola bilsə də, bir sıra rayonlarda məntəqə sədrləri müxtəlif bəhanələrlə buna mane olmaq istəyib, lakin Koalisiya hüquqşünaslarının müdaxiləsindən sonra müşahidəçilər problem yaranan məntəqələrə sərbəst daxil ola biliblər;
Müşahidəçilərə öz vəzifələrini həyata keçirilməsi üçün əsasən şərait yaradılıb. Lakin 116 saylı Qəbələ Seçki dairəsinin 2 saylı məntəqəsində yer olmadığına görə müşahidəçimizə ayaqüstə müşahidə aparmaq təklif olunub, 19 saylı Nərimanov birinci seçki dairəsinin 21 saylı məntəqəsində isə müşahidəçimizin foto və video çəkiliş aparmasına seçki komissiyasının sədri əngəl törədib;
Səsvermə məntəqələrinin açılışından əvvəl boş seçki qutularının nümayişi və möhürlənməsi prosesi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilib;
Səsvermə üçün nəzərdə tutulmuş səsvermə kabinələri beynəlxalq və milli qanunvericilikdə nəzərdə tutulan standartlara cavab verib, məntəqələrdə gizli səsverməyə zəmanət verən şərait yaradılıb;
Müşahidə apardığımız seçki məntəqələrinin əksəriyyətində səsvermə prosesi ümumilikdə normal keçib;
Seçicilərə seçki məntəqəsinin komissiya üzvləri və ya digər şəxslər tərəfindən seçimlərinə təsir edə biləcək təzyiq halları qeydə alınmayıb;
Səyyar səsvermə prosesi təlimata uyğun həyata keçirilib və hər hansı şikayət daxil olmayıb;
Səsvermə prosesinə kənar müdaxilə hallarına rast gəlinməyib, seçici fəallığı çox olub;
Seçki məntəqələri daxilində zərurət olmadan polis əməkdaşları və ya rəsmi şəxslər müşahidə olunmayıb;
Medianın məntəqələrdə seçki prosesini işıqlandırmasına əsasən şərait yaradılıb, bununla yanaşı, bir sıra məntəqələrdə jurnalistlərin öz fəaliyyətini həyata keçirməsinə məhdudiyyətlərin tətbiq olunmasına cəhdlər göstərilib;
Yasamal üçüncü seçki dairəsinin 17 saylı Seçki məntəqəsində bəzi seçicilərin qeydiyyatına uyğun olmayaraq səsverməyə gəlməsi halları müşahidə olunub;
Müşahidə aparılan bəzi məntəqələrdə səsvermə bitdikdən sonra səslərin müşahidəçilər olmadan sayılmasına cəhdlər olub, amma müşahidəçilərin qəti etirazından sonra bu imkan təmin edilib;
Bəzi məntəqələrdə müşahidəçilərə gün ərzində seçici fəallığı ilə bağlı məlumatların verilməsindən imtina edilib. Bu kimi pozuntular müşahidə olunan dairə və məntəqələrin dəqiq siyahısı Yekun Hesabatda öz əksini tapacaq.
“Seçki Müşahidə və Təhlil Qrupu” Koalisiyasının apardığı monitorinqin ilkin nəticələri onu deməyə əsas verir ki, əvvəlki seçkilərdə səsvermə zamanı baş verən pozuntuların növləri və xarakteri bu seçkilərdə çox az sayda olsa da, müşahidə olunub. Bu pozuntular ümumi nəticəyə həlledici təsir etməsə də, göstərir ki, Azərbaycanda seçki prosesinin təkmilləşdirilməsi üçün hələ də bəzi hüquqi və texniki tədbirlər görülməlidir. Belə ki, kifayət qədər maliyyə imkanlarına baxmayaraq, son 10 ildə MSK tərəfindən seçki məntəqələrində quraşdırılan veb-kameraların sayı artırılmayıb və bu kameralar məntəqələrin ümumi sayının 20%-ini belə əhatə etmir. Eyni zamanda MSK tərəfindən elektron səsvermə üçün sistem yaradılmayıb və bütövlüklə seçki prosesi zamanı keçirilən prosedurların rəqəmsallaşması aşağı səviyyədədir.
Seçki prosesinin yalnız səsvermədən ibarət olmadığını nəzərə alaraq qeyd olunmalıdır ki, hazırkı seçkiqabağı təşviqat prosesi zamanı real rəqabət mühiti yaranmamışdır. Bunun əsas səbəbi əksər namizədlərin hazırkı dövrdə ölkə başçısına özlərini real rəqib görməməsində idi.
Prezidentliyə əksər namizədlərin televiziya və radiolardakı debatları ictimai gündəmi formalaşdıra bilməyib, onlar cəmiyyətə xüsusi rezonans doğurmayıb.
Bunları nəzərə alaraq “Seçki Müşahidə və Təhlil Qrupu” koalisiyası bəyan edir ki, bu seçki prosesi bütövlüklə milli qanunvericiliyin tələblərinə uyğun həyata keçirilsə də, mövcud seçki qanunvericiliyi və praktikasının təkmilləşdirilməsi üçün hakimiyyətlə vətəndaş cəmiyyəti nümayəndələri, siyasi partiyalar, həmçinin beynəlxalq təşkilatlar arasında dialoqun aparılmasının vacibliyini aktuallaşdırır.
“Seçki Müşahidə və Təhlil Qrupu”nun hazırlanan Yekun Hesabatında bütün sadalanan məsələlərə daha detallı şəkildə toxunulacaq, seçki prosesinin təkmilləşdirilməsinə dair konkret təkliflər irəli sürüləcək.
İmza:
Rafiq İsmayılov, “Vətəndaş Cəmiyyəti Uğrunda Məsləhət və Yardım Mərkəzi”nin sədri
Mirvari Qəhrəmanlı, “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı”nın sədri
Osman Gündüz, “Multimedia” İnformasiya sistemləri və texnologiyaları mərkəzinin sədri
Bakı, 08.02.2024
Bölməyə aid digər xəbərlər

Dünən, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər