Rusiya ABŞ-ın nüvə silahı sınaqlarına cavab verəcək
Tarix: 22-12-2025 17:42 | Bölmə: Siyasət

Rusiya ABŞ-ın nüvə silahı sınaqlarına cavab verəcək

ABŞ nüvə silahı sınağını bərpa edərsə, Rusiyanın buna bənzər cavabı olacaq.

Reyting.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Valday” Beynəlxalq Diskussiya Klubunda keçirilən müzakirədə səsləndirib.

“Rusiya rəhbərliyinin Vaşinqtonun nüvə sınaqları fəaliyyətinin genişləndirilməsi ilə bağlı qeyri-müəyyən bəyanatlarına cavab olaraq nümayiş etdirdiyi qətiyyəti qeyd etməyə bilmərəm. Əgər ABŞ tammiqyaslı partlayıcı nüvə silahı sınağına qayıtmağı düşünürsə, biz eyni şəkildə cavab vermək hüququnu özümüzdə saxlayırıq”,- deyə Ryabkov qeyd edib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər