Zelenskinin referendumla bağlı dediklərini reallıqdan uzaq sayırlar
Tarix: 13-12-2025 11:06 | Bölmə: Siyasət

Zelenskinin referendumla bağlı dediklərini reallıqdan uzaq sayırlar

Ukrayna prezidenti Vladimir Zelenski atəşkəs təmin ediləcəyi təqdirdə ölkədə seçki keçirməyə hazır olduqlarını bildirib.

Reyting.az xəbər verir ki, Zelenski bunu ölkənin təhlükəsizliyini təmin etmək üçün yaradılmış Könüllülər Koalisiyasının onlayn iclasında deyib.

Məsələni şərh edən tanınmış siyasi analitik Patrik Henningsen isə “Deep Dive” YouTube kanalında bildirib ki, Ukrayna prezidentinin ərazilər üzrə referendum keçirilməsinin mümkünlüyü ilə bağlı dedikləri reallıqdan uzaqdır.

Xatırladaq ki, Könüllülər Koalisiyasının iclasına Böyük Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makron sədrlik edirdilər.

E. KAMAL





Bölməyə aid digər xəbərlər