Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 30-01-2026 06:36 | Bölmə: Siyasət

ABŞ-da bir sıra siyasi ekspertlər və publisistlər prezident Donald Trampı faşist kimi xarakterizə ediblər. Yerli analitiklərin fikrincə, Trampın ikinci prezidentliyi dövrü ərzində nümayiş etdirdiyi siyasi ritorika və praktika daha ideoloji xarakter alıb, üstəlik, klassik faşizm əlamətlərinə yaxınlaşıb. Bu iddialar Minnesota hadisələri, eləcə də Qrenlandiya ətrafında baş verən böhran fonunda mediada və ictimai müzakirələrdə daha geniş yayılıb.
Reyting.az bildirir ki, bir çox tənqidçilərin fikrincə, ABŞ prezidenti aşkar gücü təşviq edir, siyasi rəqibləri dehumanizasiya vəziyyətinə salır, eyni zamanda, hüquq-mühafizə orqanlarını öz siyasi məqsədlərinə tabe etdirir və qorxu atmosferi yaradır.
Bəzi müəlliflər isə ABŞ İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin fəaliyyətini sərt bir şəkildə tənqid ediblər. Ekspertlər bildirirlər ki, bu dövlət qurumu ölkəyə sığınmış miqrantlara qarşı açıq "dövlət terroru" həyata keçirir və bütün bunları icra edənlər Donald Trampın verdiyi məlum tapşırıq əsasında işləyirlər.
Amerikalı digər ekspertlər isə bəzən faşist lideri Hitlerə, bəzən də Benito Mussoliniyə bənzədilən Trampı klassik faşist hökmdarı kultundan daha çox, öz siyasətini şəxsi və ailə maraqları üzərindən qurmağa çalışan bir "klan başçısı" və ya "mafiya bossu" kimi təsvir edirlər.
Bir qrup tanınmış alim ABŞ-da demokratik geriləmənin baş verdiyini bildirəndən sonra Tramp hakimiyyətinə etiraz əlaməti kimi bu ölkəni tərk ediblər. Tramp əleyhdarları olan elm adamlarının söylədiklərinə görə, indiki dövrdə Amerika Birləşmiş Ştatlarında baş verən proseslər faşizmə bənzəyən avtoritar idarəetməyə doğru çox təhlükəli meyillərin olduğunu göstərir.
"Donald Tramp kimdir" sualına cavab verən "Financial Times" qəzetinin əməkdaşı, köşə yazarı Simon Kuper qeyd edib ki, Trampda və trampçılıqda dünya şöhrətli yazıçı Umberto Ekonun "İlkin faşizm" adlı essesində təsvir etdiyi faşizmin bütün əsas əlamətlərini çox asanlıqla tapmaq olar.
Müasir alman tədqiqatçıları isə daha fərqli düşünür və inandırmağa çalışırlar ki, bu klassik faşizm deyil, çünki ABŞ prezidenti Donald Trampın dünyagörüşü, məqsədləri tamamilə klassik faşizmdən fərqlənir. Hitler kollektiv şüura soxulub kütləni, müharibəni ali məqsəd kimi ilahiləşdirirdi. Lakin Tramp müharibəyə nifrət edir, böyük münaqişələrdən yayınır, üstəlik, nə dövlətə, nə də cəmiyyətə inanır. Bunun özü belə məqbul edilən amildir, axı Trampın idealı heç bir məhdudiyyəti olmayan, həm də ifrat səviyyədə yüksək bir kapitalizmdir ki, burada yeganə ali məqsəd şəxsini təmin edib varlanmaqdır. D. Trampın özünün prezidentliyi dövründə, nümayişkaranə bir şəkildə, tamamilə heç kimdən çəkinmədən maraqlarını ailə biznesinə çevirməsi məhz buradan qaynaqlanır.
"Trampın etdiyi faşizmdir?" sualını birbaşa, həm də qətiyyətlə cavablandıran Brukinqs İnstitutunun elmi əməkdaşı, "The Atlantic" jurnalının redaktoru Conatan Rauch deyib ki, "bəli, bu faşizmdir!". Daha bir jurnalist də buna bənzər fikir səsləndirib. Nüfuzlu "The New York Times" nəşrinin ən məşhur köşə yazarlarından olan Mişel Qoldberq də Donald Trampı klassik faşistə bənzədib.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər