Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Kamran Əliyev üç prokuror təyin edib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Fevralın 17-də astronomik hadisə baş verəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 12-12-2025 13:44 | Bölmə: Siyasət

Ukrayna tərəfi Donbasda silahsızlaşdırılmış zonanın yaradılmasına razılaşmağa hazırdır. Əgər bu razılşama alınarsa, Ukrayna və Rusiya qoşunlarının cəbhə xəttinin hər iki tərəfindən çıxarılmasını tələb edəcək.
Reyting.az xəbər verir ki, bu barədə “Le Monde” nəşri yazıb.
Məlumata görə, Ukrayna Prezident Aparatının müşaviri Mixaylo Podolyak bildirib ki, belə bir addım monitorinq missiyalarının iştirakını tələb edir və yalnız qoşunların qarşılıqlı çıxarılması ilə mümkündür.
“Demarkasiya xəttinin hər iki tərəfində silahsızlaşdırılmış zona mövcud olmalıdır. Bütün silahların, yoxsa yalnız ağır silahların geri çəkilməli olduğunu məntiqi və hüquqi olaraq müəyyən etmək lazım olacaq. Potensial pozuntuların qarşısını almaq üçün prinsiplərə və razılaşmalara riayət olunmasını təmin etmək üçün monitorinq missiyalarının və xarici kontingentlərin nümayəndələri iştirak etməlidirlər”, - deyə Podolyak izah edib.
M. Podolyakın sözlərinə görə, silahsızlaşdırılmış zona razılaşmalara riayət olunmasını izləmək və müşahidə etmək üçün bir vasitəyə çevriləcək və ABŞ-nın monitorinq qüvvələrində iştirakı qoşun hərəkətlərini izləməyə və demarkasiya xəttinə riayət olunmasını təmin etməyə imkan verəcək.
Xatırladaq ki, Almaniya kansleri Fridrix Merz Ukraynanın artıq ərazi güzəştlərini “hazır” olduğunu etiraf edib. O, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniya baş naziri Keyr Starmerin də “təklifin” hazırlanmasında iştirak etdiklərini bildirib.
Nəşr gələcək zonanı 1953-cü ildən bəri mövcud olan Şimali və Cənubi Koreya arasındakı silahsızlaşdırılmış zona ilə müqayisə edir. Ukrayna vəziyyətində zona xeyli uzun və dərin olacaq və 2014-cü ildən bəri qismən Rusiya işğalı altında olan əsas strateji bölgə olan Donbası əhatə edəcək.
Bundan əlavə, Kiyev Rusiyadan Ukraynanın dağıdılmasına görə kompensasiya istəyir. Yenidənqurmaya töhfə sülh müqaviləsində məcburi bənddir.
Podolyak deyib ki, təcavüzkar yenidənqurmanın maliyyələşdirilməsinə töhfə verməlidir: “Bu, müharibənin bitməsi üçün zəruri elementdir. Əks halda, o, münaqişədən yalnız faydalandığını hiss edəcək”.
Bu arada, Ukraya prezidentinin kommunikasiya üzrə müşaviri Dmitri Litvin jurnalistlərə deyib ki, “Le Monde”nəşri Podolyakın bəyanatını təhrif edib və Ukraynanın artıq silahsızlaşdırılmış zona bəndinə razılıq verdiyini iddia etdiyini aydınlaşdırıb.
“Podolyak onlara ümumiyyətlə müxtəlif şeylərin müzakirə edilə biləcəyini söylədi, amma sual həmişə bunun necə işləyə biləcəyinin detallarındadır. Ukraynanın razı olub-olmaması yalnız ən yüksək siyasi səviyyədə və ya Ukrayna xalqı tərəfindən həll edilə bilər”,-Litvin qeyd edib.
E. KAMAL
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər