Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 03-12-2025 12:33 | Bölmə: Siyasət

“İndi Ukrayna və Rusiyanın müharibəni bitirmələri üçün mükəmməl vaxtdır. ABŞ münaqişənin həllinə çalışır və hər iki tərəfin fikir ayrılıqlarını aradan qaldırmağa kömək edir, lakin hərbi əməliyyatlara son qoymaq qərarı Kiyev və Moskvanın ixtiyarındadır. Nəticə etibarilə, hər şey onlardan asılıdır. Əgər onlar müharibəni bitirmək istəmirlərsə, döyüşlər davam edəcək. Amma biz buna son qoymağa çalışacağıq”.
Reyting.az xəbər verir ki, bunu ABŞ dövlət ktibi Marko Rubio deyib.
Rubio bildirib ki, hazırda əsas mübahisəli məqam Donetsk vilayətinin Ukraynanın nəzarətindəki 20 faiz ərazidir: “Hazırda onlar sözün əsl mənasında 30-50 kilometrlik ərazi uğrunda döyüşürlər ki, bu da Donetsk vilayətinin qalan ərazisinin təxminən 20 faizini təşkil edir. Biz ukraynalıların nə ilə yaşaya biləcəyini anlamağa çalışırıq və düşünürəm ki, müəyyən irəliləyiş əldə etmişik”.
O, həmçinin qeyd edib ki, ABŞ administrasiyası müharibə nə qədər davam etsə də, Ukraynanı sonsuza qədər dəstəkləyə bilməyəcək: “Bəzi insanlar müharibə nə qədər davam etsə də, siyasətimizin Ukraynanı sonsuza qədər maliyyələşdirmək olmasının vacibliyinə inanırlar. Bu, qeyri-realdır. Və bu, baş verməyəcək. Biz uzun müddətdir ki, belə bir miqyasın davamlı olmadığını deyirik”.
Eyni zamanda, o, Rusiyanın müharibəni daha dörd-beş il davam etdirməsinin qeyri-real olduğunu vurğulayıb: “Bu müharibənin bir mərhələsində Rusiya Ukraynada indikindən daha çox əraziyə nəzarət edirdi. İşğaldan sonrakı mart-aprel aylarına aid xəritəyə baxıb, onu bugünkü xəritə ilə müqayisə etsəniz, ukraynalılar rusları xeyli geri itələyiblər. Onlar artıq cəsarət və fədakarlıqları sayəsində çox şeyə nail olublar”.
Rubionun sözlərinə görə, müharibə artıq məhv müharibəsinə çevrilib.
“Təəssüf ki, ruslar öz məqsədləri üçün həftədə 7000 əsgər qurban verməyə hazır olduqlarını göstərirlər”, - deyə Rubio bildirib.
O qeyd edib ki, ABŞ hazırda müharibəni Ukraynanın gələcəyini qoruyan və hər iki tərəfin qəbul edə biləcəyi şəkildə necə bitirəcəyini anlamağa çalışır. Və bu, münaqişənin hər iki tərəfi ilə danışıqlar aparmağı tələb edir.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər