Azərbaycan və Ermənistanın parlament sədrlərinin İstanbulda görüşü gözlənilir
Tarix: 10-12-2025 13:24 | Bölmə: Siyasət

Azərbaycan və Ermənistanın parlament sədrlərinin İstanbulda görüşü gözlənilir

Ermənistan nümayəndə heyətinin Bakıda planlaşdırılan tədbirlərdə iştirakını istisna etmirəm.

Reyting.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Heç bir regional formatda iştirakdan imtina etməyin düzgün qərar olduğunu düşünmürəm. Güman edirəm ki, İstanbulda keçiriləcək konfrans çərçivəsində mənimlə Azərbaycan parlamentinin sədri arasında əlaqələr olacaq”, - Simonyan əlavə edib.

Onun sözlərinə görə, genişləndirilmiş formatda əlaqələrin qurulmasının məqsədəuyğunluğu ilə bağlı müzakirələr davam edəcək.

E. KAMAL





Bölməyə aid digər xəbərlər