Vens: Ukraynada sülhlə bağlı “qeyri-müəyyənlik” var
Tarix: 23-12-2025 09:08 | Bölmə: Siyasət

Vens: Ukraynada sülhlə bağlı “qeyri-müəyyənlik” var

ABŞ-nın vitse-prezidenti Vens Ukraynada sülhün yaxınlaşması ilə bağlı ümidlərdə qeyri-müəyyənliyin olduğunu deyib.

Reyting.az xəbər verir ki, bu barədə “UnHerd” portalına müsahibəsində danışan vitse-prezident sülhün tezliklə əldə olunacağı barədə deyilənlərə skeptik yanaşıb.

Onun sözlərinə görə, danışıqları davam etdirəcəklər.

Vens daha sonra əlavə edib:

“Düşünürəm ki, biz irəliləyiş əldə etmişik, lakin bu gün burada oturaraq əminliklə deməzdim ki, müharibənin sülh yolu ilə həllinə nail olacağıq”.

E. KAMAL





Bölməyə aid digər xəbərlər