Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 01-12-2025 15:26 | Bölmə: Siyasət

“Katolikos istefa verə bilməz. Katolikosun istefa verməsi üçün heç bir səbəb görmürəm”.
Reyting.az xəbər verir ki, bunu Erməni Apostol Kilsəsinin arxiyepiskopu Arşak Xaçatryan bu gün keçirdiyi mətbuat konfransında bildirib.
“Katolikos sadəcə, müəyyən dairələr, o cümlədən kilsə mənsubiyyəti çox şübhəli olanlar belə bir gündəm irəli sürdüyü üçün istefa verə bilməz. O, sadəcə, 10 yepiskopun tələb etdiyi üçün istefa verə bilməz. Katolikos milli kilsə şurası tərəfindən seçilir və onun təsdiqi olmadan katolikosun istefa vermək qərarı fərarilikdən başqa bir şey deyil”,- deyə arxiyepiskop bildirib.
O, əlavə edib ki, katolikos özü də dəfələrlə bunu deyib. Arxiyepiskop əmindir ki, belə bir qərar katolikos tərəfindən verilməyəcək: “Katolikosun kilsəyə və onunla bağlılığına son dərəcə yüksək baxışı var”.
Xatırladaq ki, Erməni Apostol Kilsəsinin bir qrup ruhanisi bütün ermənilərin katalikosu II Qareginin istefasını tələb edən bəyanat yayıb. Onların bəyanatı Ermənistanda böyük əks-səda doğurub. Ruhanilər Qareginin səlahiyyətinin dondurulmasını və ana taxtdan uzaqlaşdırılmasını istəyirlər.
II Qareginə sadiq olan arxiyepiskop Xaçatryan isə bu rihanilərin açıqlama verməsi üçün şantaja məruz qalmalarına işarə edib: “Bu açıqlamanı verən ruhanilər şantaj edilibmi? Açığı, bilmirəm, amma istənilən ssenaridə belə bir mövqe açıq-aşkar xəyanətdir. Mən üç aspekt görürəm, insanlar təkcə Allaha, təkcə kilsəyə deyil, həm də özlərinə xəyanət ediblər, keçmişlərinə aid olan hər şeyə, inandıqları hər şeyə xəyanət ediblər”.
Xatırladaq ki, Ermənistanda Apostol Kilsəsi faktiki olaraq hakimiyyət uğrunda mübarizəyə qoşulub və indiki baş nazir Paşinyanın hakimiyyətdən getməsi üçün ənənəvi müxalifətlərlə eyni mövqedən çıxış edir. Paşinyan hakimiyyəti isə bu işlərin başında duran II Qaregini vəzifədən uzaqlaşdırmağa çalışır.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər