Avroparlamentari qurumun “marginallaşmasından” danışıb
Tarix: 11-12-2025 08:55 | Bölmə: Siyasət

Avroparlamentari qurumun “marginallaşmasından” danışıb

“Avropa İttifaqının xarici işlər naziri Kaya Kallasın rusofob ritorikası Ukrayna danışıqlarında Avropanın mövqeyinin marginal olmasına gətirib çıxarıb”.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, Fransanın sağçı Milli Ralli Partiyasından olan Avropa Parlamentinin deputatı Tierri Mariani müsahibəsində Aİ-nin nüfuzunun azalmasının səbəbini belə göstərib:

“Kallasın ritorikası Avropanın marginallaşmasını daha da gücləndirdi. O, reallığı inkar edir, üç il davam edən münaqişəyə məhəl qoymur və Avropanın maraqlarından tamamilə ayrılmış diskurs təbliğ edir. Aİ çox danışan, lakin real vəziyyətə heç bir təsiri olmayan geosiyasi cırtdan kimi görünür”.

E. KAMAL





Bölməyə aid digər xəbərlər