Ərdoğan: Macarıstanla ticarətin həcmini 10 milyard dollara çatdıracağıq
Tarix: 09-12-2025 10:17 | Bölmə: Siyasət

Ərdoğan: Macarıstanla ticarətin həcmini 10 milyard dollara çatdıracağıq

Ankarada Macarıstanın baş naziri Viktor Orbanla görüşündən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, 2025-ci ildə Türkiyə-Macarıstan Elm və İnnovasiya İli ərzində birgə layihələrə vəsait ayrılıb və 28 birgə tədbir həyata keçirilib.

Reyting.az xəbər verir ki, bu barədə Türkiyə lideri mətbuata birgə açıqlamasında danışıb.

Onun sözlərinə görə, Orbanla 6 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmağa yaxındırlar: “Ölkələr arasında böyük ticarət potensialını nəzərə alaraq, hədəfin 10 milyard dollara çatdırılması imkanlarını müzakirə etdik. Mövcud iqtisadi və ticarət mexanizmlərindən səmərəli şəkildə istifadə edilməsi barədə razılığa gəldik”.

E. KAMAL





Bölməyə aid digər xəbərlər