MSK-nın tərkibi bu il yenidən formalaşdırılmayacaq
Tarix: 12-12-2025 14:28 | Bölmə: Siyasət

MSK-nın tərkibi bu il yenidən formalaşdırılmayacaq

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu il MSK-nın tərkibinin yenidən formalaşdırılacağı barədə iddialara münasibət bildirib.

Reyting.az-ın APA-ya istinadla verdiyi məlumata görə, M. Pənahov jurnalistlərə açıqlamasında deyib ki, MSK-nın bu il yenidən formalaşdırılması nəzərdə tutulmur.

Qeyd edək ki, MSK üzvlərinin səlahiyyət müddəti gələn il apreldə başa çatır.





Bölməyə aid digər xəbərlər