Hakan Fidan: Türkiyə Fələstin probleminin həllində fəal rol oynaya bilər
Tarix: 12-12-2025 09:15 | Bölmə: Siyasət

Hakan Fidan: Türkiyə Fələstin probleminin həllində fəal rol oynaya bilər

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Fələstin probleminin həllində istənilən məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu bəyan edib.

Reyting.az xəbər verir ki, xarici diplomatiya idarəsinin rəhbəri bu barədə “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“Türkiyə beynəlxalq sülhyaratma qüvvələrinin bir hissəsi olaraq sülhün əldə edilməsi və Fələstin probleminin həlli üçün hər cür məsuliyyəti öz üzərinə götürməyə hazırdır. Biz bölgədəki qardaşlarımız və beynəlxalq tərəfdaşlarımızla birlikdə bu məsələdə hər cür məsuliyyəti öz üzərimizə götürməyə hazırıq. Əgər sülhü təmin etmək üçün qoşun yeritmək lazımdırsa, biz buna da hazırıq”,- deyə Fidan vurğulayıb.

E. KAMAL






Bölməyə aid digər xəbərlər