Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 01-12-2025 16:56 | Bölmə: Siyasət

“Əli Kərimlinin həbsinin olduqca ağır ittihamlarla ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr nəticəsində həyata keçirilməsi heç bir şübhə doğurmur və bu isə artıq dedi-qodu deyil”.
Reyting.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə sabiq nazir, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbsi ilə bağlı paylaşımında bildirib.
Ə.İnsanov xatırladıb ki, illər öncə Əli Kərimlinin əməkdaşlıq etmək istəyi ilə bağlı Rusiya rəhbərliyinə yazdığı məktub barədə məlumatlar dəfələrlə mətbuatda yer alıb: “Xüsusilə son illər Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlıqla aşkarladığı və bütün hallarda qabaqlayıcı tədbirlərlə Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı istər ölkə daxilində, istərsə də ölkə xaricində planlaşdırılmış ağır cinayətləri aşkar edərək ayrı-ayrı gizli təşkilatları ifşa etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilib. DTX-nin qabaqcadan inandırıcı dəlillərlə dövlət çevrilişi və dövlətə xəyanət kimi ağır ittihamları irəli sürərək Ramiz Mehdiyevi həbs etməsi təşkilatın bu qəbildən olan növbəti böyük uğurudur. Odur ki, biz DTX-nin fəaliyyətini bəyənir və dəstəkləyirik”.
HƏP sədri bildirib ki, Ramiz Mehdiyevin uzun illər yüksək dövlət vəzifəsində təmsil olunaraq və özünün hüdudsuz səlahiyyətləri ilə təkcə ayrı-ayrı yüksək vəzifə sahiblərini, Milli Məclisin deputatlarını deyil, siyasi partiya və onların liderlərini də öz təsiri altına sala bilib: “Gizli olaraq ağır cinayət xarakterli çirkin əməllərinə cəlb edib, dövlət əleyhinə ağır cinayətlərə sürükləyib, onlarla birlikdə dövlət çevrilişinə cəhd edib. Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr və DTX-nin istintaq zamanı axtarışları nəticəsində əldə etdiyi sənədlər və dəlillər onun Əli Kərimli ilə törədilmiş cinayətdə əlbir olmasına şübhə yeri qoymur.
Göründüyü kimi, bu günə qədər aparılmış istintaq nəticəsində Ramiz Mehdiyevlə Əli Kərimlinin çirkin əməkdaşlığı barədə məhkəməyə təqdim etmək üçün yetərli sayda dəlillər mövcuddur. Bu dəlillər məhkəmənin gedişində təsdiqini tapdığı halda bu xəyanət yükünü Ramiz Mehdiyevlə bərabər təkcə Əli Kərimli deyil, onun rəhbərlik etdiyi AXCP də daşımış olur”.
“Həndəsə elminin üç perpendikulyar teoremində deyildiyi kimi, ölkəmizi əsrlərlə işğal altında saxlamış, sərvətlərini sümürüb aparmış, zaman-zaman ölkəmizdə soyqırımlar törətmiş, faktiki olaraq tarixi düşmən dövlətin vassalına çevirmək planı və arzusu bu cütlüyün vətəndaş hüquqlarından məhrum ediləcəklərinə tam əsas verir.
Ramiz Mehdiyevi və onunla birlikdə olanları Azərbaycanın dövlətçiliyinə və milli maraqlarına qarşı törətdikləri xəyanətə görə lənətləyirəm. Bu gün bütün dünyanın gözü Azərbaycandadır. Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı böyük təhlükəyə çevrilmiş təkcə xarici düşmənlərdən deyil, həm də artıq çox acı həqiqətə çevrilmiş daxili düşmənlərdən də uğurla qoruya bilməsi üçün heç vaxt olmadığı kimi xalqımızı qalib Prezidentimiz İlham Əliyev cənablarının ətrafında sıx birləşməyə çağırıram”, - Ə.İnsanov qeyd edib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər