Ərazi mübadiləsi və Ukraynada seçkilər müzakirə olunur
Tarix: 01-12-2025 10:36 | Bölmə: Siyasət


Florida ştatında keçirilən Ukrayna-ABŞ danışıqları zamanı “Ukrayna və Rusiya arasında ərazilərin mübadiləsi imkanı” da müzakirə edilib.

Reyting.az xəbər verir ki, bunu Wall Street JournalABŞ administrasiyasındakı adı açıqlanmayan nümayəndəyə istinadla yazıb.

Nəşrin həmsöhbəti bildirib ki, nümayəndə heyətləri Ukraynada seçkilərin keçirilmə vaxtını da müzakirəyə çıxarıblar.

Məqalədə danışıqların gedişi barədə başqa təfərrüatlar verilmir.

ABŞ administrasiyasının sülh planının ilkin versiyasında Rusiyanın Ukrayna ərazilərini anneksiya etməsinin beynəlxalq səviyyədə tanınması imkanından bəhs olunsa da, Ukrayna tərəfi dəfələrlə bildirib ki, bu, qəbuledilməzdir. Bəzi Qərb KİV-lərinin məlumatına görə, nəticədə ərazi məsələsinin ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında keçiriləcək şəxsi görüşdə müzakirəyə çıxarılması qərara alınıb.

KİV-lərin yazdığına görə, Rusiya atəşkəsin şərti kimi Ukrayna qoşunlarının Donetsk vilayətinin bütün ərazisindən çıxmasını tələb edir. Bəzi məlumatlarda qeyd olunur ki, Moskva həmçinin Ukraynanın nəzarətində qalan Xerson və Zaporojye bölgələrinin qalan hissələrini ələ keçirmək cəhdlərini dayandırmağa hazır olduğunu bəyan edir, baxmayaraq ki, Rusiya rəsmiləri bunu rəsmi şəkildə təsdiqləməyiblər.

ELÇİN





Bölməyə aid digər xəbərlər