Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 03-12-2025 14:51 | Bölmə: Siyasət

Azərbaycan Ali Məhkəməsi və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnamda rəsmi səfərdə olub.
Reyting.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Bildirilib ki, Vyetnam Ali Xalq Məhkəməsinin dəvəti ilə baş tutan səfər çərçivəsində Vyetnam Ali Xalq Məhkəməsinin sədri Nguyen Van Quang ilə görüş keçirilib. O, bu səfərin iki ölkənin məhkəmələri arasında əməkdaşlığı yeni mərhələyə yüksəldəcəyini bildirib.
Nguyen Van Quang bildirib ki, Azərbaycan məhkəmə sisteminin, xüsusilə Ali Məhkəmənin təcrübə və biliklərinin öyrənilməsi Vyetnam üçün son dərəcə önəmlidir.
İnam Kərimov Azərbaycan tərəfinin Vyetnamla məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və məhkəmələrin rəqəmsallaşdırılması sahəsində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. Görüşdə iki ölkə arasında məhkəmə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi və yeni hüquqi təşəbbüslərin müzakirə edilməsi məqsədilə birgə fəaliyyət haqqında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Hanoi Şəhər Xalq Məhkəməsini və Quang Ninh Vilayətinin Xalq Məhkəməsində olub.
Qeyd edək ki, görüşlərdə Azərbaycanın Vyetnamdakı Fövqəladə və Səlahiyyətli səfiri Şövqi Mehdizadə də iştirak edib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər