Bir il əvvəl Dəməşqə zəfər yürüşü başlayıb
Tarix: 28-11-2025 09:11 | Bölmə: Siyasət
Bir il əvvəl Dəməşqə zəfər yürüşü başlayıb

2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminə son qoyuldu.

Reyting.az
xatırladır ki, 2024-cü il noyabrın 28-də “Heyət Təhrir əş-Şam”ın rəhbəri Əhməd Əl-Şaraanın rəhbərlik etdiyi müxalif qüvvələr Bəşər Əsəd rejiminin nəzarətində olan Suriyanın Hələb vilayəti istiqamətində hərbi əməliyyata başlayıb.

İdlib və Hələbin qərbində Əsəd rejiminin qüvvələri ilə döyüşə başlayan müxalifət tezliklə onlarla qəsəbə və kəndi ələ keçirib, 29 noyabr 2024-cü ildə isə Hələbin mərkəzinə daxil olub. Bu, faktiki olaraq, rejimin süqutu demək idi.

E. KAMAL




Bölməyə aid digər xəbərlər