Zelenski Ukraynadan qaçmağa hazırlaşır?
Tarix: 09-12-2025 09:49 | Bölmə: Siyasət

Zelenski Ukraynadan qaçmağa hazırlaşır?

Ukrayna prezidenti Vladimir Zelenski hazırda son dərəcə təhlükəli vəziyyətlə üzləşib.

Reyting.az xəbər verir ki, bu barədə alman politoloq Patrik Baab “Deep Dive” YouTube kanalında açıqlama paylaşıb.

Baab Zelenskinin Ukraynadakı böhrana görə ölkədən qaça biləcəyini ehtimal edir. Onun qənaətincə, Ukrayna lideri yalnız Amerika xüsusi təyinatlılarının ona başqa ölkəyə qaçmasına kömək edəcəklərinə ümid edə bilər.

Bu arada Ukrayna prezidenti Vladimir Zelenski NATO-nun baş katibi Mark Rutte, Avropa Şurası və Komissiyasının rəhbərləri Antonio Kosta və Ursula fon der Lyayen ilə görüşlərindən sonra Telegram kanalında yazıb ki, dekabrın 8-də keçirilən iclası “yaxşı və məhsuldar” olub.

E. KAMAL





Bölməyə aid digər xəbərlər