AK rəhbəri Trampı Avropa seçkilərinə müdaxiləni dayandırmağa çağırıb
Tarix: 12-12-2025 09:24 | Bölmə: Siyasət

AK rəhbəri Trampı Avropa seçkilərinə müdaxiləni dayandırmağa çağırıb

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen rəsmi Vaşinqtona sərt xəbərdarlıq ünvanlayıb.

Reyting.az-ın “Reuters”-ə istinadla verdiyi məlumata görə, Brüssel açıq şəkildə bəyan edib ki, Ağ ev tərəfindən Avropa İttifaqı ölkələrində seçki proseslərinə təsir etmək cəhdləri suverenliyə hücum kimi qiymətləndiriləcək.

“Bu, ABŞ-nın yeni Milli Təhlükəsizlik Strategiyası idi ki, özündə Avropada “davamlılığın yaradılması” siyasətini ehtiva edir”,- deyən Ursula fon der Lyayen onu da vurğulayıb ki, hər bir ölkədə hakimiyyəti kənar aktorlar deyil, yalnız seçicilər həll edir və bu prinsip qorunmalıdır.

Y. QACAR





Bölməyə aid digər xəbərlər