Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
Tarix: 27-01-2026 12:26 | Bölmə: Siyasət

Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır

“Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanda həlak olan əsgərlərin ailələrinə və cəmiyyətin ehtiyacı olan təbəqələrinə 10 milyon dollarlıq maliyyə yardımı ayırmaq barədə fərman imzalaması ilə bağlı iddialar tamamilə əsassızdır”.

Reyting.az xəbər verir ki, bunu Türkiyə prezidenti yanında rabitə və informasiya idarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) bildirib.

DMM-nin sosial media hesabında qeyd edilib ki, Ərdoğanın Ermənistanda həlak olan əsgərlərin ailələrinə və cəmiyyətin ehtiyacı olan təbəqələrinə 10 milyon dollarlıq maliyyə yardımı ayırmaq barədə fərman imzalaması ilə bağlı bəzi media orqanlarında və sosial media platformalarında yayılan iddialar tamamilə əsassızdır:

“İctimaiyyəti ölkəmizi və Türkiyə-Azərbaycan münasibətlərini hədəfə alan dezinformasiyaya inanmamağa çağırır, yalnız rəsmi orqanların verdiyi açıqlamaları nəzərə almalarını xahiş edirik”.

Qeyd edək ki, dünən sosial şəbəkələrin Azərbaycan seqmentində də guya prezident Ərdoğanın Ermənistana 10 milyon dollar maliyyə yardımı ayırdığı, bu yardımın Ermənistanda həlak olan əsgərlərin ailələrinə sərf ediləcəyi haqda məlumatlar yayılmışdı.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər