Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 03-12-2025 08:07 | Bölmə: Siyasət

Rusiya prezidenti Vladimir Putinin Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə söhbəti beş saat davam edib.
Reyting.az xəbər verir ki, bunu Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov da təsdiqləyib.
Kremldəki danışıqların yekunu ilə bağlı brifinqdə danışan Uşakov Rusiya və ABŞ-ın Putin və Uitkoffun Kremldə apardığı danışıqların mahiyyətini açıqlamamaq barədə razılığa gəldiklərini söyləyib.
Kreml rəsmisi tərəflərin sülhdən uzaq olmadığını qeyd edib.
Uşakov deyib ki, Putinin Uitkoffla söhbəti konstruktiv, çox faydalı və məzmunlu olub.
O hələ görüləcək çox işin olduğunu vurğulayaraq sözlərinə belə davam edib:
"Hələlik heç bir kompromis əldə edilməyib. Hazırda Rusiya və ABŞ liderləri arasında görüş planlaşdırılmır. Biz konkret ifadələr və həll yolları deyil, mahiyyəti müzakirə etdik. Tərəflər əməkdaşlıq üçün böyük perspektivlər görürlər".
Uşakov ABŞ-ın Ukrayna ilə bağlı sülh təklifi haqqında da danışıb. Bildirib ki, Rusiya bu təklifdə hansısa məqamla razılaşmağa hazırdır:
"Təklifdə nələrsə tənqidə səbəb olub. Lakin faydalı müzakirə baş tutdu".
O əlavə edib ki, Ukrayna böhranının həlli ilə bağlı ABŞ tərəfindən işlənmiş bəzi materiallar müzakirə edilə bilər.
Uşakovun sözlərinə görə, Rusiya prezidenti ilə Uitkoff arasındakı görüşdə konkret ifadələr deyil, ABŞ sənədlərində qeyd olunanların mahiyyəti müzakirə olunub.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər