Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 23-01-2026 16:44 | Bölmə: Siyasət

“Prezident İlham Əliyev yanvarın 22-də ABŞ lideri Donald Trampla görüşüb. Davosda belə bir görüşün baş tutması gözlənilən idi. Ən önəmlisi isə Vaşinqtonun bəzi regional və qlobal maraqlarında Bakını etibarlı tərəfdaş hesab etməsidir”.
Reyting.az xəbər verir ki, bunu politoloq Turan Rzayev bildirib.
Onun fikrincə, hər şeydən öncə bu görüş Cənubi Qafqazda sülhün davamlılığının təmin olunması və Azərbaycanın beynəlxalq prestijinin artırılması baxımından strateji əhəmiyyət kəsb edir. Trampın görüş zamanı ötən ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmaları vurğulaması da təsadüfi xarakter daşımır.
T. Rzayevin sözlərinə görə, heç kəsə sirr deyil ki, Vaşinqton görüşü, eyni zamanda burada əldə edilən razılıqlar Cənubi Qafqazın təhlükəsizliyi və Ermənistan-Azərbaycan münasibətlərinin həllində mühüm yenilikdir. Sülh sazişinin paraflanması, o cümlədən TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi kimi regional infrastruktur təşəbbüslərinə dair razılığın əldə edilməsi tarixi hadisələr idi.
T. Rzayev Azərbaycan liderinin dediklərinə də diqqət çəkib: “Prezident qeyd edib ki, artıq regionda sülhün mövcud olması təkcə siyasi deyil, həm də iqtisadi təsirlərlə özünü göstərir. Azərbaycanın Ermənistanla neft məhsullarının ixracı və taxılın daşınması kimi konkret ticarət əlaqələrinin formalaşması, sülhün praktik nəticələrinə işarədir. Bu, həm də Zəngəzur dəhlizinin nə qədər strateji olduğunu göstərir”.
Politoloqun fikrincə, bütün bunlar D. Trampın həm şəxsi karyerasına, həm də ABŞ-nın xarici siyasətinə mühüm dividendlər gətirib:“Xüsusilə Azərbaycanın sülhə meyilliliyi, qalib tərəf olmasına baxmayaraq konstruktiv və praqmatik mövqedən uzaqlaşmaması, Trampın nəzdində Bakını məqbul tərəfdaş edir. Prezident İlham Əliyevin sərgilədiyi mövqe də şəxsi müstəvidə Ağ ev rəhbəri ilə münasibətləri çərçivəsində xüsusi əhəmiyyətə malikdir”.
T. Rzayev qeyd edib ki, söhbət əsnasında Sülh Şurasının önəminin vurğulanması, Azərbaycanın bu quruma təsisçi üzv kimi dəvət olunması isə həm prestij, həm də strateji baxımdan əhəmiyyətlidir:
“Azərbaycan Donald Trampın Qəzzanın yenidən bərpası və idarə olunması ilə bağlı təsis etdiyi Sülh Şurasına təsisçi üzv olmaq təklifini qəbul edib. Bakı üçün əsas məqam prosesin mahiyyətidir. Azərbaycan bu təşəbbüsü hərbi və ya blok xarakterli qurum kimi deyil, məhz Qəzzanın yenidən bərpası və idarə olunmasına yönəlmiş mexanizm kimi dəyərləndirərək qəbul edib. Lakin Bakı Vaşinqtonla strateji tərəfdaşlığın dərinləşməsində də maraqlıdır”.
T. Rzayev sonda əlavə edib ki, liderlərin ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi, qarşılıqlı səfərlərin və diplomatik təmasların davamlılığının vacibliyinin vurğulanması Vaşinqtonun da Bakı ilə əməkdaşlıqda maraqlı olduğunu deməyə əsas verir: “Ümumilikdə, görüş Azərbaycanın beynəlxalq səhnədəki statusunu artırmaqla yanaşı, regiondakı sülh proseslərinin daha dayanıqlı və institusional əsaslarla aparılması üçün əlverişli şərait yaradır. Bu, həm də ABŞ-la strateji tərəfdaşlıq çərçivəsində gələcək layihələrin və təşəbbüslərin reallaşdırılmasına zəmin hazırlayır”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər